ALOVLU DÖYÜŞ ARABALARI

Toni Alamo

“Araba” sözünü eşidəndə insanlar düşünür ki, onun yalnız bir mənası var: “Qədim dövrlərdə müharibələrdə, yarışlarda, və s. məqsədlərlə istifadə olunan, ata qoşulan, iki təkərli araba”. Vebster lüğətində həmçinin bu söz üçün (“bax MAŞIN”) qeyd olunur ki, o MAŞIN mənasını da daşıyır. “Maşın” sözünə baxdıqda isə biz görürük ki, bu söz Latın dilində “carrus” sözündən irəli gəlir, onun mənası isə “araba” deməkdir. Araba sözünün digər mənaları bunlardır: “(1) təkərləri olan istənilən nəqliyyat; (2) tramvay və ya vaqon kimi dəmir yolu üzərində hərəkət edən nəqliyyat vasitəsi; (3) avtomobil; və (4) lift kabinası.” Bu sözün müasir tərifinə isə təyyarə, UNO, uçan boşqablar, və insanların, mələklərin və s. daşınması üçün istifadə olunan istənilən digər nəqliyyat vasitəsi daxildir. İbrani dilində “araba” sözü “izdiham” və ya “furqon” mənasında işlənir. Gördüyümüz kimi, bu söz çoxmənalı sözdür.

2 Padşahlar kitabının 6-cı fəslinin 15-ci bəndində deyilir ki, ALLAH adamının (Elişa) qulluqçusu (xidmətçisi) səhər tezdən durub bayıra çıxdı və şəhərin ətrafında qoşunun, atların və döyüş arabalarının olduğunu gördü (bu, alovdan döyüş arabaları deyildi, çünki onların içində yalnız insanlar var idi). O, Elişaya dedi: «Vay, ağam, nə edəcəyik?» O dedi: “Qorxma, çünki bizimlə olanlar onlarla olanlardan çoxdur”. Sonra Elişa dua edib dedi: “Ya RƏBB! Onun gözlərini aç ki, görsün”. RƏBB qulluqçunun gözlərini açdı və o gördü ki, dağ odlu atlar və alovlu döyüş arabaları ilə doludur. Onlar Elişanı əhatəyə almışdı. Bu arabalar Suriyalıların arabalarından seçilirdi, çünki bu arabaların içində mələklər var idi. Bu, adi insanın gözünə görünməz olan “alovlu arabalar” idi və yalnız ALLAH onları insan gözünə görünən edə bilər. Bu gün O, səmavi uçan boşqabları görmək üçün daha çox insanın gözlərini açır. Bu uçan boşqablar İSANIN ikinci gəlişindən əvvəl yer kürəsinə nəzər yetirirlər və insanlar ALLAHA qarşı küfr etdiklərinə, bütpərəstlikdə yaşadıqlarına və bir çox digər günahlı yollara düşdüklərinə görə, onlar ALLAHIN əmri ilə yer kürəsinin müxtəlif nöqtələrində fəlakətlər törədirlər.1

Bəzi insanlar güman edirlər ki, xilas olmaq üçün “İSA MƏSİH” sözlərinə inanmaq kifayətdir. Lakin ALLAH deyir ki, biz RƏBB İSANIN ÖZ BƏDƏNİ, yəni ÖZ Kilsəsi, ÖZ Gəlini vasitəsilə dediyi, etdiyi və hələ də etməkdə olduğu hər şeyə iman etməliyik. Buna görə O, Vəhy kitabında bizə fədakarcasına ONUN ardınca getməli olduğumuzu deyir.2

Bir çox insanlar bəyan edir ki, onlar ONUN adına iman edir, amma iblis də ONUN adına inanır və bu ad qarşısında “tir-tir” əsir (Yaqub 2:19). İSA isə deyir ki, bizdən ONUN ardınca getmək və ONUN bütün əmrlərini canla-başla yerinə yetirmək tələb olunur!3 Əgər biz ONUN hər hansı bir əmrini pozarıqsa, bu, ONUN bütün əmrlərini pozduğumuz anlamına gələr, çünki canımızın sonsuz Cəhənnəmə və əbədi olaraq Odlu Gölə göndərilməsi üçün ONUN bir əmrini pozmağımız kifayətdir.4 Məhz buna görə İSA dediyi sözlərin ciddiliyi haqqında bizi xəbərdar edir. O, deyir: “Sənin əməllərindən xəbərdaram (O, dediyimiz və etdiyimizin hamısını bilir). Sən nə soyuqsan, nə də isti. Kaş ki ya soyuq ya da isti olaydın! İndi ki nə isti, nə də soyuq olub ilıqsan, səni ağzımdan qaytaracağam. (Vəhy 3:15-16).

ALLAH bizim söylədiyimiz və etdiyimiz hər şeydən necə xəbərdar olur? Biz bilirik ki, bizim söylədiyimiz və etdiyimiz və ya söyləyəcəyimiz və edəcəyimiz hər şey bir kitaba yazılır.5 Biz bilirik ki, ALLAH hər yerdə mövcud OLANDIR və kainat ONU məhdudlaşdıra bilməz.6 O, həmçinin bütün qüdrətə malik OLANDIR, yəni, O, hədsiz gücə və səlahiyyətə malikdir. O, hər şeyə qadirdir.7 O, hər yerdə mövcud OLANDIR, yəni, eyni anda hər yerdə mövcuddur.8 ALLAH asanlıqla söylədiyimiz və etdiyimiz hər şeyi bilir, və O, yalan danışa bilməz (İbranilərə 6:18).

İSA söylədiyimiz hər boş sözə görə cavab verməli olacağımızı dedikdə, ONA inanmağımız şərtdir.9 Matta 12:36-da belə deyilir: “MƏN sizə deyirəm: insanlar söylədikləri hər boş söz üçün qiyamət günü hesab verəcəklər.” Vəhy kitabı 20:11-12-də isə yazılıb: “Böyük ağ taxt və onun üstündə OTURANI gördüm. Yer və göy ONUN önündən qaçdı və onlara yer tapılmadı. Mən gördüm ki, böyükdən kiçiyə qədər ölülər taxtın önündə dayanıb. Kitablar açıldı və həyat kitabı olan başqa bir kitab da açıldı. Ölülər kitablarda yazılanlara əsasən öz əməllərinə görə mühakimə olundu.”

Əsərlərimin birində artıq yazdığım kimi ALLAH ÖZ mələklərini göndərir ki, allahsızları və günahla dolu yerləri məhv etsin.10 Vəhy kitabında günahla dolu dünyanı dağıtmaq üçün mələklərin Yer üzünə tökdüyü yeddi bəlanın birinci və ikinci dəsti haqqında məlumat verilir (Vəhy 8:6-dan başlayaraq 9:21, 11:14-19, 16:1-21-ə kimi).

Mələklərdən biri bir gecə içində Sanxerivin 185 min nəfərlik ordusunu darmadağın etdi. “O gecə RƏBBİN mələyi çıxıb Aşşur ordugahında yüz səksən beş min [185000] nəfəri qırdı. Səhər erkən qalxıb gördülər ki, onların hamısı öldürülüb” (2 Padşahlar 19:35).11 Davud ALLAHIN iradəsinə məhəl qoymayaraq İsrail xalqını siyahıya almaqla günah işlətdikdə, ALLAH mələklərindən biri vasitəsilə İsrail oğullarına bəla göndərdi və onlardan 70000 nəfəri həlak oldu (2 Şamuel 24:15).

Hər yerdə mövcud olan və eyni anda hər yerdə zühur edən ALLAH ONUN ordusunu təşkil edən mələkləri Yer üzünə göndərir ki, allahsızları lənətləyib məhv etsin. Lakin mələklər həm də Məryəm və Elizavet kimi insanlara xoş xəbər gətirən ALLAHIN elçiləridir.12

Həvari Peterin 2-ci məktubu 3:7-14-də həvari ALLAHIN yağdırdığı od alovdan bəhs edir: “İndiki yer və göylər isə həmin KƏLAMLA oda təslim olmaq üçün təyin olunub, allahsızların mühakimə və həlak olacağı günədək saxlanılır. Sevimlilər, bu bir şeyi yadınızdan çıxarmayın ki, RƏBB üçün bir gün min il kimidir, min il isə bir gün kimidir [Bu sadəcə o deməkdir ki, sizi və məni mühakimə etmək üçün ALLAH tələsməməlidir. Bəli bizim həyatımız çox qısadır13, lakin ALLAH əbədidir, ONUN həyatı sonsuzdur.14 O bilir ki, siz və mən bir-iki göz qırpımı keçər-keçməz, ONUN önündə duracağıq.15 ONUN yetərincə vaxtı var. Zaman öz gücünü itirəndə ALLAH sizinlə və mənimlə üzbəüz görüşəcək – lap az qalıb.]. Bəziləri bunu gecikmə sayar, amma RƏBB vədini [ÖZ hökmünü] yerinə yetirməkdə gecikməz, lakin sizə görə səbir edir. Çünki O heç kəsin həlak olmasını istəmir, amma hər kəsin [mühakimə günündən öncə bu bir və ya iki göz qırpımı qədər vaxt içində] tövbə etməsini istəyir.

RƏBBİN günü isə gecə yarısı oğru kimi gələcək. O gün göylər böyük gurultu ilə aradan qalxacaq. Ünsürlər yanıb əriyərək məhv olacaq. Yer üzü və onun üstündə hər şey yanıb külə dönəcək. Hər şey belə məhv olacaqsa, siz nə cür insanlar olmalısınız? Müqəddəs həyat sürməli, mömin olmalısınız. ALLAHIN zühur gününü gözləyərək tezləşdirməlisiniz. O gün göylər od tutub məhv olacaq və ünsürlər yanıb əriyəcək. Amma biz ALLAHIN vədinə əsasən salehliyin sakin olacağı yeni göyləri və yeni yeri gözləyirik. Buna görə, sevimlilər, madam ki bunları gözləyirsiniz, ALLAHIN önündə ləkəsiz və nöqsansız olaraq sülh içində yaşamağa səy göstərin.

Yuxarıda qeyd olunan od-alovdan fərqli olan, bütün Yer üzünü və göyləri yandırıb külə döndərən ALLAHIN alovu da vardır. Burada belə alovun bir neçə nümunəsi verilir. Vəhy kitabı 1:13-14-də deyilir ki, yeddi kilsəni təcəssüm etdirən yeddi çıraqdan arasında BİR ŞƏXS var idi: “Çıraqdanların arasında uzun cübbə geymiş, sinəsinə qızıl qurşaq bağlamış BƏŞƏR OĞLUNA [İSAYA] bənzər BİRİ var idi. ONUN başı, saçı yun və qar kimi ağappaq [bu ONU tövbə edənlərin hamısının günahlarına görə dünya yaranmazdan əvvəl boğazlanmış ALLAHIN QUZUSU olaraq simvolizə edir16], gözləri isə ODLU ALOV kimi idi…”

“Birdən RƏBBİN mələyi ona [Musaya] bir kol arasından od-alov içərisində göründü; od içində kolun sönmədən yandığını gördü” (Çıxış 3:2).

“RƏBB onların [İsrail xalqının] önündə gündüz onlara yol göstərmək üçün bulud dirəyində, gecə isə onlara işıq vermək üçün od dirəyində gedirdi ki, gündüz də, gecə də irəliləyə bilsinlər.” (Çıxış 13:21).

“RƏBBİN izzəti İsrail övladlarının gözündə dağın başında yandırıb-yaxan alov kimi görünürdü.” (Çıxış 24:17).

Matta 3:11-də Vəftizçi Yəhya belə deyir: “Mən sizi tövbəniz üçün su ilə vəftiz edirəm, amma məndən sonra GƏLƏN [İSA] məndən daha qüdrətlidir. Mən ONUN çarıqlarını daşımağa belə, layiq deyiləm. O sizi MÜQƏDDƏS RUHLA və ODLA vəftiz edəcək.”

“İSA onlarla süfrəyə oturanda çörək götürüb şükür duası etdi, böldü və onlara verdi. Bu anda onların gözləri açıldı və onlar İSANI tanıdılar. Amma İSA onlar üçün görünməz oldu. Onlar bir-birlərinə dedilər: «O, yolda bizimlə danışıb və Müqəddəs Yazıları bizə izah edəndə bizim ürəklərimiz alışıb-yanmırdımı?” (Luka 24:30-32).

2-ci Padşahlar kitabı 6:17-də Elişa ALLAHA dua etdi ki, ALLAH qulluqçunun gözlərini açsın: “Ya RƏBB, onun gözlərini aç ki, görsün. RƏBB qulluqçunun gözlərini açdı və o gördü ki, dağ ODLU atlar və ALOVLU [eyniyyən MÜQƏDDƏS RUH kimi, göylərdən qüdrət bizim üzərimizə enəndə İSANIN bizi vəftiz etdiyi OD-ALOV, o an ki biz MÜQƏDDƏS RUH və ODLA vəftiz oluruq] döyüş arabaları [daşıyıcılar, UNO-lar, uçan boşqablar] ilə doludur. Onlar Elişanı əhatəyə almışdı.”

Həvarilərin İşləri kitabı 1:7-9-da İSA ÖZ şagirdlərinə belə dedi: “ATANIN hökmü ilə təyin olunan vaxtları və tarixləri bilmək sizin işiniz deyil. Amma MÜQƏDDƏS RUH üzərinizə enəndə siz qüvvət [ALOV və CƏSARƏT] alacaqsınız və Yerusəlimdə, bütün Yəhudeya və Samariyada, həmçinin yer üzünün qurtaracağınadək hər yerdə MƏNİM şahidlərim olacaqsınız. İSA bunları deyəndən sonra həvarilərin gözləri qarşısında yuxarı qaldırıldı. Bir bulud İSANI götürüb onlardan gizlədi.”

MÜQƏDDƏS RUH İSANI Göylərə (Cənnətə) apardı. Məhz bu cür MÜQƏDDƏS RUH içində mələklər olan UNO-ları, uçan boşqabları və ALOVLU döyüş arabalarını idarə edir. Onlar başqa planetdən gəlməyib. Onlar – zamanın sonuna az qalmış dövrdə İSANIN yer üzünə qayıdışından əvvəl yer üzünə nəzər yetirən Göylərdən gələn səmavi məxluqlardır. Onlar həmçinin Mattanın yazdığı Müjdənin 24-cü fəsilində İSANIN bəhs etdiyi məşəqqətin başlanğıcını həyata keçirir. İSA bu barədə belə deyir: “Ehtiyatlı olun, qoy sizi heç kim aldatmasın. Çünki MƏNİM adımla çox adam gəlib “MƏSİH mənəm” deyərək çoxlarını aldadacaq. Siz müharibələr və müharibə xəbərləri eşidəcəksiniz. Amma təlaşa düşməyin. Bunlar baş verməlidir, amma bu hələ hər şeyin axırı deyil. Çünki millət millətə, padşahlıq padşahlığa qarşı çıxacaq. Yerbəyer aclıq, yoluxucu xəstəliklər [yoluxucu xəstəlik ölümlə nəticələnən epidemik xəstəlikdir; bəladır; hər hansı bir zərər vuran zədədir] və zəlzələlər olacaq. Bütün bunlar böyük məşəqqətin başlanğıcıdır.” (Matta 24:4-8).

Sizə elə gəlmirmi ki, biz artıq məşəqqət dövrünün başlanğıcını çoxdan keçmişik? 9-cu bənd belə deyir: “O zaman sizi əziyyətə təslim edib [ALLAH və ONUN mələkləri isə bütün bunları görür!] öldürəcəklər [Uako qətliyamında onlar kişi və qadınları, eləcə də onların övladlarını qətlə yetirdikləri kimi – ALLAH və ONUN mələkləri isə yenə də bütün bunları görür. Canet Reno və Bill Klinton milli televiziyadan çıxış edərək hər ikisi bu faciəyə görə tam məsuliyyəti öz üzərilərinə götürdüklərini demişdilər. Bill Klinton əlavə edərək bildirmişdi: “Bu, heç bir sektaya qoşulmamaları üçün insanlara ibrət dərsi olacaq”. Həmin bəyanat Bill Klintonun ABŞ-ın Konstitusiyasına edilən Birinci Dəyişikliyə qarşı atılan qeyri-qanuni, qeyri-konstitusional addımı idi – o bunu öz dili ilə dedi]. MƏNİM adıma görə bütün millətlər sizə [həqiqi xristianlara] nifrət edəcək [İSA MƏSİHİ sevdiyinizə görə. İSA və Göylərdən nəzər yetirənlər isə yer üzündə baş verən hər şeyi görürlər.]. Onda bir çoxu imandan büdrəyərək [həqiqi xristian (qeyri-katolik) olduqlarına görə qarşılaşdığı təqiblər ucbatından] bir-birini təslim edəcək [artıq ediblər] və bir-birinə nifrət edəcək [indi də nifrət edirlər]. Bir çox yalançı peyğəmbərlər [Şeytanın törəmələri] törəyib çox adamı aldadacaq. [Vəhy kitabı 12:9-da bu barədə belə deyilir ‘O böyük əjdaha – iblis və Şeytan deyilən, bütün dünyanı aldadan qədim ilan yer üzünə atıldı (Göylərdən), mələkləri də onunla birgə atıldı.’] Qanunsuzluq çoxaldığı üçün bir çoxunun məhəbbəti soyuyacaq. Amma axıracan dözən xilas olacaq. [ALLAH və ALOVLU döyüş arabaları bütün bunlara nəzər yetirir və hər şeyə qulaq asır.] Səmavi Padşahlığın bu Müjdəsi [bu həqiqət sözləri] bütün millətlərə şəhadət olmaq üçün bütün dünyada vəz ediləcək. O zaman hər şeyin [dünyanın] axırı gələcək. Beləliklə, Daniel peyğəmbərin bəhs etdiyi viranəlik gətirən iyrənc şeyi gördüyünüz zaman Müqəddəs məkanda möhkəm durun – (qoy oxuyan bunu anlasın).” (Matta 24:9-15).

Bütün dünyaya viranəlik gətirən iyrəncliyin baş verdiyi məqam isə Roma Papası Roma şəhərində, yəni Vatikanda vəhşi heyvan olan Vahid Dünya Hökumətini, Yeni Dünya Qaydasını formalaşdırmaq üçün bütün ölkə başçılarını yığan zamana təsadüf edir. Bu isə, Şeytan ruhunun əməlləridir.

Qarşımızda “Aktivist Post” saytında 10 dekabr 2012-ci ildə yerləşdirilmiş və müəllifi Endryu Puhanik olan Vatikanın pres-relizinə dair məqalə var: “Vatikan Dünya Hökumətinin və Yeni Dünya Qaydasının yaradılmasına çağırır. “Katolik kilsəsinin (sektanın) lideri Papa XVI Benedikt Dünya Hökumətinin və Yeni Dünya Qaydasının yaradılmasına çağırıb. 3 dekabr 2012-ci ildə keçirilmiş Ədalət və Sülh üzrə Pontifik Şurada etdiyi çıxışında Roma Papası “bəşər ailəsinin ortaq xeyrinə” xidmət etməsi üçün “müvafiq səlahiyyətli ümumdünya icmasının qurulmasına” səsləyib.”

Ortaq xeyir? Vəhy kitabı 16:1-2-də, ALLAH deyir ki, bu vəhşi heyvan kimi, bu Vahid Dünya Hökuməti, Yeni Dünya Qaydası kimi hər hansı lənətə gəlmiş təşkilata üzv olmaqla, biz öz taleyimizi qabaqcadan müəyyən etmiş oluruq: “Mən məbəddən yeddi mələyə «gedin, ALLAHIN hiddətinin yeddi nimçəsini yer üzünə boşaldın» deyən uca bir səs eşitdim. Birinci mələk gedib öz nimçəsini quruya boşaltdı və vəhşi heyvanın damğasını daşıyan [yenə də qeyd edirəm ki, bu Vahid Dünya Hökuməti, Yeni Dünya Qaydasının damğasıdır], onun surətinə səcdə edən adamlarda [burada, aldanmış və xilas olmamış insanlardan ibarət bütün dünya nəzərdə tutulur] pis və ağrılı yaralar əmələ gəldi.”

Vəhy 19:20-də deyilir: “Vəhşi heyvan [Romanın başçılığı altında olan Vahid dünya Hökuməti, Yeni Dünya Qaydası17] yaxalandı; onun önündə əlamətlər göstərmiş [Məryəmin zühur etməsi, çarmıxda asılan İSAYA həsr olunmuş heykəldən tökülən qan, əllərindən qan sızan Məryəm ananın heykəli kimi yalançı möcüzələr], bunlarla onun damğasını qəbul edib surətinə səcdə edənləri [onun hökumətinə xidmət edənləri və gördükləri işə görə bu hökumətdən maaş alanları] aldatmış yalançı peyğəmbər də [bu Roma Katolik kilsəsi adını daşıyan sektadır] yaxalandı. Hər ikisi diri-diri kükürdlə yanan od gölünə atıldı.”

Roma Papasının sözləri və əməlləri aldadılmış insanların əlləri və alınlarında vəhşi heyvanın damğasını tezliklə qəbul etməsinə gətirib çıxarır. Bu damğanı qəbul edən bütün insanlar MÜQƏDDƏS RUHA qarşı küfr edənlər kimidir, Roma Papası isə sülh və əmin-amanlıq naminə çoxlarını aldatmaqla məşğuldur.18 Vəhy kitabı 13:16-17-də belə yazılır: “İkinci vəhşi heyvan [Roma Papası, onun yalançı kilsəsi, onun Yeni Dünya Qaydası və Vahid Dünya Hökuməti simasında təcəssüm edən Şeytan] hamını – böyükləri və kiçikləri, varlıları və yoxsulları, azadları və qulları məcbur edir ki, sağ əlləri yaxud alınları damğalansın. Beləcə bu damğanı, yəni həmin vəhşi heyvanın adını ya da adını təmsil edən sayı daşımayan bir kəsə alıb-satmağa icazə verilmir.”

Press-relizdə Roma Papası əlavə edir ki, bu, “dünyada sülhün və ədalətin müdafiəsi vasitələridir”. [“Siz atanız iblisdənsiniz və atanızın arzularını yerinə yetirmək istəyirsiniz. O, başlanğıcdan qatil idi və həqiqətə sadiq qalmadı, çünki onda həqiqət yoxdur. Yalan söyləyəndə öz xasiyyətinə görə söyləyir, çünki yalançıdır və yalanın atasıdır” (Yəhya 8:44)]. Çox güman ki, Roma Papası Dünya Hökumətinin və Yeni Dünya Qaydasının qurulmasına yeni superdövlətin yaradılması vasitəsilə deyil, qərarların qəbul edilməsində məsuliyyət daşıyanlara (hiyləgər siyasətçilərə) mühakimə etmə meyarları və təcrübi tövsiyələr təqdim edən yeni İdarəetmə Orqanının [məhkum edilmiş, xilas olunmamış dünya üçün (lakin müqəddəslərin oradan qurtarılması şərtilə)] yaradılması vasitəsilə nail olmağa çalışır. Roma Papasının sözləri bu cür qələmə alınıb: “Təklif edilən orqan (Dünya Hökuməti) digər insanlar üzərində yüksəlmiş, zəifləri istismar edən bir qrup insanın əlində cəmləşmiş super güc olmayacaq” [Lakin bu, məhz elə onların etməyi planlaşdırdıqları və hal-hazırda etdikləridir]. Bundan əlavə, Roma Papası öz yanaşmasını “düzgün səbəbdən irəli gələrək təsir gücünü göstərən “əxlaqi (əxlaqsız) qüvvə”, və ya əxlaqi (əxlaqsız) hakimiyyət” kimi təsvir etmişdi [əgər o, bu qədər əxlaqidirsə, nəyə görə hökumət dövlət məktəblərində və ya məhkəmə kimi hökumət binalarında ALLAHIN On Əmrinin yerinə yetirilməsinə icazə vermir?] – bu, müvafiq yurisdiksiyada qanunla məhdudlaşdırılmış müştərək hakimiyyət olacaq.19

ALLAH bizə Şeytanın hər hansı təşkilatından və elə ilk növbədə Yeni Dünya Qaydası üzərində Şeytandan hakimiyyət almış Vahid Dünya Hökumətindən uzaq durmağı tapşırır.20 Siz kimə inanırsınız – ALLAHA yoxsa Vatikanda bərqərar olmuş Şeytanın Roma Katolik Sektasına və Roma Papasına? Şeytanın törəməsi olan Roma Papasına inanmağın heç bir faydası yoxdur. Ona inananların və onun arxasınca gedənlərin axırı – Odlu Göldür.

Başqa heç bir planetdə həyatın olmadığını açıq-açığına deyən ALLAHA iman edin. Həmçinin, inanın ki, UNO-lar – Göylərdən gəlmiş mələklərdir, Nəzər Yetirənlərdir, və HƏR ŞEYƏ QADİR, hər yerdə mövcud olan, yəni eyni anda hər yerdə olan ALLAHA iman edin.

Seçiminiz ALLAHDIRSA, onda bu dua sözlərini deyin. Sonra da ATA, OĞUL və MÜQƏDDƏS RUH naminə suya tam şəkildə batırılıb çıxarılmaqla su vəftizindən keçin.21 Müqəddəs Kitabı (ingilis dilində Kral Yaqubun tərcüməsində olan Müqəddəs Kitabın Azərbaycan dilinə tərcüməsini) oxuyub tədqiq edin və orada deyilənə əməl edin.22

Dua

Ey RƏBB ALLAHIM, mən günahkara rəhm eylə.1 Mən inanıram ki, İSA MƏSİH diri ALLAHIN OĞLUDUR.2 İnanıram ki, O, çarmıxda ölərək bütün keçmiş günahlarımın əhfi üçün ÖZ qiymətli qanını axıdıb.3  Mən inanıram ki, ALLAH MÜQƏDDƏS RUHUN qüdrətilə4 İSANI ölülərdən dirildib və indi İSA MƏSİH ALLAHIN sağında oturub günahlarımı etiraf etdiyimi və bu dua sözlərimi eşidir. 5 Ey RƏBB İSA, budur, ürəyimi SƏNƏ açıram və xahiş edirəm ki, gələsən ürəyimə. 6  Qolqotadakı çarmıxda cəza yerimi tutmaqla axıtdığın əziz qanınla bütün murdar günahlardan məni təmizləməyini xahiş edirəm.7 RƏBB İSA, bilirəm ki, SƏN məndən üz çevirməyəcəksən və günahlarımı bağışlayacaq, canımı isə xilas edəcəksən, çünki SƏNİN KƏLAMIN, MÜQƏDDƏS KİTAB belə deyir. 8 SƏNİN KƏLAMIN deyir ki, SƏNƏ pənah gətirənlərdən heç kimi, mən də daxil olmaqla, SƏN heç vaxt çarəsiz qoymayacaqsan. 9 Ona görə də bilirəm ki, SƏN duamı eşitdin və xahişimə cavab verdin. Bilirəm ki, xilas olmuşam.10 RƏBB İSA, canımı xilas etdiyinə görə SƏNƏ minnətdaram və minnətdarlığımın əlaməti olaraq SƏNİN buyurduqlarını yerinə yetirəcək və bir daha günah işlətməyəcəyəm. 11

İSA deyib ki, xilası qəbul edəndən sonra, ATA, OĞUL və MÜQƏDDƏS RUHUN adı ilə bütövlüklə suya batırılıb çıxarılmağımızla vəftiz olaq.12 Səylə Müqəddəs Kitabı, Bibliyanı tədqiq edin (ingilis dilində Kral Yaqubun tərcüməsində olan Bibliyanı) və orada yazılanlara əməl edin.13

İndi MƏSİH və ATA ALLAH MÜQƏDDƏS RUHUN vasitəsi ilə sizin içinizdə yaşayır. ALLAHIN ilahi təbiətinin daha dolğun payını almaq üçün indi sizdə də qabiliyyət var. ALLAHIN ilahi təbiəti daxilinizdə nə qədər çox yaşayırsa, milyonlarca xristianları xilas yolundan asanlıqla çıxarmış imtahanlara qarşı durmağa bir o qədər çox gücünüz olacaq. Dua edin ki, MÜQƏDDƏS RUHLA vəftiz olunasınız.14 MÜQƏDDƏS RUHLA vəftiz olunmanın yolunu öyrənmək və ALLAHIN müqəddəs təbiətindən daha çox pay almaq barədə təlimatlarla əlaqədar sizə ədəbiyyat göndərməyimiz üçün bizə məktub yazmaqla və ya zəng vurmaqla müraciət edin. Çünki müqəddəsliyə nail olmadan heç kim RƏBBİ görməyəcək (İbranilər 12:14).

RƏBB istəyir ki, siz xilasınız haqqında başqa adamlara şəhadət edəsiniz. Bunun üçün Pastor Toni Alamonun Müjdəçi ədəbiyyatının paylayıcısı ola bilərsiniz. Biz sizə pulsuz olaraq bu ədəbiyyatı göndərə bilərik. Bu mesajı başqa kiminlə isə bölüş.

Əgər İSANIN vəsiyyətinə uyğun olaraq dünyanın xilas olmasını istəyirsinizsə, onda ALLAHDAN ONA aid olan ondabirləri və ianələri oğurlamayın. ALLAH belə deyib: “İnsan da ALLAHDAN oğurlayarmı? Siz isə MƏNDƏN oğurlayırsınız. “SƏNDƏN nəyi oğurlayırıq?” deyə soruşursunuz. Onda birləri və təqdimləri oğurlayırsınız. Siz böyük lənətə düçar oldunuz. Çünki bütün millət (və bütün bu dünya) – hamınız MƏNDƏN oğurlayırsınız. Bütün ondabirlərinizi (“onda bir” sizin ümumi gəlirinizin 10%-ni təşkil edən məbləğdir) anbara gətirin ki, məbədimdə (xilası qəbul etmiş qəlblər üçün) ərzaq olsun (Ruhanı qida). ORDULAR RƏBBİ deyir: “Siz bununla MƏNİ sınayın. Görəcəksiniz ki, göylərin pəncərələrini sizə açacağam, üzərinizə ehtiyaclarınızdan da çox bərəkət yağdıracağam. Çəyirtkələri əkinlərinizi yeməyə qoymayacağam, tarlada meynəniz məhsulsuz qalmayacaq” deyir ORDULLAR RƏBBİ. “Bütün millətlər sizi bəxtiyar sayacaq. Çünki ölkəniz gözəl bir yer olacaq” deyir ORDULAR RƏBBİ” (Malaki 3:8-12).


Azerbainani Alamo Literature

Daha ətraflı məlumat almaq və ya maraq göstərdiyiniz digər mövzularda ədəbiyyat əldə etmək üçün bizimlə aşağıdakı ünvan vasitəsilə əlaqə saxlaya bilərsiniz:
Ümumdünya Pastor Toni Alamo
Tony Alamo Christian Ministries Worldwide
P. O. Box 2948
Hollywood, CA 90078
24 saatlıq dua və məlumat xəttimiz: (908) 937-5723
Toni Alamo Ümumdünya Xristian Xidmətləri bütün ürəyi, qəlbi, düşüncəsi və gücü ilə RƏBBƏ həqiqətən xidmət etmək istəyənlərin hamısını ABŞ-daki ünvanlarımızda yaşayış üçün zəruri olan hər şeylə və yer ilə təmin edir.
Kilsə xidmətləri ABŞ-ın Nyu York Siti şəhərində həftənin Çərşənbə Axşamları saat 20:00-da və digər ünvanlarda gecələr keçirilir. Daha ətraflı məlumat üçün buraya zəng vurun: (908) 937-5723
YEMƏK HƏR KİLSƏ XİDMƏTİNDƏN SONRA VERİLİR.
Pastor Alamonun yazdığı Məsih adlı kitabın nüsxəsini almaq üçün müraciət edin. Bu kitab Əhdi Ətiqin 333 peyğəmbərliyi əsasında MƏSİHİ tanıdır.
Pastor Alamonun ədəbiyyatını paylamaqla Siz də insan qəlblərinə xidmətin iştirakçısı olun. Bütün ədəbiyyat və audio mesajlarımız, göndərilməsi də daxil, pulsuzdur.

BU ƏDƏBİYYAT XİLASIN HƏQİQİ PLANINI AÇIQLAYIR 
(Həvarilərin İşləri 4:16)
BU VƏSAİTİ TULLAMAYIN, OXUDUQDAN SONRA BAŞQALARINA ÖTÜRÜN
Başqa ölkədə yaşayırsınızsa, Sizi həvəsləndiririk ki, bu ədəbiyyatı öz dilinizə tərcümə edəsiniz.
Yenidən çap edəcəyiniz halda aşağıdakı müəllif hüququ və qeydiyyat nişanlarını daxil etməyinizi xahiş edirik:

© Fevral 2013 Bütün hüquqlar qorunub Ümumdünya Pastor Toni Alamo ® Qeydiyyatdan keçmə tarixi Fevral 2013
AZERBAIJANI—VOLUME 17500—CHARIOTS OF FIRE


footnotes:

1. Yar. 19:1-25, Say. 22:1-35, 25:1-9, 2 Şam. 24:1-17, 2 Padş. 19:35, 1 Salnam. 21:9-30, 2 Salnam. 32:19-22, Vəhy 7:1-2, 8-ci fəsil, 9:1-5, 13-21, 14:8-11, 15-20, 16-cı fəsil, 18:1-2, 21, 19:17-21, 20:1-3, 21:9 return

2. Mat. 3:7-10, 7:13-23, Yəh. 14:12, 15, 21-24, 15:1-14, Rom. 12:5-21, Qal. 5:14-26, Ef. 4:20-32, Tit. 2:11-15, İbr. 2:1-3, Yaq. 1:21-27, 1 Pet. 4:7-8, 2 Pet. 1:3-11, 1 Yəh. 2:3-11, 15-17, 3:4-12, Vəhy 3:14-22 return

3. Vəhy 3:14-22 return

4. Yaq. 2:10-11 return

5. Qanun. Təkr. 31:21, 1 Padş. 8:39, 2 Padş. 19:27, 1 Salnam. 28:9, Əyyub 31:4, 34:21-22, 25, Zəb. 44:21, 69:5, 139:1-16, 23-24, Yeş. 29:15-16, Yez. 11:5, Luk. 16:15, Həv. İş. 15:18, İbr. 4:13, 1 Yəh. 3:20, Vəhy 20:12-13 return

6. 1 Padş. 8:27, 2 Salnam. 2:6, Zəb. 139:7-16, Məs. 15:3, 11, Yer. 23:23-24 return

7. Yar. 17:1, 35:11-12, 1 Salnam. 29:11-12, 2 Salnam. 20:6, Əyyub 42:2, Zəb. 104:1-32, Yeş. 26:4, 40:12-18, 21-28, Mat. 19:26, 24:30, 28:18, Luk. 1:37, Yəh. 17:2, Həv. İş. 26:8, Ef. 1:19-22, Kol. 1:12-19, 2:10, İbr. 1:1-12, Vəhy 4:11, 16:9, 19:6 return

8. Zəb. 139:3-10, Yer. 23:23-24, Həv. İş. 7:48-49, 17:24 return

9. Zəb. 19:14, Mat. 12:36-37 return

10. “Allahın Səmavi Qüvvələri (Nəzər yetirənlər),” “Səmavi Mələklər Planetimizin Üzərində”, Yar. 19:1-25, Çıx. 33:1-3, 2 Şam. 24-cü fəsil, 2 Padş. 6:8-17, 19:1-35, 2 Salnam. 20:1-24, 32:1-22, Zəb. 34:7, 35:4-6, Zək. 1:7-21, Mat. 13:36-43, 47-50, 16:27, Həv. İş. 12:21-23, Yəhuda 14-15, Vəhy 7:1-2, 8-ci fəsil, 9:1-5, 12-21, 14:8-11, 15-20, 15:1, 16-cı fəsil, 18:1-2, 21, 19:17-21, 20:1-3, 21:9 return

11. 2 Salnam. 32:19-21, Yeş. 37:36 return

12. Yar. 16:6-15, 21:14-21, Hakim. 13-cü fəsil, 1 Padş. 19:1-8, Dan. 6-cı fəsil, Mat. 1:18-25, 28:1-8, Luk. 1:5-20, 26-38, 2:7-16, Həv. İş. 1:9-11, 10:3-6, 12:1-11, 27:9-44 return

13. 1 Salnam. 29:15, Job 4:17-21, 7:6-10, 9:25-26, Zəb. 22:29, 39:4-6, Yeş. 2:22, 40:6-7, Yaq. 1:10-11, 4:14, 1 Pet. 1:24 return

14. Çıx. 15:18, Qanun. Təkr. 32:39-40, Əyyub 36:26, Zəb. 9:7, 10:16, 29:10, 45:6, 90:1-4, 93:2, 102:12, 24-27, 146:10, Yeş. 44:6, Mərs. 5:19, Dan. 4:34, Luk. 1:33, İbr. 1:10-12, 1 Tim. 1:17, 6:15-16, Vəhy 1:8, 17-18, 4:8-11 return

15. Zəb. 73:18-19, Vaiz 12:13-14, Dan. 7:9-10, Həv. İş. 17:30-31, Rom. 2:5-13, 16, 14:10-12, 1 Kor. 15:52, 2 Kor. 5:10, İbr. 10:26-31, Vəhy 11:18, 20:11-15 return

16. Yeş. 53:4-12, Yəh. 1:29, 1 Pet. 1:18-19, Vəhy 5-ci fəsil, 6:16, 7:9-17, 12:11, 13:8, 14:1-4, 15:3, 17:14, 19:7-9, 21:9-27 return

17. Vəhy 17:1-9, 15-18, 18:1-10, 15-19, 24, 19:1-3 return

18. Yer. 6:13-14, 8:11, Yez. 13:9-10, Mat. 10:34, 1 Salon. 5:1-9 return

19. İngilis dilində həmin məqalənin linki http://www.activistpost.com/2012/12/vatican-calls-for-world-government-and.html return

20. 2 Kor. 6:14-18, 2 Salon. 2:3-12, Vəhy 2:18-25, 14:8-11, 16:1-2, 10-11, 17-ci fəsil, 18:1-8, 19:1-3, 17-21, 20:4, 10 return

21. Mat. 28:19-20, Yəh. 3:5, Həv. İş. 2:38, 19:3-5 return

22. 2 Tim. 2:15, 3:14-17, Yaq. 1:22-25, Vəhy 3:18 return


Prayer footnotes:

1. Psa. 51:5, Rom. 3:10-12, 23 return

2. Matt. 26:63-64, 27:54, Luke 1:30-33, John 9:35-37, Rom. 1:3-4 return

3. Acts 4:12, 20:28, Rom. 3:25, I John 1:7, Rev. 5:9 return

4. Psa. 16:9-10, Matt. 28:5-7, Mark 16:9, 12, 14, John 2:19, 21, 10:17-18, 11:25, Acts 2:24, 3:15, Rom. 8:11, I Cor. 15:3-7 return

5. Luke 22:69, Acts 2:25-36, Heb. 10:12-13 return

6. I Cor. 3:16, Rev. 3:20 return

7. Eph. 2:13-22, Heb. 9:22, 13:12, 20-21, I John 1:7, Rev. 1:5, 7:14 return

8. Matt. 26:28, Acts 2:21, 4:12, Eph. 1:7, Col. 1:14 return

9. Matt. 21:22, John 6:35, 37-40, Rom. 10:13 return

10. Heb. 11:6 return

11. John 5:14, 8:11, Rom. 6:4, I Cor. 15:10, Rev. 7:14, 22:14 return

12. Matt. 28:18-20, John 3:5, Acts 2:38, 19:3-5 return

13. Deut. 4:29, 13:4, 26:16, Josh. 1:8, 22:5, 2 Tim. 2:15, 3:14-17, James 1:22-25, Rev. 3:18 return

14. Isa. 28:11-12, Joel 2:28-29, Luke 3:16, 11:9-13, John 1:29-34, 7:37-39, 14:15-29, 15:26, 16:7-14, Acts 1:1-8, 2:1-18, 32-39, 5:29-32, 19:1-7, Rom. 5:3-5, 15:13 return