LUTUN ARVADI

Toni Alamo

Necə düşünürsünüz? ALLAH Sodomitlər üçün Cənnət qapısını açacaqmı? Açacağını düşünürsünüzsə, onda görəsən niyə görə O Sodom, Homorra, Adma və Sevoim şəhərlərini dağıtdı, onları yandırıb yerlə yeksan etdi? Bu da maraqlıdır, görəsən niyə görə Lutun arvadı geri dönüb baxanda ALLAH onu duz sütununa çevirdi? (Yaradılış 19:24-26). Çünki bu qadın geriyə baxdı və onun əxlaqsız qəlbi hələ də Sodom şəhərinə bağlı idi. Mələklər ona tapşırmışdılar ki, geriyə dönüb baxmasın (Yaradılış 19:17).

ALLAH günaha nifrət edir, ona görə də Lutun arvadına deyilmişdi ki, geri dönüb günahla dolu həmin o şəhərə əsla baxmasın. Mələklər ona belə demişdi: “çünki biz bu yeri məhv edəcəyik. Bu xalqın əleyhinə qalxan fəryad Rəbbə gəlib çatmışdır, buna görə də Rəbb bizi göndərib ki, onu (bu şəhəri) məhv edək” (Yaradılış 19:13).

Yezekel peyğəmbərin kitabında Sodom şəhərinin günahı barədə belə yazılmışdır: “Bacın Sodomun və onun qızlarının günahı bundan ibarət idi: qürur [“Əcəldən əvvəl qürur gələr, fəlakətdən əvvəl lovğalıq ruhu gələr” (Məsəllər 16:18)], toxluq [qarınqululuq: dünyəvi kef üçün “gəl-gəl deyən” həmin şəhərdə çoxlu sayda təmtəraqlı yeyib-içmək məkanları tapmaq olardı] və avaraçılıq [avaraçılıq iblisin insanlara verdiyi həyat tərzidir] içində yaşayarkən məzluma və fəqirə əl tutmadılar [RƏBBİN işində bir zərrə qədər iştirak etməyi ağlına belə gətirmədi]. Qürurlanıb MƏNİM önümdə iyrənc işlər etdilər [ALLAH dedi]” (Yezekel 16:49-50).1

Sodom şəhəri əxlaqsızlıq və digər günahlar məkanı kimi tanınsa da Lut İbrahimdən ayrılıb çobanları ilə birlikdə özü istədiyi yerə getdikdə çadırlarını məhz Sodom şəhərinə qədər qurdu (Yaradılış 13:5-13). Lutun belə qərar çıxarması şəhər ətrafı torpağın münbit torpaq olduğundan və “yaxşı suvarıldığından” irəli gəlirdi (Yaradılış 13:10). Burada çoxlu sayda palma ağacı və zəngin yaşıllıq var idi. Bura bir oazis idi. Sodom şəhərini Amerikanın Palm Springs, Bel Air ya da Beverli Hilz şəhərlərinə bənzətmək olardı. Oranın əhalisi, sodomitlər çox firavan həyat yaşayırdı, lakin onların aqibəti bu gün çox acınacaqlıdır, çünki onlar Cəhənnəmin və Odlu Gölün içində yanırlar. Cəhənnəm və ya Odlu Göldə ləziz yeməklər təklif edəcək restoranlar ya da istirahət məkanları, kurortlar yoxdur. “Xəsisin çörəyini yemə, onun ləziz xörəklərinə tamah salma” (Məsəllər 23:6).

ALLAH Lutun arvadının canını fəlakətdən qurtarmaq niyyətində idi, amma bu qadın hələ də ürəyində Sodomu əzizləyirdi. Palm Springs və ya Las Veqasdakı ab-hava onu özünə elə cəlb edirdi ki, o bu “kefə” yox deyə bilmədi. Mattanın müjdəsi 6:24-də belə deyilir: “Heç kim iki ağaya qulluq edə bilməz. Çünki ya birinə nifrət edib o birisini sevəcək ya da birinə bağlı qalıb o birisinə xor baxacaq. Siz həm ALLAHA, həm də sərvətə qulluq edə bilməzsiniz.” Bunu başqa cür deyə bilərik: “Siz həm ALLAHA, həm də başqa bir şeyə qulluq edə bilməzsiniz.” Lutun arvadı məsələsində bu qadın Sodomu sevib ALLAHA isə nifrət etdi. Buna görə də “o geriyə baxdı” (Yaradılış 19:26). Siz də nəyə isə baxırsınızmı? Məsələn, pornoqrafiyaya baxırsınızmı? Baxırsınızsa, deməli ürəyinizdə bunun üçün yer ayırmısınız.

Müqəddəs Kitabda qələmə alınan əsas və ən vacib əmr Markın müjdəsi 12:28-31-də qeyd olunub: “İlahiyyatçılardan biri gəlib onların mübahisələrinə qulaq asdı və İSANIN onlara yaxşı cavab verdiyini görüb ONDAN soruşdu: «Əmrlərin ən əsası hansıdır?» İSA cavab verdi: «Əmrlərin ən əsası budur: “Dinlə, ey İsrail! ALLAHIMIZ RƏBB yeganə RƏBDİR. ALLAHIN RƏBBİ BÜTÜN qəlbinlə, BÜTÜN varlığınla, BÜTÜN düşüncənlə və BÜTÜN gücünlə sev”. İkincisi də budur: “Qonşunu özün kimi sev”. Bunlardan böyük əmr yoxdur».”2 Çünki, əgər ALLAHI bütün varlığınla sevirsənsə, qonşunu da özünü sevdiyin kimi sevirsənsə, onda onu öldürməyəcəksən. Qonşunun sahib olduğuna göz dikməyəcəksən, ondan heç nə oğurlamayacaqsan. Ona qarşı saxta ittihamlar yürütməyəcəksən, haqqında yalan danışmayacaqsan və arvadına şor gözlə baxıb xəyanət etməyəcəksən. RƏBDƏ ata-anana ehtiram göstərəcəksən; Şabbatın qaydasına əməl edəcəksən (yəni, həftənin yeddi günü, hər zaman MÜQƏDDƏS RUHDA gəzəcəksən3).  Zina etməyəcəksən və XUDAVƏNDİN adını əbəs yerə çəkməyəcəksən.4 Bu əmrlərdən birini pozduğun halda canın Cəhənnəmə atılacaq, çünki birini pozmaqla hamısını pozmuş olursan (Yaqub 2:10).

Gəlin indi ürək məsələsinə baxaq. Biz “ALLAHIN RƏBBİ BÜTÜN qəlbimizlə (ürəyimizlə) sevməliyik” (Mark 12:30). Ürəyimiz ALLAH önündə qurulan həqiqi qurbangahdır. Lutun arvadı ALLAHI BÜTÜN ürəyi ilə sevirdimi? Xeyr! ALLAH bu qadının canını qarşıda gələn fəlakətdən qurtarmaq istəyirdi, lakın onun ürəyi hələ də Sodomda qalmışdı. Onun ürəyi ALLAH yox, Sodom önündə qurulmuş bir qurbangah idi. Bu gün dünyada yaşayan insanların çoxu da elə belə yaşayırlar. Dünya belədir! İnsan ürəyi onun daxili varlığıdır, ürəyi ilə insan düşünür, hiss edir və qərarlar verir. Lutun arvadı geriyə, Sodom şəhərinə baxmaq qərarını verdi, çünki fikri orada qalmışdı. Bu qadın qərar vermişdi ki, düşüncələri ilə Sodomda yaşasın.

Müqəddəs Kitabda “ürək” sözü insan ağlının düşüncəsindən daha geniş mənada istifadə olunur. Ürək insan həyatında mərkəz yeri tutur. Müqəddəs Kitabda ürək və ya qəlb sözünü özündə əks etdirən əksər parçalara baxsaq görəcəyik ki, bu söz şəxsiyyətin bəzi amillərinə istinad edir.  Allahın Kəlamında bütün duyğular və ya hisslər ürəklə yaşanır: sevgi və nifrət (Məzmur 105:25, 1 Peter 1:22); sevinc və kədər (Vaiz 2:10, Yəhya 16:6); sülh və acılıq (Yezekel 27:31, Koloselilərə 3:15); cəsarət və qorxu (Yaradılış 42:28, Amos 2:16). Düşüncə prosesləri haqqında da deyilir ki, onlar ürəkdə baş verir. Bu intellektual fəaliyyətin baş verdiyi yerə bizim dildə “əqil” deyilir. Beləliklə, ürək düşünə bilir (Ester 6:6), dərk edə bilir (Əyyub 38:36), təsəvvür edə bilir (Yeremya 9:14), xatırlaya bilir (Qanunun Təkrarı 4:9), müdrik ola bilir (Məsəllər 2:10) və özünə danışa bilir (Qanunun Təkrarı 7:17).  

Qərar vermə prosesi də ürəkdə baş verir. Lutun arvadına deyilmişdi ki, geriyə baxmasın, lakin o, eynilə bu gün ərdə olan qadınlar ərlərinə xəyanət edən kimi geriyə baxmaq qərarını verdi. Xəyanət edən qadınların da ürəyi Sodoma bağlıdır. Onlar Lutun arvadı ilə “cici-bacı” olublar. Onlar öz ürəklərində qərar veriblər ki, kişilərə qarşı saxta ittihamlar irəli sürsünlər; yalandan ifadə verib deyirlər ki, kişilər onlar zorlayıb, halbuki belə bir şey olmayıb. Bu bir epidemiyadır, yer kürəsini bürüyən yalanların tufanıdır.

Baş qərargahı Roma şəhərində yerləşən vahid dünya hökuməti5 də, öz tərəfindən, qərar verib ki, əlindən gələni edərək hər bir ölkə üzərində nəzarəti ələ alsın, bu ölkələrin əsl rəhbərlərindən canını qurtarsın və əvəzinə Yeni Dünya Qaydası adı ilə tanınan və yüzlərlə milyon insan həyatının bahasına qurulmuş sistemdə təlim keçmiş öz əl-altılarını ölkə başçısı mövqeyinə qaldırsın. Lakin eyni zamanda hər yerdə olan ALLAH hər şeyi görür, ONUN müqəddəs mələkləri də daim müşahidə edir.6 ALLAH bizim ürəklərimizi yaxşı bilir.7 O görür ki, belə şər kişi və qadınların ürəyindən dua sədaları, duaların xoş ətri çıxmır.

Ürəyin digər fəaliyyətləri arasında qeyd edə biləcəyimiz bunlardır: ürək öz qarşısına məqsəd qoyur (Həvarilərin İşləri 11:23), ürəyin niyyəti olur (İbranilərə məktub 4:12) və ürəyin iradə ilə bağlılığı var (Efeslilərlə məktub 6:6). RƏBBİN yolunu getmək ya da ONDAN üz çevirmək məhz bizim məqsədimiz, niyyətimiz və ya iradəmiz olacaq. Nəhayət, ürək və ya qəlb çox vaxt kimin isə əsl xasiyyətini və ya şəxsiyyətini bildirən məfhum kimi istifadə olunur. Buraya təmizlik və ya pislik (Yeremya 3:17, Matta 5:8), eləcə də səmimilik və ya sərtlik kimi keyfiyyətlər daxildir, nümunə kimi Lutun arvadını gətirmək olar. Onun ürəyi Sodoma qarşı səmimi idi, ALLAHA qarşı isə sərt idi. Bugünkü dünyada yaşayanların çoxu ilə də eyni vəziyyətdir (Çıxış 4:21, Koloselilərə məktub 3:22), onlar ürəyi ya təmizdir (kamildir) ya da üsyankardır (Məzmur 101:2, Yeremya 5:23). Yuxarıda sadalananların hamısı fərdin ürəyini (qəlbini) və ya əsl xasiyyətini təsvir edən amillərdir. ALLAH hər bir şəxsin ürəyini bilir.

Birinci Şamuel kitabı 16:7-də belə yazılır: “Lakin RƏBB Şamuelə belə dedi: «Onun görünüşünə və uca boyuna baxma, MƏN onu rədd etmişəm. Ona görə ki RƏBB insanın gördüyü kimi görməz, çünki insan zahirə, RƏBB isə ürəyə baxar”.

İnsanların dediyi söz və etdikləri hərəkət ürəklərindən gəlirsə deməli onlar ürəklərini qorumalıdırlar (Matta 15:18-19). “Hər şeydən əvvəl öz ürəyini qoru, çünki həyat çeşməsi odur” (Məsəllər 4:23).
İnsanın yer üzündə ən vacib vəzifəsi ALLAHI bütün qəlbi ilə sevməkdir (Matta 22:37). Ürəyi ilə insan MƏSİHƏ iman edir, və nəticədə öz ürəyində həm ALLAHIN məhəbbətini, həm də MƏSİHİN hüzurunu hiss edir (Yeremya 29:13, Romalılara məktub 5:5, 10:9-10, Efeslilərə məktub 3:17-19).

Əhdi Ətiq kitablarında qeyd olunan qurbangah əslində bizim ürəklərimizi simvolizə edir. Musa peyğəmbərin günlərində Hüzur çadırı çöllükdə qurulmuşdu və orada kahinlərin icra etdikləri ayinlər zamanı iki qurbangah olduqca vacib rol oynayırdı.  Qurbangahların biri yandırma qurbanlarının gətirilməsi üçün (bu qurbangah günahlarından tövbə edənlərin hamısı üçün MƏSİHİN ölümünü simvolizə edir8), digəri isə üzərində büxur təqdim edilmək üçün nəzərdə tutulan (bu da ALLAHA və MƏSİHƏ iman edən ürəkdən ONA oxunan vəsatət dualarının rəmzidir9) qurbangah idi. Yandırma qurbanlarının (Çıxış 27:1-8) gətirilməsi üçün yer Hüzur çadırının girişinin qarşısında ayrılmışdır (Çıxış 40:6). (Hüzur çadırı biz imanlıların, sözün həqiqi mənasında MƏSİHİN Bədəninin, ONUN məbədinin və ya çadırının üzvləri olanlarının rəmzidir10).

Vəhy kitabı 8:3-də qeyd olunan qurbangah və ürəkdən ALLAHA yüksəltdiyimiz dualarımız haqqında belə yazılıb: “Başqa bir mələk də gəlib qurbangahın önündə durdu. Onun əlində qızıl buxurdan var idi və ona çoxlu buxur verildi ki, bunu bütün müqəddəslərin duaları ilə birgə taxtın önündə olan [ürəklərimizi simvolizə edən] qızıl qurbangahın üstündə təqdim etsin”.

İndi isə gəlin can haqqında danışaq. İnsan canı insanın özünü bildirir. RƏBB əmr edir ki, biz özümüzü inkar edək, bu isə o deməkdir ki, biz öz canımızdan vaz keçməli və ruhumuzun köməyi ilə ruhani həyat yaşamalıyıq.11 RƏBBİ şəxsi Xilaskarımız olaraq qəbul edəndə ONUN RUHU bizim ruhumuza daxil olur.12 Bundan sonra biz öz canımız ətrafında fırlanan həyatı, yəni  keçmiş günahlı həyatımızı inkar etməli və MÜQƏDDƏS RUHUN gücündə yaşamalıyıq. Ruhumuza həyat sürmək üçün yer verəndə canımıza bağlı olan həyatdan avtomatik olaraq üz döndərmiş oluruq. Bu isə RƏBBİN RUHU ruhumuzda yaşayıb hərəkət edən zaman baş verir.13

“Düşünməyin ki, yer üzünə sülh gətirməyə gəlmişəm. MƏN sülh deyil, qılınc [ALLAH KƏLAMI olan qılıncı14] gətirməyə gəlmişəm. Çünki MƏN oğulu atasından, qızı anasından, gəlini də qayınanasından ayırmağa gəlmişəm. “İnsanın düşməni öz ev əhli olacaq”. Atasını ya anasını MƏNDƏN artıq sevən kəs MƏNƏ layiq deyil. Oğlunu ya qızını MƏNDƏN artıq sevən də MƏNƏ layiq deyil. Çarmıxını götürməyib ardımca gələn kəs də MƏNƏ layiq deyil [bu yolu getmək asan məsələ deyil, lakin əbədiyyəti Cənnətdə keçirmək istəmiriksə məhz ALLAHIN buyurduğu yolu getməliyik]. Canını [həyatını və cismani varlığını] qoruyan kəs onu itirəcək, MƏNİM uğrumda canını [həyatını və ya cismani varlığını] itirənsə onu qoruyacaq [əbədi həyata malik olacaq]” (Matta 10:34-39).

Canımız və ya cismani həyatımızı itirməyimiz belə baş verir: biz elə ruhani insanlar olur və RƏBBİN RUHUNDA o dərəcədə həyat sürürük ki, nəticədə canımız və ya cismani həyatımız yalnız MÜQƏDDƏS RUHUN içində həll olub gedir, belə ki canımız və ya cismani həyatımız bütövlüklə ALLAH olur, yəni ALLAH tərəfindən udulur. ALLAHIN RƏBBİNİ bütün canımızla sevmək əmrinin mənası da elə məhz budur. Canımız və ya cismani həyatımız bütövlüklə ALLAHIN RUHU tərəfindən əsarətə alınıb və yalnız ONUN nəzarəti altında olanda bu baş verir. Bu halda biz RƏBBƏ Müqəddəs Yazıdakı kitablardan biri olan Efeslilərə məktubun 4-cü fəslində 11-13 bəndlərdə yazılanları icra etməyə icazə vermiş oluruq. Burada isə belə yazılıb: “ÖZÜ kimini həvari, kimini peyğəmbər, kimini müjdəçi, kimini pastor və müəllim təyin etdi ki, Məsihin bədəninin inkişafından ötrü xidmət vəzifəsini yerinə yetirmək üçün müqəddəsləri (kamillik səviyyəsinə aparan yolda) təmin etsinlər. Bunun nəticəsində hamımız imanda və ALLAHIN OĞLUNU tanımaqda birliyə, kamil insan səviyyəsinə, MƏSİHİN tam yetkinliyi həddinə çatacağıq”. Yenə də qeyd edirəm, ALLAHIN RƏBBİ bütün qəlbinlə və bütün canınla sevmək əmrinin mənası budur. 

İndi isə gəlin ALLAHIN RƏBBİ bütün düşüncənlə sevmək əmrinə nəzər yetirək. Korinflilərə 1-ci məktub 2:15-16-da belə yazılıb: “Ruhani adam isə hər şeyi araşdıra bilər. Fəqət onun daxilini heç kim araşdıra bilməz. Axı «RƏBBİN ağlını kim dərk etdi? ONA kim məsləhətçi oldu?» Amma biz MƏSİHİN ağlına malikik”. Efeslilərə məktub 4:3-7 isə belə deyir: “RUHUN birliyini sülh bağı ilə  qorumağa çalışın [əslində elə bu MƏSİHİN ağlına malik olmaq deməkdir]. Çağırış aldıqda bir ümidə çağırıldığınız [Cənnətdə üçübir olan ALLAHLA, ONUN mələkləri və satın alınmışların hamısı ilə birlikdə əbədi yaşamağa çağırıldığınız] kimi bədən bir, RUH bir, RƏBB bir, iman bir, vəftiz bir, hamının ALLAHI və ATASI birdir. O hamı üzərində, hamı ilə və hamıdadır. Hər birimizə isə MƏSİHİN bəxşişinin ölçüsü ilə lütf verilmişdir.”

İnsanlarda yenilənmiş və ya təzələnmiş (Romalılara 12:2), təmiz (2 Peter 3:1) ağıl və ya düşüncə ola bilər. Onlar ALLAHI bütün düşüncələri ilə sevə bilərlər (Matta 22:37, Mark 12:30, Luka 10:27). (Onların düşüncəsi yalnız bununla bağlıdır. Onlar durmadan, yəni hər zaman dua edirlər.15) ALLAHIN qanunu onların düşüncələrinə həkk olunub (İbranilərə 8:10). MƏSİHİN ağlına malik olduğumuza görə, məhz bizə, xristianlara deyilib ki, həmfikir olaq, eyni düşüncədə olaq (Romalılara 12:16, 1 Peter 3:8).

ALLAHIN RƏBBİ bütün gücümüzlə sevmək əmri isə vaxtı satın almağımıza müraciət edir. Efeslilərə məktub 5:1-16-da belə yazılıb: “Beləliklə, sevimli övladlar kimi ALLAHDAN nümunə götürün. MƏSİH bizi necə sevdisə, ÖZÜNÜ bizim üçün ALLAHIN xoşuna gələn ətirli təqdim və qurban olaraq fəda etdisə, siz də məhəbbətdə elə həyat sürün [ürəyiniz ALLAHA qurbangah kimi xidmət etsin]. Əxlaqsızlığın, hər cür murdarlığın və yaxud tamahkarlığın adı belə, aranızda çəkilməsin, çünki bunlar müqəddəslərə yaraşmaz. Ədəbsizlik, boşboğazlıq və yaxud kobud zarafat da olmasın. Bunlar sizə yaramaz. Bunun əvəzində qoy şükür olsun. Əlbəttə, bilirsiniz ki, heç bir əxlaqsız, murdar yaxud bütpərəstə tay olan tamahkar adam MƏSİHİN və ALLAHIN Padşahlığında irsə malik olmayacaq. Qoy heç kim sizi boş sözlərlə aldatmasın. Bu şeylərə görə ALLAHIN qəzəbi itaətsiz adamların üzərinə gəlir. Buna görə də onların şəriki olmayın. Siz də bir zamanlar zülmət idiniz, indi isə RƏBDƏ nursunuz. Ona görə də nur övladları kimi həyat sürün. Çünki RUHUN bəhrəsi hər cür yaxşılıqda, salehlikdə və həqiqətdə görülür. RƏBBİ razı salan şeyləri ayırd edin, qaranlığın səmərəsiz əməllərinə şərik olmayın. Əksinə, bunları ifşa edin. Belə ki qaranlıqdakıların gizlicə etdikləri şeyləri söyləmək də ayıbdır. Nurun ifşa etdiyi hər şey aşkardır, bu cür nə aşkara çıxırsa, özü də nur olur. Buna görə O belə deyir: «Ey yatan, oyan və ölülər arasından diril! MƏSİH sənin üzərinə nur saçacaq». Beləliklə, həyat tərzinizə ciddi diqqət yetirin, müdriklikdən məhrum olanlar kimi deyil, müdriklər kimi həyat sürün. Vaxtı satın alın (hər fürsətdən istifadə edin), çünki günlər şərdir.”

RƏBBİMİZƏ BÜTÜN qəlbimizlə, BÜTÜN canımızla, BÜTÜN düşüncəmizlə və BÜTÜN gücümüzlə xidmət etməyimiz haqqında sizə qısa icmal təqdim etdim. Bu gün bir çox kilsələr və kilsəyə aid olmayanların çoxu sizə deyəcəklər ki, ALLAHIN RƏBBİ bütün qəlbinlə, bütün canınla, bütün düşüncənlə və bütün gücünlə sevməyə ehtiyac yoxdur. Onlar yalançıdır. Onlar yalançı peyğəmbərlərdir və onlar barədə İSA tək Mattanın müjdəsi 24-cü fəsildə bizə beş dəfə xəbərdarlıq verib. ONUN xəbərdarlıqları isə bizim xeyrimizədir.

Yer üzündə demək olar ki, hər şey saxtalaşdırılıb. Yer kürəsinin uzağı 6000 yaşı var. Siz karbon maşınlaramı inanırsınız yoxsa ALLAHA? Düşünə bilərsiniz ki, Lutun arvadı duz sütununa çevrilmədi, amma ALLAH deyir ki, o qadın duz sütununa çevrildi və mən bunun həqiqət olduğuna bütün qəlbim, canım, düşüncəm və gücümlə inanıram. Siz necə? Dünyadan canınızı qurtarmaqmı istəyirsiniz yoxsa geriyə dönüb, Lutun arvadı kimi ona baxmaq istəyirsiniz? Dünya və dünyada olan hər şey məhkum olunub.16

Əbədi həyata malik olmaq və canınızın məhkum olmamasını istəyirsinizsə bu dua sözlərini deyin:

Dua

Ey RƏBB ALLAHIM, mən günahkara rəhm eylə.1 Mən inanıram ki, İSA MƏSİH diri ALLAHIN OĞLUDUR.2 İnanıram ki, O, çarmıxda ölərək bütün keçmiş günahlarımın əhfi üçün ÖZ qiymətli qanını axıdıb.3  Mən inanıram ki, ALLAH MÜQƏDDƏS RUHUN qüdrətilə4 İSANI ölülərdən dirildib və indi İSA MƏSİH ALLAHIN sağında oturub günahlarımı etiraf etdiyimi və bu dua sözlərimi eşidir. 5 Ey RƏBB İSA, budur, ürəyimi SƏNƏ açıram və xahiş edirəm ki, gələsən ürəyimə. 6  Qolqotadakı çarmıxda cəza yerimi tutmaqla axıtdığın əziz qanınla bütün murdar günahlardan məni təmizləməyini xahiş edirəm.7 RƏBB İSA, bilirəm ki, SƏN məndən üz çevirməyəcəksən və günahlarımı bağışlayacaq, canımı isə xilas edəcəksən, çünki SƏNİN KƏLAMIN, MÜQƏDDƏS KİTAB belə deyir. 8 SƏNİN KƏLAMIN deyir ki, SƏNƏ pənah gətirənlərdən heç kimi, mən də daxil olmaqla, SƏN heç vaxt çarəsiz qoymayacaqsan. 9 Ona görə də bilirəm ki, SƏN duamı eşitdin və xahişimə cavab verdin. Bilirəm ki, xilas olmuşam.10 RƏBB İSA, canımı xilas etdiyinə görə SƏNƏ minnətdaram və minnətdarlığımın əlaməti olaraq SƏNİN buyurduqlarını yerinə yetirəcək və bir daha günah işlətməyəcəyəm. 11

İSA deyib ki, xilası qəbul edəndən sonra, ATA, OĞUL və MÜQƏDDƏS RUHUN adı ilə bütövlüklə suya batırılıb çıxarılmağımızla vəftiz olaq.12 Səylə Müqəddəs Kitabı, Bibliyanı tədqiq edin (ingilis dilində Kral Yaqubun tərcüməsində olan Bibliyanı) və orada yazılanlara əməl edin.13

İndi MƏSİH və ATA ALLAH MÜQƏDDƏS RUHUN vasitəsi ilə sizin içinizdə yaşayır. ALLAHIN ilahi təbiətinin daha dolğun payını almaq üçün indi sizdə də qabiliyyət var. ALLAHIN ilahi təbiəti daxilinizdə nə qədər çox yaşayırsa, milyonlarca xristianları xilas yolundan asanlıqla çıxarmış imtahanlara qarşı durmağa bir o qədər çox gücünüz olacaq. Dua edin ki, MÜQƏDDƏS RUHLA vəftiz olunasınız.14 MÜQƏDDƏS RUHLA vəftiz olunmanın yolunu öyrənmək və ALLAHIN müqəddəs təbiətindən daha çox pay almaq barədə təlimatlarla əlaqədar sizə ədəbiyyat göndərməyimiz üçün bizə məktub yazmaqla və ya zəng vurmaqla müraciət edin. Çünki müqəddəsliyə nail olmadan heç kim RƏBBİ görməyəcək (İbranilər 12:14).

RƏBB istəyir ki, siz xilasınız haqqında başqa adamlara şəhadət edəsiniz. Bunun üçün Pastor Toni Alamonun Müjdəçi ədəbiyyatının paylayıcısı ola bilərsiniz. Biz sizə pulsuz olaraq bu ədəbiyyatı göndərə bilərik. Bu mesajı başqa kiminlə isə bölüş.

Əgər İSANIN vəsiyyətinə uyğun olaraq dünyanın xilas olmasını istəyirsinizsə, onda ALLAHDAN ONA aid olan ondabirləri və ianələri oğurlamayın. ALLAH belə deyib: “İnsan da ALLAHDAN oğurlayarmı? Siz isə MƏNDƏN oğurlayırsınız. “SƏNDƏN nəyi oğurlayırıq?” deyə soruşursunuz. Onda birləri və təqdimləri oğurlayırsınız. Siz böyük lənətə düçar oldunuz. Çünki bütün millət (və bütün bu dünya) – hamınız MƏNDƏN oğurlayırsınız. Bütün ondabirlərinizi (“onda bir” sizin ümumi gəlirinizin 10%-ni təşkil edən məbləğdir) anbara gətirin ki, məbədimdə (xilası qəbul etmiş qəlblər üçün) ərzaq olsun (Ruhanı qida). ORDULAR RƏBBİ deyir: “Siz bununla MƏNİ sınayın. Görəcəksiniz ki, göylərin pəncərələrini sizə açacağam, üzərinizə ehtiyaclarınızdan da çox bərəkət yağdıracağam. Çəyirtkələri əkinlərinizi yeməyə qoymayacağam, tarlada meynəniz məhsulsuz qalmayacaq” deyir ORDULLAR RƏBBİ. “Bütün millətlər sizi bəxtiyar sayacaq. Çünki ölkəniz gözəl bir yer olacaq” deyir ORDULAR RƏBBİ” (Malaki 3:8-12).


Azerbainani Alamo Literature

Daha ətraflı məlumat almaq və ya maraq göstərdiyiniz digər mövzularda ədəbiyyat əldə etmək üçün bizimlə aşağıdakı ünvan vasitəsilə əlaqə saxlaya bilərsiniz:
Ümumdünya Pastor Toni Alamo
Tony Alamo Christian Ministries Worldwide
P. O. Box 2948
Hollywood, CA 90078
24 saatlıq dua və məlumat xəttimiz: (661) 252-5686
FAX (661) 252-4362
Toni Alamo Ümumdünya Xristian Xidmətləri bütün ürəyi, qəlbi, düşüncəsi və gücü ilə RƏBBƏ həqiqətən xidmət etmək istəyənlərin hamısını ABŞ-daki ünvanlarımızda yaşayış üçün zəruri olan hər şeylə və yer ilə təmin edir.
Kilsə xidmətləri Los Anceles ərazisində yerləşən Kilsədə hər gün saat 20:00-da və Bazar günləri saat 15:00-da və saat 20:00-da aşağıdakı ünvanda keçirilir: 13136 Sierra Hwy., Santa Clarita, CA 91390, (661) 251-9424
Kilsə xidmətinə və xidmətdən sonra geriyə pulsuz nəqliyyat aşağıdakı ünvandan və saatlarda təmin edilir: 
Hollywood Blvd. & Highland Ave., Hollywood, CA 
Hər gün saat 18:30-da, Bazar günləri saat 13:30-da və 18:30-da.
Kilsə xidmətləri ABŞ-ın Nyu York Siti şəhərində həftənin Çərşənbə Axşamları saat 20:00-da və digər ünvanlarda gecələr keçirilir. Daha ətraflı məlumat üçün buraya zəng vurun: (908) 937-5723
YEMƏK HƏR KİLSƏ XİDMƏTİNDƏN SONRA VERİLİR.
Pastor Alamonun yazdığı Məsih adlı kitabın nüsxəsini almaq üçün müraciət edin. Bu kitab Əhdi Ətiqin 333 peyğəmbərliyi əsasında MƏSİHİ tanıdır.
Pastor Alamonun ədəbiyyatını paylamaqla Siz də insan qəlblərinə xidmətin iştirakçısı olun. Bütün ədəbiyyat və audio mesajlarımız, göndərilməsi də daxil, pulsuzdur.

BU ƏDƏBİYYAT XİLASIN HƏQİQİ PLANINI AÇIQLAYIR 
(Həvarilərin İşləri 4:16)
BU VƏSAİTİ TULLAMAYIN, OXUDUQDAN SONRA BAŞQALARINA ÖTÜRÜN
Başqa ölkədə yaşayırsınızsa, Sizi həvəsləndiririk ki, bu ədəbiyyatı öz dilinizə tərcümə edəsiniz.
Yenidən çap edəcəyiniz halda aşağıdakı müəllif hüququ və qeydiyyat nişanlarını daxil etməyinizi xahiş edirik:

© Müəllif hüququ Oktyabr 2014   Bütün hüquqlar qorunur Ümumdünya Pastor Toni Alamo  ® Qeydiyyatdan keçib Oktyabr 2014
AZERBAIJANI—VOLUME 20300—LOT’S WIFE


footnotes:

1. Lev. 18:22, 20:13, Qanun. Təkr. 22:5, 23:17-18, 1 Padş. 14:24, Yəhuda 7 return

2. Qanun. Təkr. 4:29, 6:5, 10:12, 11:13, 13:3-4, 26:16, 30:6, Yeşua 22:5, Mat. 22:37-40, Luk. 10:27, Yaq. 2:8-9 return

3. Rom. 8:1-14, Qal. 5:14-25 return

4. Çıx. 20:1-17, Qanun. Təkr. 5:1-22 return

5. Dan. 2:40, 7:19-25, Vəhy 13:2-8, 17:1-9, 18 return

6. 1 Şam. 16:7, 2 Saln. 16:9, Əyyub 34:21, Zəb. 44:21, 139:3-12, 147:4-5, Yeş. 46:9-10, Yer. 1:4-5, 23:23-24, 32:18-19, Amos 9:1-4, Zək. 4:10, Mat. 6:8, 31-32, 10:26, 12:36, 25:31-46, Mar. 4:22, Luk. 8:17, 12:2, Həv. İş. 15:18, İbr. 4:13, 1 Yəh. 3:20, Yəhuda 14-15 return

7. Yar. 6:5-7, 1 Saln. 28:9, 2 Saln. 19:2-3, 32:31, Zəb. 44:20-21, 73:1, Vaiz 11:9-10, Yeş. 14:9-17, Yez. 11:17-21, 14:1-8, Mat. 5:8, 2 Kor. 9:7, İbr. 4:12-13, 1 Pet. 3:1-4, 1 Yəh. 3:18-21 return

8. Zəb. 40:5-8, Mat. 20:28, 26:28, Luk. 24:46-47, Yəh. 1:29, 3:14-17, 6:51, 10:11-18, 11:49-52, Həv. İş. 5:30-31, 20:28, 26:23, Rom. 3:22-26, 5:6-21, 1 Kor. 15:3-4, Qal. 1:3-4, 2:20, 4:4-5, Ef. 1:7, 2:13-18, 5:2, Kol. 1:14, 20-23, 2:13-15, 1 Salon. 5:9-10, 1 Tim. 2:5-6, Tit. 2:13-14, İbr. 2:9-10, 7:24-27, 9:6-7, 11-28, 10:4-14, 18-20, 26, 13:12, 1 Pet. 1:18-21, 3:18, Vəhy 1:5-6 return

9. Vəhy 8:3-4 return

10. 1 Kor. 3:16-17, 6:19-20, 2 Kor. 6:16, Ef. 2:19-22 return

11. Mat. 6:22-24, Luk. 9:23-25, Yəh. 6:63, Rom. 6:1-13, 7:4-6, 8:1-14, 13:12, 1 Kor. 10:21, 2 Kor. 6:14-18, Yaq. 4:4, 7-8, 1 Pet. 2:9 return

12. Yəh. 3:3-8, 14:23-26, 15:26-27, Həv. İş. 1:1-8, 2:1-18, 38-39 return

13. Yez. 36:27, Yəh. 14:15-21, 23, 26, 15:4-5, Rom. 8:10-11, 1 Kor. 3:9, 16, Qal. 2:20, Ef. 3:16-21, Filip. 4:13, Kol. 1:27-29, 2 Tim. 1:14, 1 Yəh. 4:4 return

14. Ef. 6:17, İbr. 4:12, Vəhy 1:16, 2:12, 16, 19:13-15 return

15. Zəb. 34:1, Mat. 26:41, Luk. 18:1, 21:36, 22:40, 46, Həv. İş. 6:4, Rom. 12:12, Ef. 6:17-18, Filip. 4:6, Kol. 4:2, 1 Salon. 5:17, 1 Tim. 2:8, Yaq. 5:16, 1 Pet. 4:7 return

16. Yeş. 24:19-23, Mat. 24:3-35, 2 Pet. 3:10-12, Vəhy 8:7-13, 9:1-19, 11:19, 16:2-4, 8-10, 12, 17-21, 21:1 17. Zəb. 51:5, Rom. 3:10-12, 23 return


Prayer footnotes:

1. Psa. 51:5, Rom. 3:10-12, 23 return

2. Matt. 26:63-64, 27:54, Luke 1:30-33, John 9:35-37, Rom. 1:3-4 return

3. Acts 4:12, 20:28, Rom. 3:25, I John 1:7, Rev. 5:9 return

4. Psa. 16:9-10, Matt. 28:5-7, Mark 16:9, 12, 14, John 2:19, 21, 10:17-18, 11:25, Acts 2:24, 3:15, Rom. 8:11, I Cor. 15:3-7 return

5. Luke 22:69, Acts 2:25-36, Heb. 10:12-13 return

6. I Cor. 3:16, Rev. 3:20 return

7. Eph. 2:13-22, Heb. 9:22, 13:12, 20-21, I John 1:7, Rev. 1:5, 7:14 return

8. Matt. 26:28, Acts 2:21, 4:12, Eph. 1:7, Col. 1:14 return

9. Matt. 21:22, John 6:35, 37-40, Rom. 10:13 return

10. Heb. 11:6 return

11. John 5:14, 8:11, Rom. 6:4, I Cor. 15:10, Rev. 7:14, 22:14 return

12. Matt. 28:18-20, John 3:5, Acts 2:38, 19:3-5 return

13. Deut. 4:29, 13:4, 26:16, Josh. 1:8, 22:5, 2 Tim. 2:15, 3:14-17, James 1:22-25, Rev. 3:18 return

14. Isa. 28:11-12, Joel 2:28-29, Luke 3:16, 11:9-13, John 1:29-34, 7:37-39, 14:15-29, 15:26, 16:7-14, Acts 1:1-8, 2:1-18, 32-39, 5:29-32, 19:1-7, Rom. 5:3-5, 15:13 return