İBLİS RƏBB İLƏ DANIŞIR RƏBB DƏ ONA CAVAB VERİR

Müəllif: Toni Alamo

İblis ALLAHLA danışır, ALLAH isə ona cavab verir.1 Bəzən Əyyubun başına gələn əhvalatda olduğu kimi ALLAH iblisin dualarına (xahişlərinə) cavab verir. Kiminsə kamil olduğuna inanmayan adamlar bu gün yanılırlar, çünki ALLAH dedi ki, Əyyub kamil, əməlisaleh, ALLAHDAN qorxan və özünü şərdən uzaq saxlayan bir adam idi. Əyyubun yeddi oğlu, üç qızı var idi. O, çox zəngin, şərqdə yaşayanlar arasında ən varlı adam idi. Əyyub ALLAHA ibadət edirdi, dualarını daima (durmadan) ALLAHA yüksəldirdi (Əyyub 1:5).

“Bir gün ilahi varlıqlar RƏBBİN hüzuruna qalxmaq üçün gələndə Seytan da onlara qoşulub gəldi. RƏBB Şeytana dedi: “Haradan gəlirsən?” Şeytan cavabında “dünyanı gəzib-dolaşmaqdan” dedi. [Başqa sözlə desək, “görəndə həzz aldığım işdən gəlirəm, dünyada olanların hamısının başına oyun açmaqdan, onları imtahana çəkməkdən gəlirəm, çünki onlar hamısı günah işlədir və mənimlə birlikdə Odlu Gölə atılmaq üçün məhkum olmalıdırlar”]. RƏBB Şeytanla söhbətin davamında belə dedi: “Qulum Əyyuba yaxşı-yaxşı nəzər sala bildinmi? Axı yer üzərində onun kimisi yoxdur. O, kamil, əməlisaleh, ALLAHDAN qorxan və özünü şərdən uzaq saxlayan bir adamdır”.

Şeytan RƏBBƏ belə cavab verdi: “Əyyub ALLAHDAN boş yerəmi qorxur?” [Budur, iblis yenə də ALLAHA üz tutub danışmağa başlayır, heç özünü xristian adlandıranlar bu qədər ALLAHLA danışmır. Əgər RƏBB iblisi dinləyir və onunla danışırsa, onda sizə nə olub ki, susursunuz?] Şeytan dedi: “SƏN Əyyuba xeyir-dua vermisən və onun var-dövlətini hər tərəfdən himayə edirsən.” Əyyubun bütün əməyinə bərəkət vermisən, sürüləri bütün ölkəni bürüyüb. İndi bir əl uzadıb onun var-yoxunu əlindən al, o, SƏNİN gözünün qabağında mütləq SƏNƏ lənət edəcək”.

“[RƏBB iblisin duasına cavab verir:] RƏBB Şeytana dedi: “Yaxşı, sahib olduğu hər şeyi sənə təslim edirəm, amma canına toxunma”. Beləliklə, Şeytan RƏBBİN hüzurundan getdi və Əyyubun nəyi var idisə hər şeyi əlindən aldı - övladlarını, sürülərini, hər şeyini!…. Əyyub durub cübbəsini yırtdı, saç-saqqalını kəsdi, yerə sərilib səcdə etdi. O belə dedi: “Bu dünyaya çılpaq gəlmişəm, çılpaq da gedəcəyəm. Verən də RƏBDİR, alan da RƏBDİR. RƏBBİN adına alqış olsun! Bütün bu hadisələr baş verərkən Əyyub günah qazanmadı və ALLAHI təqsirləndirmədi” (Əyyub 1:6-12, 20-22).

Bütün bu sınaqlardan sonra ALLAH-TAALA Əyyuba itirdiyindən qat-qat çoxunu verdi,2 amma baxın-görün Şeytan ALLAHA dua edib cavabını alanda nə baş verdi. Bəs görəsən onda xristianlar, onlara əmr edildiyi kimi “durmadan” dua etsələr nə baş verər?3

ALLAHIN KƏLAMINDA Şeytanın, yəni iblisin durmadan dua etdiyini qeyd edən digər parça Vəhy kitabı 12:10-da qələmə alınıb: “Çünki bacı-qardaşlarımızı ALLAHIMIZIN önündə gecə-gündüz təqsirləndirən ittihamçı kənara atıldı.” 11-ci bənd ittihamçıya qalib gəlməyimizin yolunu göstərir. “Onlar [biz] QUZUNUN qanı [günahdan uzaq durmaqla] və öz şəhadət [-imizin] SÖZÜ vasitəsilə ona qalib gəldilər”, həmin SÖZ isə bizə ən azı Şeytanın dua etdiyi qədər dua etməyi buyurub. “DURMADAN DUA EDİN” (1 Saloniklilərə 5:17).

Əgər ALLAH iblislə danışırsa - gördüyümüz kimi O danışır - deməli sizinlə də danışacaq! İSA əmr edib deyir ki, “HƏR ZAMAN DUA EDİN” (Luka 21:36). O, sözünə belə başlayır: “Yer və göy keçib-gedəcək, amma MƏNİM SÖZLƏRİM əsla keçib-getməyəcək. Özünüzə nəzarət edin! Qoy ürəyiniz eyş-işrət və sərxoşluqla, bu həyatın qayğıları ilə yüklənməsin. Qoy qiyamət günü bir tələ kimi üzərinizə qəflətən gəlməsin. Çünki o gün yer üzündə yaşayanların hamısının üstünə gələcək. Ona görə də baş verəcək bütün bu fəlakətlərdən qaçıb BƏŞƏR OĞLUNUN önündə dura bilmək üçün [Şeytan, iblis kimi] HƏR AN DUA EDƏRƏK ayıq olun” (Luka 21:33-36).

İbranilərə 11:6-da isə belə deyilir: “İman olmadan ALLAHI razı salmaq qeyri-mümkündür. Çünki ALLAHA yaxınlaşan şəxs inanmalıdır ki, O var [elə Şeytanın özü kimi. “Cinlər də buna inanır və əsirlər!” (Yaqub 2:19)] və ONU [ALLAHI] səylə axtaranlara mükafat verir”. [Şeytana isə vermir. Şeytan MÜQƏDDƏS RUHA qarşı küfr edib və buna görə bütün əbədiyyəti Odlu Göldə keçirəcək].4

ALLAHIN böyük vədlərindən biri odur ki, Şeytanın xahişlərini eşidib onlara cavab verdiyi kimi, ALLAH sizi də, məni də və ONA üz tutub, ONU çağıran hər kəsi eşidəcək və ricalarına cavab verəcək.5 ALLAH deyir: MƏNİ çağır, sənə cavab verim, bimədiyin böyük, dərkedilməz şeyləri sənə bildirim” (Yeremya 33:3).

Əminəm ki, bir çoxlarınızın cavabını axtardığınız suaları var. ALLAHIN KƏLAMI vasitəsilə səy göstərib ONU axtarsanız, suallarınıza cavab alacaqsınız; ALLAHI tapacaqsınız (2 Salnamələr 15:2).6 Lakin yadda saxlayın ki, bu vəd canınızı Cəhənnəmə və Odlu Gölə atmaq üçün sizi səylə təqib edən iblisin göstərdiyi əzmkarlıq qədər ən azı səy göstərib ONU axtaranlar üçün qüvvədə qalır.

Həvari Peterin bu xəbərdarlıq sözləri hər kəsə şamil olunur: “Ayıq durun, oyaq olun. Çünki düşməniniz olan iblis nərildəyən və kimisə aşırmaq istəyən aslan kimi dolaşır [onun kimi səylə dua etmədiyinizi görüb sizi parçalamağa hazır durur]. Möhkəm imanla ona qarşı durun. Bilin ki, bütün dünyada bacı-qardaşlarınız da eyni cür əzab çəkirlər” (1 Peter 5:8-9). İSA eləcə də ASLANDIR, YƏHUDA QƏBİLƏSİNDƏN olan ASLAN (Vəhy 5:5). Şeytanı yaradan ODUR, Şeytana qalib gələn də ODUR, əbədi olaraq yanmaq üçün Şeytanı Odlu Gölə göndərəcək şəxs yenə də ODUR.7

ALLAHI əsla unutma. Unutmaqla əzabı çəkən özün olacaqsan. ALLAH belə deyir: “Şükür qurbanını ALLAHA təqdim et, HAQQ-TAALAYA əhd etdiyin təqdimlərini ver. Dar gündə MƏNİ çağır, MƏN səni xilas edəcəyəm, sən də MƏNİ şərəfləndirəcəksən. Pislərəsə ALLAH deyir: “Qaydalarımı əzbər söyləməyə haqqınız varmı? Əhdimi dilə gətirməyə haqqınız varmı? MƏNİM iradıma nifrət edirsən, SÖZLƏRİMİ qulaq ardına vurursan. Bir oğru görəndə ona qoşulursan, zinakarlara yoldaş olursan. Ağzını şər üçün açırsan, dilini fırıldaq üçün işə salırsan. Oturub qardaşından gileylənirsən, ananın oğlundan qeybət edirsən. Sən belə edəndə MƏN dinməmişəm. Məgər MƏNİ özün kimi sanırsan? İndi isə səni tənbeh edəcəyəm. Əməllərini gözünün önünə düzəcəyəm. Ey ALLAHI unudanlar, buna diqqət edin! Yoxsa sizi parça-parça edərəm, heç birinizi xilas edən olmaz”8 (Zəbur 50:14-22)

Əmrlərə əməl edin. Hər zaman dua edin ki, canınıza xilas tapasınız. Bunun üçün aşağıdakı dua sözlərini söyləməkə ilk addımınızı atın:

Dua

Ey RƏBB ALLAHIM, mən günahkara rəhm eylə.1 Mən inanıram ki, İSA MƏSİH diri ALLAHIN OĞLUDUR.2 İnanıram ki, O, çarmıxda ölərək bütün keçmiş günahlarımın əhfi üçün ÖZ qiymətli qanını axıdıb.3  Mən inanıram ki, ALLAH MÜQƏDDƏS RUHUN qüdrətilə4 İSANI ölülərdən dirildib və indi İSA MƏSİH ALLAHIN sağında oturub günahlarımı etiraf etdiyimi və bu dua sözlərimi eşidir. 5 Ey RƏBB İSA, budur, ürəyimi SƏNƏ açıram və xahiş edirəm ki, gələsən ürəyimə. 6  Qolqotadakı çarmıxda cəza yerimi tutmaqla axıtdığın əziz qanınla bütün murdar günahlardan məni təmizləməyini xahiş edirəm.7 RƏBB İSA, bilirəm ki, SƏN məndən üz çevirməyəcəksən və günahlarımı bağışlayacaq, canımı isə xilas edəcəksən, çünki SƏNİN KƏLAMIN, MÜQƏDDƏS KİTAB belə deyir. 8 SƏNİN KƏLAMIN deyir ki, SƏNƏ pənah gətirənlərdən heç kimi, mən də daxil olmaqla, SƏN heç vaxt çarəsiz qoymayacaqsan. 9 Ona görə də bilirəm ki, SƏN duamı eşitdin və xahişimə cavab verdin. Bilirəm ki, xilas olmuşam.10 RƏBB İSA, canımı xilas etdiyinə görə SƏNƏ minnətdaram və minnətdarlığımın əlaməti olaraq SƏNİN buyurduqlarını yerinə yetirəcək və bir daha günah işlətməyəcəyəm. 11

İSA deyib ki, xilası qəbul edəndən sonra, ATA, OĞUL və MÜQƏDDƏS RUHUN adı ilə bütövlüklə suya batırılıb çıxarılmağımızla vəftiz olaq.12 Səylə Müqəddəs Kitabı, Bibliyanı tədqiq edin (ingilis dilində Kral Yaqubun tərcüməsində olan Bibliyanı) və orada yazılanlara əməl edin.13

İndi MƏSİH və ATA ALLAH MÜQƏDDƏS RUHUN vasitəsi ilə sizin içinizdə yaşayır. ALLAHIN ilahi təbiətinin daha dolğun payını almaq üçün indi sizdə də qabiliyyət var. ALLAHIN ilahi təbiəti daxilinizdə nə qədər çox yaşayırsa, milyonlarca xristianları xilas yolundan asanlıqla çıxarmış imtahanlara qarşı durmağa bir o qədər çox gücünüz olacaq. Dua edin ki, MÜQƏDDƏS RUHLA vəftiz olunasınız.14 MÜQƏDDƏS RUHLA vəftiz olunmanın yolunu öyrənmək və ALLAHIN müqəddəs təbiətindən daha çox pay almaq barədə təlimatlarla əlaqədar sizə ədəbiyyat göndərməyimiz üçün bizə məktub yazmaqla və ya zəng vurmaqla müraciət edin. Çünki müqəddəsliyə nail olmadan heç kim RƏBBİ görməyəcək (İbranilər 12:14).

RƏBB istəyir ki, siz xilasınız haqqında başqa adamlara şəhadət edəsiniz. Bunun üçün Pastor Toni Alamonun Müjdəçi ədəbiyyatının paylayıcısı ola bilərsiniz. Biz sizə pulsuz olaraq bu ədəbiyyatı göndərə bilərik. Bu mesajı başqa kiminlə isə bölüş.

Əgər İSANIN vəsiyyətinə uyğun olaraq dünyanın xilas olmasını istəyirsinizsə, onda ALLAHDAN ONA aid olan ondabirləri və ianələri oğurlamayın. ALLAH belə deyib: “İnsan da ALLAHDAN oğurlayarmı? Siz isə MƏNDƏN oğurlayırsınız. “SƏNDƏN nəyi oğurlayırıq?” deyə soruşursunuz. Onda birləri və təqdimləri oğurlayırsınız. Siz böyük lənətə düçar oldunuz. Çünki bütün millət (və bütün bu dünya) – hamınız MƏNDƏN oğurlayırsınız. Bütün ondabirlərinizi (“onda bir” sizin ümumi gəlirinizin 10%-ni təşkil edən məbləğdir) anbara gətirin ki, məbədimdə (xilası qəbul etmiş qəlblər üçün) ərzaq olsun (Ruhanı qida). ORDULAR RƏBBİ deyir: “Siz bununla MƏNİ sınayın. Görəcəksiniz ki, göylərin pəncərələrini sizə açacağam, üzərinizə ehtiyaclarınızdan da çox bərəkət yağdıracağam. Çəyirtkələri əkinlərinizi yeməyə qoymayacağam, tarlada meynəniz məhsulsuz qalmayacaq” deyir ORDULLAR RƏBBİ. “Bütün millətlər sizi bəxtiyar sayacaq. Çünki ölkəniz gözəl bir yer olacaq” deyir ORDULAR RƏBBİ” (Malaki 3:8-12).


Azerbainani Alamo Literature

Daha ətraflı məlumat almaq və ya maraq göstərdiyiniz digər mövzularda ədəbiyyat əldə etmək üçün bizimlə aşağıdakı ünvan vasitəsilə əlaqə saxlaya bilərsiniz:
Ümumdünya Pastor Toni Alamo
Tony Alamo Christian Ministries Worldwide
P. O. Box 2948
Hollywood, CA 90078
24 saatlıq dua və məlumat xəttimiz: (908) 937-5723
Toni Alamo Ümumdünya Xristian Xidmətləri bütün ürəyi, qəlbi, düşüncəsi və gücü ilə RƏBBƏ həqiqətən xidmət etmək istəyənlərin hamısını ABŞ-daki ünvanlarımızda yaşayış üçün zəruri olan hər şeylə və yer ilə təmin edir.
Kilsə xidmətləri ABŞ-ın Nyu York Siti şəhərində həftənin Çərşənbə Axşamları saat 20:00-da və digər ünvanlarda gecələr keçirilir. Daha ətraflı məlumat üçün buraya zəng vurun: (908) 937-5723
YEMƏK HƏR KİLSƏ XİDMƏTİNDƏN SONRA VERİLİR.
Pastor Alamonun yazdığı Məsih adlı kitabın nüsxəsini almaq üçün müraciət edin. Bu kitab Əhdi Ətiqin 333 peyğəmbərliyi əsasında MƏSİHİ tanıdır.
Pastor Alamonun ədəbiyyatını paylamaqla Siz də insan qəlblərinə xidmətin iştirakçısı olun. Bütün ədəbiyyat və audio mesajlarımız, göndərilməsi də daxil, pulsuzdur.

BU ƏDƏBİYYAT XİLASIN HƏQİQİ PLANINI AÇIQLAYIR 
(Həvarilərin İşləri 4:16)
BU VƏSAİTİ TULLAMAYIN, OXUDUQDAN SONRA BAŞQALARINA ÖTÜRÜN
Başqa ölkədə yaşayırsınızsa, Sizi həvəsləndiririk ki, bu ədəbiyyatı öz dilinizə tərcümə edəsiniz.
Yenidən çap edəcəyiniz halda aşağıdakı müəllif hüququ və qeydiyyat nişanlarını daxil etməyinizi xahiş edirik:

© Müəllif hüququ, Fevral 2012 Bütün hüquqlar qorunur Ümumdünya Pastoru Toni Alamo ® Qeydiyyatdan keçdiyi tarix Fevral 2012
AZERBAIJANII—VOLUME 15100—THE DEVIL TALKS TO THE LORD AND THE LORD ANSWERS HIM


footnotes:

1. Əyyub1:6-12, 2:1-6, Zək. 3:1-2, Mal. 3:11, Mat. 4:1-10, 8:28-32, Mar. 1:23-26, Vəhy 12:10 return

2. Əyyub 42:10-17 return

3. Zəb. 34:1, Mat. 26:41, Luk. 18:1, 21:36, 22:40, 46, Həv. İş. 6:4, Rom. 12:12, Ef. 6:17-18, Kol. 4:2, 1 Tim. 2:8, İbr. 13:15, Yaq. 5:16, 1 Pet. 4:7, Yəhuda 20-21 return

4. Yeş. 14:9-17, Mat. 25:41, Mar. 3:29, 2 Pet. 2:4, Yəhuda 6, Vəhy 20:10 return

5. 2 Saln. 6:12-42, 7:1-2, 14, Zəb. 34:15, 17, 145:18, Yeş. 58:6-14, 65:17-24, Zək.. 13:9, Luk. 18:1-8, Filp. 4:6, İbr. 4:15-16, 10:19-22, Yaq. 5:16-18, 1 Yəh. 3:22, Vəhy 5:6-8, 8:3-4 return

6. Zəb. 9:10, 22:24-26, 24:3-6, 27:2-10, 34:10, 105:3-4, 119:2, 10, Məs. 8:17, Yer. 29:12-14, Mat. 6:33, 7:7-11, 18:18-20, Yəh. 15:7, Kol. 3:1-2, İbr. 11:6, 1 Yəh. 3:22, 5:13-15, Vəhy 1:13-18 return

7. Yeş. 14:9-17, Mat. 25:41, İbr. 2:14, Yəhuda 6, Vəhy 12:9-12, 17:7-14, 20:1-10 return

8. Zəb. 50:14-22 return


Prayer footnotes:

1. Psa. 51:5, Rom. 3:10-12, 23 return

2. Matt. 26:63-64, 27:54, Luke 1:30-33, John 9:35-37, Rom. 1:3-4 return

3. Acts 4:12, 20:28, Rom. 3:25, I John 1:7, Rev. 5:9 return

4. Psa. 16:9-10, Matt. 28:5-7, Mark 16:9, 12, 14, John 2:19, 21, 10:17-18, 11:25, Acts 2:24, 3:15, Rom. 8:11, I Cor. 15:3-7 return

5. Luke 22:69, Acts 2:25-36, Heb. 10:12-13 return

6. I Cor. 3:16, Rev. 3:20 return

7. Eph. 2:13-22, Heb. 9:22, 13:12, 20-21, I John 1:7, Rev. 1:5, 7:14 return

8. Matt. 26:28, Acts 2:21, 4:12, Eph. 1:7, Col. 1:14 return

9. Matt. 21:22, John 6:35, 37-40, Rom. 10:13 return

10. Heb. 11:6 return

11. John 5:14, 8:11, Rom. 6:4, I Cor. 15:10, Rev. 7:14, 22:14 return

12. Matt. 28:18-20, John 3:5, Acts 2:38, 19:3-5 return

13. Deut. 4:29, 13:4, 26:16, Josh. 1:8, 22:5, 2 Tim. 2:15, 3:14-17, James 1:22-25, Rev. 3:18 return

14. Isa. 28:11-12, Joel 2:28-29, Luke 3:16, 11:9-13, John 1:29-34, 7:37-39, 14:15-29, 15:26, 16:7-14, Acts 1:1-8, 2:1-18, 32-39, 5:29-32, 19:1-7, Rom. 5:3-5, 15:13 return