XİLAS İLƏ DİN ARASINDA FƏRQ

Toni Alamo

Bu dünyada dindar adamların sayı RUHDAN yeni doğulub xilasa qovuşmuş insanların sayından qat-qat çoxdur. Müqəddəs Kitab bizə dinin iblisdən gəldiyini, xilasın isə RƏBDƏN olduğunu dönə-dönə xəbər verir.1

MƏSİHƏ iman etməklə dinə inanmaq arasında fərq ondan ibarətdir ki, MƏSİHƏ iman yolunda ALLAHDIR insanı axtaran. Başqa sözlərlə desək, məhz ALLAHDIR insanı axtarıb tapan. O hələ də başqa qəlbləri axtarır. İlk öncə ALLAH Əhdi Ətiq dövründə Adəmə, Qabilə, Şetə, Xanoka, Nuha, İbrahimə, İshaqa və Yaquba müraciət etmişdi. Əhdi Cədiddə isə ALLAH əvvəl Mattaya, Yəhyaya və həvari Pavelə xitab etdi. 1964-cü ildə O ÖZ Sözü ilə mənə danışdı və Müqəddəs Kitabın yazıldığı dövrdən indiyədək ALLAH bir çox insana Sözü ilə müraciət edib. Başqa sözlərlə desək, ALLAH bütün başçıları, yəni ONA aid olan ailənin rəhbərlərini axtarıb və onlara müraciət edib ki, onlar da gedib itmiş quzuları axtarıb tapsınlar. Həmin tapılmışlar isə gələcək zamanlarda xilas olanların arasında sonuncular olacaq və əbədiyyəti Səmavi Padşahlıqda ALLAH ATA, ONUN vahid OĞLU MƏSİH və MÜQƏDDƏS RUH ilə birlikdə keçirəcəklər.

MƏSİH başqalarını axtarmaq üçün ÖZ şagirdlərinə, eləcə də hamımıza təlimat verir ki, onlar da gələcəkdə ONUN şagirdləri olaraq gedib bizim etdiyimizi etsinlər.2 ONUN bu təlimatı Müqəddəs Kitabın Matta 28:18-20 bölməsində qeyd olunub: “Göydə və yer üzündə bütün səlahiyyət MƏNƏ verilmişdir. Beləliklə, gedin, bütün millətləri MƏNİM şagirdim edin; onları ATA, OĞUL və MÜQƏDDƏS RUH adı ilə vəftiz edin [suya tam batırıb çıxarmaqla3]; sizə əmr etdiyim hər şeyə riayət etməyi onlara öyrədin. Budur, MƏN daima, hətta dünyanın sonuna qədər sizinləyəm. Amin.” İnsan ALLAHI axtarmır, MƏSİHDİR insanı axtaran. ALLAHI axtaran insanın məşğuliyyəti “dindir”, insanı axtaran ALLAHIN məqsədi isə bizə “xilas” verməkdir.

Bütün dinlərin tələbi ondan ibarətdir ki, xilası olmayan insanlar ALLAHI və ya ALLAH olduğunu düşündükləri kəsi axtarsınlar. Din nədir? Din insan düşüncəsinə əsasən ALLAH kimi qələmə verilənə insanın inancı və ibadətidir. İnsan şüurunda bir ilahinin mövcud olduğuna yer ayrılıb, lakin bir olan həqiqi ALLAHIN kim olduğunu insan bilmir. Buna görə də Matta 28:19-da İSA ÖZ birinci şagirdlərinə o vaxt və indiki şagirdlərinə bu gün deyir: “Gedin, BÜTÜN MİLLƏTLƏRİ MƏNİM şagirdim edin [qarşısında baş əyməli və yalnız ONA sitayiş etməli və qulluğunda olmalı həqiqi ALLAHIN kim olduğunu öyrədin]; onları ATA, OĞUL və MÜQƏDDƏS RUH adı ilə [suya tam batırıb çıxarmaqla] vəftiz edin.”

Cənnətin qapıları qarşımızda açılsın deyə biz kamil olmalıyıq.4 Biz kamil ola bilərik, çünki ALLAH kamil olmağımızı əmr edir və O əsla bizə mümkün olmayan birisi olmağımızı əmr etməz.5 Matta 5:48-də İSA belə deyir: “Ona görə də Səmavi ATANIZ kimi kamil olun”. Əgər MÜQƏDDƏS RUHA əsasən həyat sürürüksə, onda biz kamilik. Romalılara 8:1-2 belə buyurur: “Deməli, indi MƏSİH İSADA olanlara, cismani təbiətə görə yox, RUHA görə həyat sürənlər üçün heç bir məhkumluq [nə Cəhənnəm, nə də ki, Odlu Göl] yoxdur. Çünki HƏYAT verən RUHUN qanunu məni günah və ölüm qanunundan MƏSİH İSA vasitəsilə azad etdi”. Fikir verin, burada Müqəddəs Yazı demir ki, biz mənəviyyat qanunundan azad ola bilərik. Biz yalnız günah və ölüm qanunundan azad ola bilərik. Günah və ölüm qanunu isə deyir ki, RUHDAN yeni həyat aldıqdan sonra mənəviyyat qanununu pozduğumuz halda günahlarımız üçün veriləcək qurban (bağışlanma) artıq qalmır.

İbranilərə 10:26-31 həmin fikri bu cür açıqlayır: “Həqiqəti dərk edib qəbul edəndən sonra qəsdən günah etməkdə davam etsək, artıq günah üçün qurban qalmır. Lakin sizi mühakimənin və ALLAHIN düşmənlərini yandırıb-yaxan şiddətli alovun dəhşəti gözləyir. Musanın Qanununa xor baxan adam iki yaxud üç şahidin sözü ilə rəhm edilmədən öldürülür. Əgər bir insan ALLAHIN OĞLUNU tapdalayaraq təqdis edildiyi Əhdin qanını adi bir şey sayıb ALLAHIN lütfkar RUHUNU təhqir edərsə, sizcə bundan nə qədər ağır cəzaya layiq görüləcək? Çünki “Qisas MƏNİMDİR, əvəzini MƏN verəcəyəm” və yenə də “RƏBB ÖZ xalqını mühakimə edəcək” deyəni tanıyırıq. Var olan ALLAHIN əlinə düşmək dəhşətdir!” Məhz buna görə RƏBB qorxusu hikmətin başlanğıcıdır.6 Biz ONUN buyurduğunu etməliyik, dindən uzaq durmalıyıq və RUHDAN yeni həyat almalıyıq. ALLAH istəyir ki, biz bu həqiqəti dərk edək, dərrakəni isə bizə verən RƏBB qorxusudur.

Yəhya 3-5-də İSA Nikodimusa RUHDAN doğulmağın ZƏRURİ olduğunu deyir. İSA heç vaxt deməyib ki, sən bir dinə gəlməlisən. MƏSİHƏ iman etmək heç də dinə bənzər bir şey deyil. Bir daha qeyd etmək istəyirəm ki, MƏSİHƏ iman etmək ALLAHIN, ONA xidmət etməsini istədiyi insanı axtarıb tapmaq üçün yer üzünə gəlməsidir.

İnsanlar çox vaxt “Xristianlıq ilə din arasında fərq nədir?” deyə soruşurlar. Bu sual belə də qoyula bilər: “Xristianlıq bir dindirmi?” Bu suala səmimi cavab vermək üçün deməliyəm ki, Xristianlıq din deyil. Əsl Xristianlıq xilasdır. Ruhən maariflənməmiş adamlar Xristianlığı dünyanın beş əsas dinindən biri hesab etsələr də MƏSİHƏ iman etmək dinə inanmaq demək deyil. Bu bir faktdır. Bunu aşağıdakı sözlərlə də izah edə bilərik – Xristian dini deyilən məzhəbin davamçılarına deyil, MƏSİHƏ həqiqətən iman edən adamlara Xristian deyilir. Tarixdən, bu günə qədər, dinlər Xristianlığa qarşı daim zorakı mövqe tutublar.

Roma katolik kilsəsinin təşkil etdiyi üç müxtəlif inkvizisiyada milyonlarla insan qətlə yetirilmişdi. Son iki min il ərzində bu kilsə çoxlu sayda uşaqların ata-anaları ilə birlikdə qətlə yetirildiyi (Texas ştatında) Ueyko qətliamı kimi tanıdığımız bir çox başqa qətliamlar da törədib. (Ueyko qətliamı haqqında daha ətraflı məlumat almaq üçün internet saytımızdakı səhifəyə daxil ola bilərsiniz – Waco – səhifənin aşağı hissəsində təqdim olunmuş faktlar, video materiallarla tanış olmaq mümkündür.) Roma katolik kilsəsinin belə əməliyyatları bu günə kimi davam edir.

Qeyd olunanları təsdiq etmək üçün ispan inkvizisiyasını, eləcə Vatikanın törətdiyi bir çox başqa faciələri nümunə gətirə bilərik. Buraya Auşvitz və digər nasist konsentrasiya düşərgələrində altı milyon yəhudinin qətlə yetirildiyi tarixi hadisələr də daxildir. Hal-hazırda Xristianlığa qarşı aparılan müharibənin mənbəyi Vatikandır.7 Bir çoxlarımızın sahib olduğu yüzlərlə milyon dollarla dəyərləndirilən mülkiyyət əlimizdən alınıb və əsl yenidən doğulmuş xristian olan bir çoxlarımız katolik dinin təşəbbüsü ilə bizə qarşı sürülən yalançı ittihamlar əsasında azadlıqdan məhrum olaraq ömürlük həbs cəzası çəkirik. Mən Roma katolik kilsəsinin sektant xidmətlərinə gəlib-gedən sıravi katolik ailələrindən danışmıram. Onlar da bu dünyanın əhalisi kimi qeyd etdiyim faktlara dair cahildirlər. Lakin, yenə də dediklərim doğru olaraq qalır.

Polşada katolik və lüteran kilsələrinin zınqırovları zəng vurduğu zaman milyonlarla təqsirsiz insan almanların qaz kameraları və sobalarına atılmış, sonra da meyitləri buldozerlərlə nəhəng çuxurlara (kütləvi məzarlara) aşırılmışdı. Bu şəhidlərin bəziləri, eşitdiyimə görə, hətta diri-diri çuxurlarda basdırılmışdı. Göydən baxanlar bunların hamısına şahiddirlər, onlar hər şeyi görüb, hər şeyi eşidib.8 ALLAH ÖZÜ hər şeyi görüb və eşidib.9 ALLAHA şükür olsun ki, Mühakimə Günü var və o günün gəlməsinə az qalıb.10

Lukanın Müjdəsi 12:1-5 bölməsində belə yazılır: “Saysız-hesabsız insanlar bir-birini sıxışdıra-sıxışdıra oraya yığıldığı zaman İSA əvvəl ÖZ şagirdlərinə dedi: «Fariseylərin [dindar yəhudilərin] mayasından, yəni ikiüzlülükdən [günahdan] özünüzü gözləyin. Elə örtülü bir şey yoxdur ki, aşkara çıxmayacaq və elə gizli bir şey yoxdur ki, bilinməyəcək. Buna görə də qaranlıqda dediyiniz gün işığında [göydən baxanlar və ALLAH tərəfindən] eşidiləcək, bağlı qapı arxasında qulağa pıçıldadığınız damlardan bəyan olunacaq. Ey MƏNİM dostlarım, sizə deyirəm: bədəni öldürən və ondan sonra başqa heç nə edə bilməyənlərdən qorxmayın. Amma KİMDƏN qorxmalı olduğunuzu sizə göstərim: adamı öldürəndən sonra cəhənnəmə atmağa ixtiyarı olan ALLAHDAN qorxun. Bəli, sizə deyirəm: ONDAN [KÜLLİ-İXTİYAR sahibi olan ALLAHDAN] qorxun!”

ALLAH nə edəcəyini bilməyən Adəmin yanına gəldi. Adəmin əbədi yaşamağı üçün ALLAH ona HƏYAT ağacından yeməyi buyurdu. Lakin bunun əvəzinə Adəm ALLAHIN ona yeməməyi tapşırdığı xeyir və şər ağacından yedi.11 Təkrar edirəm, ALLAH Adəmin yanına xilas biliyini təklif edərək gəldi, Adəm isə şeytanın dininə (biliyinə) üstünlük verdi. ALLAH xilas biliyi təklifi ilə beləcə dünyada yaşayan bütün insanların, eləcə də sizin yanınıza gəlir. Amma heyvan və insan dərisinə pərçimlənən gənə kimi yəqin ki, siz də şeytanın hər hansı bir dinindən yapışacaqsınız. Elə deyilmi?

ALLAH Şetin yanına xilas biliyini təklif edərək gəldi və Şet ALLAHA ibadət etməyə başladı. Sonra ALLAH Xanokun yanına gəldi. Xanok ALLAH ilə bir yol getdi və ALLAH onu ÖZ yanına Göylərə götürdü.12 Daha sonra ALLAH Nuhun yanına gəldi.13 Nuh özü ALLAHIN yanına gəlmədi, elə başqaları da Nuh kimi özləri ALLAHIN yanına gəlmədi. İbrahim bütlərə pərəstiş edənlərdən idi, o bir din nümayəndəsi idi, o özü ALLAHIN yanına gəlmədi, lakin ALLAH onun yanına gəldi.14 Musa özü də ALLAHIN yanına gəlmədi, amma ALLAH ona zühur etdi, ALLAH onun yanına gəldi.15 ALLAH şagirdlər kimi yüzlərlə başqa adamın yanına gəldi. RƏBB dindar Pavelin yanına gəldi, onu xilasa gətirərək ÖZ həvarisi etdi.16 Pavel nicata qovuşaraq ALLAH üçün faydalı bir şəxs oldu, zülmət qüvvələrinə qarşı yaxşı mübarizə apardı, Əhdi Cədidin təxminən üçdə-iki hissəsini yazdı. Bunların hamısı həqiqi xilasa qovuşanlardır.

Daniel peyğəmbərin kitabında üç yəhudi gəncdən bəhs edilir (Şadrak, Meşak və Aved-Neqo). Onların üçü də padşahın qızıldan düzəltdiyi bütə baş əymədikləri üçün yanar sobaya atılmışdılar. Onlar padşahın dininə mənsub olmağı rədd etdilər.17 “Od bu adamların bədəninə heç bir zərər vurmadı, onların nə saçları yanmış, nə də paltarları dəyişmişdi, hətta odun hisi belə onların üzərinə hopmamışdı. Bunu görən Nəbuxədnəzzər dedi: “Şadrakın, Meşakın və Aved-Neqonun ALLAHINA şükür olsun ki, ÖZ mələyini göndərib ONA güvənən qullarını xilas etdi. Onlar padşahın əmrinə qarşı çıxıb özlərini qurban vermək istədilər ki, özlərinin ALLAHINDAN başqa bir allaha [hər hansı dinə] qulluq yaxud səcdə etməsinlər”.” (Daniel 3:27-28). Əhdi Cədiddə həvari Yəhya da buna oxşar sınaqdan keçmişdi. Onu qaynayan yağın içinə atmışdılar, lakin o yanmamışdı və içərisində yağ qaynayan qazandan diri çıxmışdı.

Hər dəfə insan ALLAHLA görüşəndə bu görüşün təşəbbüskarı həmişə ALLAH olub. Bu gözəl mənzərəni bütün Müqəddəs Kitab boyu müşahidə edirik.. Yaqubu da ilk axtarıb tapan ALLAH olub, sonra isə Yaqub ONA qulluq edib. Müqəddəs Kitab heç vaxt deməyib ki, insanın ağlına ALLAHA qulluq etmək fikri gəlib, sonra da insan gedib ALLAHA qulluq edib. Bütün Müqəddəs Kitabda, ALLAHIN ÖZÜNÜN ilk olaraq insanı axtarıb tapmaq üçün gəlməsindən bəhs edilir. Bir gün Yeşayə peyğəmbər gözünün qabağında XUDAVƏNDİ görür və RƏBBİN səsi ona bu cür müraciət edir: “Kimi göndərim? BİZİM üçün kim gedəcək?” Mən dedim: “Mən buradayam. Məni göndər”.” (Yeşayə 6:8). ALLAHDAN görüm alandan sonra Yeremya peyğəmbər ayağa qalxıb XUDAVƏNDİN əmri ilə ONUN sözlərini İsrail xalqına bəyan etməyə getdi (Yeremya 1:4-19). Daniel peyğəmbər də ALLAHDAN görüm alandan sonra yalnız oruc tutub RƏBBƏ dua edərək yalvardı ki, XUDAVƏND dağılmış Yerusəlimi bərpa etsin (Daniel 7-9 fəsillər). Bütün Müqəddəs Kitab göstərir ki, insan ALLAHA qulluq etməyə başlamazdan əvvəl ALLAH insanın yanına gəlir.

Bu gün ALLAH sizə mənim vasitəmlə, eləcə də digər xilas olmuş pastorlar və müjdəçilər vasitəsilə müraciət edir. Buna qarşı bir bəhanə tapa bilməzsiniz. ALLAHIN RUHU məndə və xilas olmuş digər insanlarda yaşayır və ÖZ işini görür. Bu gün həmin RUH bizim vasitəmizlə sizi axtarır, həyatınıza gəlmək istəyir. ONUN niyyəti həyatınıza bir din gətirmək deyil, O sizə və başqalarına xilas bəxş etmək istəyir.

Romalılara məktub 10:12-15-də açıq-aşkar yazılıb ki, ALLAH dünyaya vaizləri məqsədlə göndərir. ALLAH tərəfindən göndərilən vaizlər insanların iman edərək xilasa qovuşması üçün ALLAHIN KƏLAMINI onlara bəyan edirlər. “Burada Yəhudi ilə Yunan [qeyri-yəhudi] arasında fərq yoxdur, hamısının RƏBBİ birdir və ONU çağıranların hamısına bol bərəkət verir. Çünki “RƏBBİN adını çağıran hər kəs xilas olacaq”. Bəs onlar iman etmədikləri BİRİSİNİ necə çağıracaqlar? Barəsində eşitmədikləri BİRİSİNƏ necə iman edəcəklər? Vəz edən olmasa, necə eşidəcəklər? Göndərilməsələr, necə vəz edəcəklər? Necə ki yazılıb: “Xoş xəbəri müjdələyənlərin qədəmləri necə də gözəldir!””

Bir daha təkrar edirəm – bizi sizin yanınıza göndərən İSADIR. Siz ALLAHI axtarmırsınız, ALLAHDIR qəlbinizə gəlmək üçün yol axtaran. Həmin faktın mənzərəsi Lukanın müjdəsi 10:1-12 bölməsində bu cür təsvir edilib: “Bu hadisələrdən sonra RƏBB başqa yetmiş nəfəri (şagirdi) təyin etdi və onları iki-iki ÖZÜNÜN gedəcəyi hər şəhərə və hər yerə ÖZÜNDƏN əvvəl göndərdi. Onlara dedi: «Məhsul çoxdur, işçilərsə azdır. Buna görə də məhsulun RƏBBİNƏ yalvarın ki, ÖZ məhsulunu yığmaq üçün işçilər göndərsin. Gedin, sizi qurdların arasına quzular kimi göndərirəm. Özünüzlə nə kisə (pul kisəsi), nə torba, nə də çarıq götürün. Yolda heç kimlə salamlaşıb danışmayın. Hansı bir evə girsəniz, əvvəl “Bu evdə əmin-amanlıq olsun!” deyin. Əgər orada əmin-amanlığa layiq bir adam varsa, dilədiyiniz əmin-amanlıq onun üzərində qalacaq. Əks halda o sizə qayıdacaq. Girdiyiniz evdə qalın, sizə nə verirlərsə, yeyib-için, çünki işçi öz haqqına layiqdir. Evdən evə köçməyin. Hər hansı bir şəhərə girdiyiniz zaman sizi qəbul edirlərsə, qabağınıza qoyulanı yeyin. Orada olan xəstələrə şəfa verin və onlara deyin: “ALLAHIN Səltənəti sizə yaxınlaşıb”. Amma hər hansı bir şəhərə girdiyiniz zaman sizi qəbul etməsələr, oranın küçələrinə çıxıb belə deyin: “Sizin əleyhinizə çıxaraq şəhərinizin ayaqlarımıza yapışan tozunu belə, çırpırıq. Amma bunu bilin ki, ALLAHIN Səltənəti sizə yaxınlaşıb”. Sizə bunu deyirəm: qiyamət günü Sodomun halı o şəhərin halından daha yaxşı olacaq.”

Dinə inananlar ağıllarında allah kimi düşündüklərinə qulluq etməyə cəhd göstərirlər, MƏSİHƏ iman edənlər isə həqiqi ALLAHA qulluq edirlər, çünki ilk öncə ALLAH onların yanına gəlib və qəlblərinə toxunub. Ona görə də deyirəm ki, uydurulmuş allaha, yəni dinə qulluq etmək üçün tələsmək lazım deyil. Biz ONA ancaq ALLAH ÖZ RUHU ilə həyatımızda məskən salandan sonra qulluq edirik.18 ALLAH daxilimizdə həyat sürməyə başlamazdan əvvəl ALLAHA qulluq etməyə meyl göstəririksə, deməli başımızı dinə qoşmuşuq və xilasın bizə heç bir aidiyyatı yoxdur. Bu günün insanları məcazi mənada desək “Xristian” donunu geyinir, daxillərində isə “din” oyunu ilə məşğuldurlar. Özlərini Xristian sanır, əslində isə sadəcə dindardırlar.

Xristian olmaq nə deməkdir? Xristian o adama deyilir ki, daxilində MÜQƏDDƏS RUH vasitəsilə MƏSİH yaşayır və hərəkət edir. Bu adam ALLAHA qulluq etmək üçün həmin MÜQƏDDƏS RUH tərəfindən hərəkətə gətirilir.19 Dindar adam isə o şəxsə deyilir ki, ağlında allaha qulluq etdiyini düşünür və öz düşüncəsinə əsasən bu allahın istəyini yerini yetirməyi arzulayır. Bu gün xristianlığa etiqad göstərənlərin bir çoxu məhz bu vəziyyətdədir. Onlar xristianlığı etiraf edirlər, lakin ALLAHDAN yeni həyat almayıblar. Bu adamlar xilas olmayıblar, ona görə də MƏSİHİ tanımırlar və ALLAHA qulluq etməyin nə olduğunu ağıllarına da gətirə bilmirlər. Onlar MƏSİHİN ardınca getmir, çünki ONUN səsini eşidə bilmirlər.20 Buna görə də öz bildiklərini edirlər və həqiqi ALLAH onları istifadə etmir ONUN üçün bu adamlar yararsızdırlar. Əsl xristianlara gəldikdə isə görürük ki, həyatlarının hər bir sahəsində onlara rəhbərlik edən RƏBBİN ÖZÜDÜR. Onlar cavablarında sadəcə ALLAHA “Bəli və Amin” deyirlər. Onların rəhbəri və ALLAHI RƏBDİR. Dindar adamların getdiyi yol ilə müqayisədə bu tamamilə fərqli bir yoldur.

Həvari Pavel Dəməşq yolunda ikən RƏBB ilə görüşəndən sonra dediyi ilk sözləri “Ya RƏBB, SƏN kimsən?” sözləri oldu. (Pavel qarşısında RƏBBİN durduğunu bilmişdi, əks təqdirdə o heç vaxt “Ya RƏBB, SƏN kimsən?” sözləri ilə qarşısında durana müraciət etməzdi.) Sonra cavabında RƏBB ona dedi: “MƏN sənin təqib etdiyin İSAYAM [hər kim isə MƏSİHİN kilsə üzvlərini təqib edəndə MƏSİHİN ÖZÜNÜ təqib etmiş olur. Çünki biz ONUN bədəni, ONUN məbədi, MƏSİHİN Bədəniyik].” Korinflilərə birinci məktubun 3:16-17 bölməsində bizə belə deyilir: “Məgər bilmirsiniz ki, siz ALLAHIN məbədisiniz və ALLAHIN RUHU sizdə yaşayır? Kim ALLAHIN məbədinə [RƏBBİN bədəninə, yəni bizə] ziyan vursa, ALLAH da onu məhv edəcək. Çünki ALLAHIN məbədi müqəddəsdir və bu məbəd sizsiniz.” Məbəd Müqəddəsdir çünki siz ölü dinin davamçıları deyilsiniz. MƏSİH MÜQƏDDƏS RUHUN vasitəsilə ATA ALLAH ilə birlikdə ölü dinin içində yaşamaz. Lakin siz xilas olmuş və ALLAHIN RUHUNDAN yeni həyat almış xristiansınız. Əgər siz xilas olmusunuzsa, onda ATA ALLAH və RUH vasitəsilə MƏSİH ALLAHIN məbədi olan sizdə yaşayır. Buna görə də içində ALLAH yaşadığı BƏDƏN müqəddəsdir. İçində ALLAH yaşamadığı bədən isə müqəddəs deyil, allahsızdır. ALLAHIN Mühakimə kürsüsündə olanda yalnız bir şeyi hər şeydən daha çox istəyəcəksiniz – müqəddəs olmağı.

Dünya yayındırıcı həvəslər və təxribatlarla doludur. Həmin yayındırıcı həvəslər Şeytan tərəfindən yolunuza çıxarılır ki, qəlbinizi ALLAHA xidmət yolunda həmişə açıq saxlamaq və MƏSİHƏ ALLAH ATA ilə birlikdə daim daxilinizdə yaşamaq üçün yer ayırmaq kimi kainatda ən vacib olan şeydən fikriniz yayınsın. Şeytan deyir: “Nəfəsi burnunda olan insandan əl çəkin, onun nə dəyəri var ki?” (Yeşayə 2:22).

Seçim sizindir! ALLAHIN müqəddəs BƏDƏNİMİ olmaq istəyirsiniz yoxsa içində şeytanın yaşadığı allahsız bir bədənmi? Əgər MƏSİHİN BƏDƏNİ olmaq istəyirsinizsə, onda bu sözlərlə ALLAHA dua edin:

Dua

Ey RƏBB ALLAHIM, mən günahkara rəhm eylə.1 Mən inanıram ki, İSA MƏSİH diri ALLAHIN OĞLUDUR.2 İnanıram ki, O, çarmıxda ölərək bütün keçmiş günahlarımın əhfi üçün ÖZ qiymətli qanını axıdıb.3 Mən inanıram ki, ALLAH MÜQƏDDƏS RUHUN qüdrətilə4 İSANI ölülərdən dirildib və indi İSA MƏSİH ALLAHIN sağında oturub günahlarımı etiraf etdiyimi və bu dua sözlərimi eşidir.5 Ey RƏBB İSA, budur, ürəyimi SƏNƏ açıram və xahiş edirəm ki, gələsən ürəyimə.6 Qolqotadakı çarmıxda cəza yerimi tutmaqla axıtdığın əziz qanınla bütün murdar günahlardan məni təmizləməyini xahiş edirəm.7 RƏBB İSA, bilirəm ki, SƏN məndən üz çevirməyəcəksən və günahlarımı bağışlayacaq, canımı isə xilas edəcəksən, çünki SƏNİN KƏLAMIN, MÜQƏDDƏS KİTAB belə deyir.8 SƏNİN KƏLAMIN deyir ki, SƏNƏ pənah gətirənlərdən heç kimi, mən də daxil olmaqla, SƏN heç vaxt çarəsiz qoymayacaqsan.9 Ona görə də bilirəm ki, SƏN duamı eşitdin və xahişimə cavab verdin. Bilirəm ki, xilas olmuşam.10 RƏBB İSA, canımı xilas etdiyinə görə SƏNƏ minnətdaram və minnətdarlığımın əlaməti olaraq SƏNİN buyurduqlarını yerinə yetirəcək və bir daha günah işlətməyəcəyəm.11

İSA deyib ki, xilası qəbul edəndən sonra, ATA, OĞUL və MÜQƏDDƏS RUHUN adı ilə bütövlüklə suya batırılıb çıxarılmağımızla vəftiz olaq.12 Səylə Müqəddəs Kitabı, Bibliyanı tədqiq edin (ingilis dilində Kral Yaqubun tərcüməsində olan Bibliyanı) və orada yazılanlara əməl edin.13

İndi MƏSİH və ATA ALLAH MÜQƏDDƏS RUHUN vasitəsi ilə sizin içinizdə yaşayır. ALLAHIN ilahi təbiətinin daha dolğun payını almaq üçün indi sizdə də qabiliyyət var. ALLAHIN ilahi təbiəti daxilinizdə nə qədər çox yaşayırsa, milyonlarca xristianları xilas yolundan asanlıqla çıxarmış imtahanlara qarşı durmağa bir o qədər çox gücünüz olacaq. Dua edin ki, MÜQƏDDƏS RUHLA vəftiz olunasınız. MÜQƏDDƏS RUHLA vəftiz olunmanın yolunu öyrənmək və ALLAHIN müqəddəs təbiətindən daha çox pay almaq barədə təlimatlarla əlaqədar sizə ədəbiyyat göndərməyimiz üçün bizə məktub yazmaqla və ya zəng vurmaqla müraciət edin. Çünki müqəddəsliyə nail olmadan heç kim RƏBBİ görməyəcək (İbranilər 12:14).

RƏBB istəyir ki, siz xilasınız haqqında başqa adamlara şəhadət edəsiniz. Bunun üçün Pastor Toni Alamonun Müjdəçi ədəbiyyatının paylayıcısı ola bilərsiniz. Biz sizə pulsuz olaraq bu ədəbiyyatı göndərə bilərik. Bu mesajı başqa kiminlə isə bölüş.

Əgər İSANIN vəsiyyətinə uyğun olaraq dünyanın xilas olmasını istəyirsinizsə, onda ALLAHDAN ONA aid olan ondabirləri və ianələri oğurlamayın. ALLAH belə deyib: “İnsan da ALLAHDAN oğurlayarmı? Siz isə MƏNDƏN oğurlayırsınız. “SƏNDƏN nəyi oğurlayırıq?” deyə soruşursunuz. Onda birləri və təqdimləri oğurlayırsınız. Siz böyük lənətə düçar oldunuz. Çünki bütün millət (və bütün bu dünya) – hamınız MƏNDƏN oğurlayırsınız. Bütün ondabirlərinizi (“onda bir” sizin ümumi gəlirinizin 10%-ni təşkil edən məbləğdir) anbara gətirin ki, məbədimdə (xilası qəbul etmiş qəlblər üçün) ərzaq olsun (Ruhanı qida). ORDULAR RƏBBİ deyir: “Siz bununla MƏNİ sınayın. Görəcəksiniz ki, göylərin pəncərələrini sizə açacağam, üzərinizə ehtiyaclarınızdan da çox bərəkət yağdıracağam. Çəyirtkələri əkinlərinizi yeməyə qoymayacağam, tarlada meynəniz məhsulsuz qalmayacaq” deyir ORDULLAR RƏBBİ. “Bütün millətlər sizi bəxtiyar sayacaq. Çünki ölkəniz gözəl bir yer olacaq” deyir ORDULAR RƏBBİ” (Malaki 3:8-12).


Azerbainani Alamo Literature

Daha ətraflı məlumat almaq və ya maraq göstərdiyiniz digər mövzularda ədəbiyyat əldə etmək üçün bizimlə aşağıdakı ünvan vasitəsilə əlaqə saxlaya bilərsiniz:
Ümumdünya Pastor Toni Alamo
Tony Alamo Christian Ministries Worldwide
P. O. Box 2948
Hollywood, CA 90078
24 saatlıq dua və məlumat xəttimiz: (908) 937-5723
Toni Alamo Ümumdünya Xristian Xidmətləri bütün ürəyi, qəlbi, düşüncəsi və gücü ilə RƏBBƏ həqiqətən xidmət etmək istəyənlərin hamısını ABŞ-daki ünvanlarımızda yaşayış üçün zəruri olan hər şeylə və yer ilə təmin edir.
Kilsə xidmətləri ABŞ-ın Nyu York Siti şəhərində həftənin Çərşənbə Axşamları saat 20:00-da və digər ünvanlarda gecələr keçirilir. Daha ətraflı məlumat üçün buraya zəng vurun: (908) 937-5723
YEMƏK HƏR KİLSƏ XİDMƏTİNDƏN SONRA VERİLİR.
Pastor Alamonun yazdığı Məsih adlı kitabın nüsxəsini almaq üçün müraciət edin. Bu kitab Əhdi Ətiqin 333 peyğəmbərliyi əsasında MƏSİHİ tanıdır.
Pastor Alamonun ədəbiyyatını paylamaqla Siz də insan qəlblərinə xidmətin iştirakçısı olun. Bütün ədəbiyyat və audio mesajlarımız, göndərilməsi də daxil, pulsuzdur.

BU ƏDƏBİYYAT XİLASIN HƏQİQİ PLANINI AÇIQLAYIR 
(Həvarilərin İşləri 4:16)
BU VƏSAİTİ TULLAMAYIN, OXUDUQDAN SONRA BAŞQALARINA ÖTÜRÜN
Başqa ölkədə yaşayırsınızsa, Sizi həvəsləndiririk ki, bu ədəbiyyatı öz dilinizə tərcümə edəsiniz.
Yenidən çap edəcəyiniz halda aşağıdakı müəllif hüququ və qeydiyyat nişanlarını daxil etməyinizi xahiş edirik:

© Müəllif hüquqları Aprel 2013 Bütün hüquqlar qorunur Ümumdünya Pastor Toni Alamo ® Qeydiyyat tarixi Aprel 2013


İstinadlar:

1. Yeş. 1:11-16, 29:13-14, Yer. 7:8-11, 23:33-40, Yez. 13:1-23, Mik. 3:11, Mat. 6:5, 7-8, 7:21-23, 15:7-9, 21:28-32, 23:1-37, Luk. 6:46, 18:10-14, Yəh. 5:40, 6:35-58, 10:1-15, 14:6, 15:2, 2 Tim. 3:1-7, Tit. 1:16, Yaq. 2:19 return

2. Dan. 12:3, Mat. 10:7-8, 28:19-20, Luk. 24:46-48, Həv. İş. 1:8, 2:38-41, 10:39-43, Rom. 7:4, 10:13-15, 1 Kor. 1:17-18, 21, 9:16-17, Ef. 3:2-10, Kol. 1:25-29, 2 Tim. 4:2, 5 return

3. Mat. 28:19, Rom. 6:3-5, Kol. 2:10-12 return

4. Qanun. Təkr. 18:13, 1 Padş. 8:61, Məz. 119:1-3, Mat. 5:48, 2 Kor. 13:11, Ef. 4:11-13, 5:25-27, Flp. 3:12-15, Kol. 1:21-22, 1 Tim. 6:14, 2 Tim. 3:16-17, Yaq. 1:4, 1 Yəh. 3:6-10, Vəh. 21:7, 27 return

5. Başl. 17:1, Lev. 11:44-45, 19:2, 20:26, Qanun. Təkr. 18:13, 1 Padş. 8:61, Məz. 15:1-5, 24:3-5, 119:1-3, Yəh. 17:17-23, Rom. 6:4-14, 8:1, 14, 37, 2 Kor. 6:14-17, 13:11, Qal. 5:16, Ef. 4:11-13, 5:25-27, 6:10-18, Flp. 1:9-11, 2:12-15, 3:12-14, 4:13, Kol. 1:10-11, 21-22, 1 Salon. 4:6-7, 1 Tim. 6:11-14, 2 Tim. 3:16-17, İbr. 2:18, 12:14, 13:20-21, Yaq. 1:4, 27, 1 Pet. 1:15-16, 5:8-10, 1 Yəh. 2:14, 3:5-10, 4:4, Vəh. 3:1-5, 7:13-15 return

6. Əyyub 28:28, Məz. 111:10, Məs. 1:7, 9:10, 15:33 return

7. Dan. 7:7, 19-27, Vəh. 13:1-7, 17:1-18 return

8. Yer. 4:16, Dan. 4-cü fəsil, Mat. 13:24-30, 36-43, 47-50, 24:29-31, Luk. 15:4-10, 1 Kor. 11:10, 1 Tim. 5:21, Vəh. 14:13-20 return

9. Qanun. Təkr. 31:21, 2 Padş. 19:27, 1 Salnam. 28:9, Əyyub 31:4, 34:21-22, 25, Məz. 44:21, 139:1-6, 12-16, Məs. 15:3, 11, Yeş. 29:15-16, Luk. 16:15, İbr. 4:13, 1 Yəh. 3:20 return

10. Vaiz 12:13-14, Dan. 7:9-10, Mat. 3:12, 24:3-15, 29-44, Mar. 4:22, Rom. 2:5-13, 16, 14:10-12, 2 Kor. 5:10-11, 2 Salon. 1:7-10, 2 Tim. 4:1, 8, İbr. 10:30-31, Yəhuda 14-15, Vəh. 1:7, 11:18, 20:11-15 return

11. Başl. 2:16-17, 3:1-6 return

12. Başl. 5:22-24, İbr. 11:5 return

13. Başl. 6:11-18, 22, İbr. 11:7 return

14. Başl. 12:1-8, 17:1-9, Həv. İş. 7:2-3, İbr. 11:8 return

15. Çıx. 3-cü fəsil, Həv. İş. 7:29:34 return

16. Həv. İş. 9:1-22, Qal. 1:13-19 return

17. Dan. 3-cü fəsil return

18. Yez. 36:27, Yəh. 14:15-20, 23, 26, 15:1-11, 26, 16:7-14, Rom. 8:1, 10-11, 26-28, 1 Kor. 3:9, 16-17, 6:19-20, 2 Kor. 6:16-18, Ef. 2:18-22, Flp. 2:12-13, Kol. 1:27-29, 2 Tim. 1:14, 1 Yəh. 4:4, 5:12 return

19. Yeş. 30:21, Yəh. 15:1-5, 17:21-23, 26, 1 Kor. 15:10, 2 Kor. 5:17-21, Qal. 2:20, Ef. 3:16-21, 1 Yəh. 2:20, 27 return

20. Yəh. 8:42-43, 10:27 return


Dua üçün istinadlar:

1. Psa. 51:5, Rom. 3:10-12, 23 return

2. Matt. 26:63-64, 27:54, Luke 1:30-33, John 9:35-37, Rom. 1:3-4 return

3. Acts 4:12, 20:28, Rom. 3:25, I John 1:7, Rev. 5:9 return

4. Psa. 16:9-10, Matt. 28:5-7, Mark 16:9, 12, 14, John 2:19, 21, 10:17-18, 11:25, Acts 2:24, 3:15, Rom. 8:11, I Cor. 15:3-7 return

5. Luke 22:69, Acts 2:25-36, Heb. 10:12-13 return

6. I Cor. 3:16, Rev. 3:20 return

7. Eph. 2:13-22, Heb. 9:22, 13:12, 20-21, I John 1:7, Rev. 1:5, 7:14 return

8. Matt. 26:28, Acts 2:21, 4:12, Eph. 1:7, Col. 1:14 return

9. Matt. 21:22, John 6:35, 37-40, Rom. 10:13 return

10. Heb. 11:6 return

11. John 5:14, 8:11, Rom. 6:4, I Cor. 15:10, Rev. 7:14, 22:14 return

12. Matt. 28:18-20, John 3:5, Acts 2:38, 19:3-5 return

13. Deut. 4:29, 13:4, 26:16, Josh. 1:8, 22:5, 2 Tim. 2:15, 3:14-17, James 1:22-25, Rev. 3:18 return