SODOM VƏ HOMORRA

by Tony Alamo

İsrailin Yerixon şəhərinin yaxınlığında Sodom və Homorra adlanan bir yer var1. Bu yeri görsəniz, şübhəsiz inanacaqsınız ki, ALLAH – hökmü icra edən ALLAHDIR!2 Əgər orada yerdən sarı kükürd parçalarını götürüb alova yaxınlaşdırsanız, onlar dərhal alışıb yanacaq. Bu, həyatda gördüyünüz və bir daha heç yerdə görməyəcəyiniz ən vahiməli yerdir. Dağlar elə bir görünüşə malikdir ki, sanki ALLAH bir cudo fəndi işlədərək dağların zirvələrini arxası üstə qoyub, sonra isə ÖZ nəhəng yumruğu ilə onları əzib toza döndərməklə bu toz yığınını duz, kükürd və alova qərq edib. Sarı kükürd parçasını xatirə hədiyyəsi olaraq özünüzlə evə aparın. Daha bir kükürd parçasını isə insanlar “Eyni cinslilərin nikahının lehinə səs verək, görək nə baş verəcək” dedikdə, səsvermə qutusuna atmaq üçün götürün. Heç vaxt başqaları ilə birlikdə ALLAH KƏLAMININ doğru olmadığını söyləməyin! ALLAHIN KƏLAMI olmadan biz doğrunu yanlışdan, xeyri şərdən seçə bilmərik!3

Bütün bu ərazi Müqəddəs Torpaq sayılan İsrailin digər ərazilərindən daha istidir. Bu, həm də ən cansız ərazidir. Yaxınlıqda iri duz dağları vardır.4 İordan çayı axıb Ölü Dənizə nə qədər şirin su gətirsə də, Ölü Dənizin suyu həddindən artıq duzludur və heç bir canlı ona tab gətirmir, balıqlar da bu duzlu suda yaşaya bilmir. Dağların dağılması bu ərazini xarabalığa çevirib, mehmanxanaların yaxınlığında isə iri krater yer alıb. Bu ərazi “En-gedi” adlanır, bu da “quzunun gözü” mənasını daşıyır. Burada hovuzlu üç iri və on kiçik mehmanxana inşa edilib. İri krater və xarabalıqlar En-gedidən Beer-şevaya aparan arxa yolda yerləşir. Kraterin üst hissəsinin kənarında dayansanız, Sodom və Homorranın xarabalıqlarını, dağılmış dağlarını görə bilərsiniz. Kraterin arxasında isə – buludlarla və dumanla örtülmüş dağlar görəcəksiniz. Sükunət və viranlıq sizi təşvişə salacaq. Bu krater elə enli və dərindir ki, onun dibini görmək qeyri-mümkündür.

Bu ərazidə yer səthini parçalamaqla nəhəng dəliklər yaratmış elə iri kraterlər var ki, bunlar Sodom və Homorranın dağılmasına və yerlə yeksan olmasına gətirib çıxarıb. Yerixon da buraya daxil edilməlidir, çünki Sodom sadəcə Yerixonun bir bölgəsidir. Yerusəlim şəhərindən Yerixona aparan dağlıq yol ilə getdiyinizdə, qulaqlarınız tutulacaq, sanki yerə enməkdə olan təyyarənin salonundasınız. Yerixon yer üzünün ən alçaq yeridir, o, dəniz səviyyəsindən xeyli aşağıda yerləşir. Bu, ona görədir ki, ALLAH bütün bu ərazini darmadağın etməklə onu sanki yumruğu ilə yerin dibinə endirib. O, yerli əhalinin işlətdiyi günahların cəzası olaraq bu ərazini dünyanın ən aşağı nöqtəsinə çevirib5.

Şəhərin özü istisna olmaqla Yerixon ərazisi, demək olar ki, boşdur və burada həyat yoxdur, sanki bu torpaq lənətlənmişdir. Buraya baxanda özünüzü qəmgin hiss edəcəksiniz. Bu ərazilər çox sərt mənzərəyə malikdir. Dəfələrlə insanlar bu torpağı becərməyə, canlandırmağa çalışsalar da, torpaq onların bütün bu cəhdlərini puça çıxararaq cansız qalıb. Siz orada dağılmış mağaralar və evlər görə bilərsiniz. Bu ərazidə çox az sayda insan yaşayır və onların əksəriyyəti çobanlardır. Torpaq sərt olduğu kimi, insanların həyat tərzi də çox sərt və əziyyətlidir və üzləri də qaya kimi sərt görünür.

Bu günə kimi insanlar ALLAHIN bu əraziyə yağdırdığı kükürdü toplayır. Onlar kükürdü xatirə hədiyyəsi olaraq götürür və kibritlə yandırmağa çalışır. Məzar quldurları və arxeoloqlar tabut və məzar axtarışında tez-tez buraya gəlirlər. Quldurlar meyit qalıqlarını, qab-qacaq, mebel və zinət əşyalarını arxeoloqlardan əvvəl tapıb sata bilmək üçün qazıntı işlərini gecə saatlarında aparırlar. Onlar həm də daş parçaları və kükürd qalıqları altında qalan dağılmış evlər və mağaraları qazıb çıxartmağa çalışırlar.

Bu ərazinin dağılma həcmini görən hər kəs bunun həqiqətən də ALLAHIN törətdiyi dağıntı və göndərdiyi cəza olduğuna inanacaq, çünki Sodom və ətraf kəndlər istisna olmaqla, İsrailin bütün ərazisi yaşıllığa, gül-çiçəyə qərq olub. ALLAHIN yenidən bu ərazini və bütün yer üzünü məhv edəcəyi gün heç də uzaqda deyil.6

ABŞ-da heç vaxt Rixter şkalası üzrə 9.2 baldan artıq zəlzələ olmamışdır. ALLAHIN Sodom və Homorraya göndərdiyi dağıntının gücünü bugünkü Rixter şkalası üzrə ölçsək bunun 25.0 və daha artıq bal təşkil edəcəyini görmək çox asandır. Bu zaman hələ əxlaqsızlıq (zinakarlıq) və homoseksuallıq kimi çirkin seksual münasibətlərə görə insanların üzərinə yağdırılan alov və kükürd yağışı nəzərdə belə tutulmur.7

Bütün bu ərazi – ALLAHIN bütün insanlara, xüsusilə də homoseksuallıq və lezbiyanlıq ilə məşğul olan insanlara göndərdiyi işarədir. Bütün bunları müşahidə etdikdən sonra ALLAHIN sizinlə zarafat etmədiyini anlayacaqsınız. O, həqiqətən dediyi sözü yerinə yetirir.8 Zamanın sonu yaxınlaşıb, ona görə siz də ALLAHA bu dua sözləri ilə müraciət edərkən oyun oynamayın:

Dua

Ey RƏBB ALLAHIM, mən günahkara rəhm eylə.1 Mən inanıram ki, İSA MƏSİH diri ALLAHIN OĞLUDUR.2 İnanıram ki, O, çarmıxda ölərək bütün keçmiş günahlarımın əhfi üçün ÖZ qiymətli qanını axıdıb.3  Mən inanıram ki, ALLAH MÜQƏDDƏS RUHUN qüdrətilə4 İSANI ölülərdən dirildib və indi İSA MƏSİH ALLAHIN sağında oturub günahlarımı etiraf etdiyimi və bu dua sözlərimi eşidir. 5 Ey RƏBB İSA, budur, ürəyimi SƏNƏ açıram və xahiş edirəm ki, gələsən ürəyimə. 6  Qolqotadakı çarmıxda cəza yerimi tutmaqla axıtdığın əziz qanınla bütün murdar günahlardan məni təmizləməyini xahiş edirəm.7 RƏBB İSA, bilirəm ki, SƏN məndən üz çevirməyəcəksən və günahlarımı bağışlayacaq, canımı isə xilas edəcəksən, çünki SƏNİN KƏLAMIN, MÜQƏDDƏS KİTAB belə deyir. 8 SƏNİN KƏLAMIN deyir ki, SƏNƏ pənah gətirənlərdən heç kimi, mən də daxil olmaqla, SƏN heç vaxt çarəsiz qoymayacaqsan. 9 Ona görə də bilirəm ki, SƏN duamı eşitdin və xahişimə cavab verdin. Bilirəm ki, xilas olmuşam.10 RƏBB İSA, canımı xilas etdiyinə görə SƏNƏ minnətdaram və minnətdarlığımın əlaməti olaraq SƏNİN buyurduqlarını yerinə yetirəcək və bir daha günah işlətməyəcəyəm. 11

İSA deyib ki, xilası qəbul edəndən sonra, ATA, OĞUL və MÜQƏDDƏS RUHUN adı ilə bütövlüklə suya batırılıb çıxarılmağımızla vəftiz olaq.12 Səylə Müqəddəs Kitabı, Bibliyanı tədqiq edin (ingilis dilində Kral Yaqubun tərcüməsində olan Bibliyanı) və orada yazılanlara əməl edin.13

İndi MƏSİH və ATA ALLAH MÜQƏDDƏS RUHUN vasitəsi ilə sizin içinizdə yaşayır. ALLAHIN ilahi təbiətinin daha dolğun payını almaq üçün indi sizdə də qabiliyyət var. ALLAHIN ilahi təbiəti daxilinizdə nə qədər çox yaşayırsa, milyonlarca xristianları xilas yolundan asanlıqla çıxarmış imtahanlara qarşı durmağa bir o qədər çox gücünüz olacaq. Dua edin ki, MÜQƏDDƏS RUHLA vəftiz olunasınız.14 MÜQƏDDƏS RUHLA vəftiz olunmanın yolunu öyrənmək və ALLAHIN müqəddəs təbiətindən daha çox pay almaq barədə təlimatlarla əlaqədar sizə ədəbiyyat göndərməyimiz üçün bizə məktub yazmaqla və ya zəng vurmaqla müraciət edin. Çünki müqəddəsliyə nail olmadan heç kim RƏBBİ görməyəcək (İbranilər 12:14).

RƏBB istəyir ki, siz xilasınız haqqında başqa adamlara şəhadət edəsiniz. Bunun üçün Pastor Toni Alamonun Müjdəçi ədəbiyyatının paylayıcısı ola bilərsiniz. Biz sizə pulsuz olaraq bu ədəbiyyatı göndərə bilərik. Bu mesajı başqa kiminlə isə bölüş.

Əgər İSANIN vəsiyyətinə uyğun olaraq dünyanın xilas olmasını istəyirsinizsə, onda ALLAHDAN ONA aid olan ondabirləri və ianələri oğurlamayın. ALLAH belə deyib: “İnsan da ALLAHDAN oğurlayarmı? Siz isə MƏNDƏN oğurlayırsınız. “SƏNDƏN nəyi oğurlayırıq?” deyə soruşursunuz. Onda birləri və təqdimləri oğurlayırsınız. Siz böyük lənətə düçar oldunuz. Çünki bütün millət (və bütün bu dünya) – hamınız MƏNDƏN oğurlayırsınız. Bütün ondabirlərinizi (“onda bir” sizin ümumi gəlirinizin 10%-ni təşkil edən məbləğdir) anbara gətirin ki, məbədimdə (xilası qəbul etmiş qəlblər üçün) ərzaq olsun (Ruhanı qida). ORDULAR RƏBBİ deyir: “Siz bununla MƏNİ sınayın. Görəcəksiniz ki, göylərin pəncərələrini sizə açacağam, üzərinizə ehtiyaclarınızdan da çox bərəkət yağdıracağam. Çəyirtkələri əkinlərinizi yeməyə qoymayacağam, tarlada meynəniz məhsulsuz qalmayacaq” deyir ORDULLAR RƏBBİ. “Bütün millətlər sizi bəxtiyar sayacaq. Çünki ölkəniz gözəl bir yer olacaq” deyir ORDULAR RƏBBİ” (Malaki 3:8-12).

Sodom və Homorranın yerləşdiyi yer

Yaradılış 19:27-28-də belə deyilir: “İbrahim səhər erkən qalxıb Rəbbin önündə durduğu yerə getdi. Oradan Sodom və Homorraya, bütün düzənliyə baxdı. O, yerdən ocaq tüstüsü kimi bir tüstü qalxdığını gördü.”

1980-ci illərin əvvəllərində Ölü Dənizin sahili boyunca səyahət edən Müqəddəs Kitabda adları çəkilən yerlərin tədqiqatçısı Ron Uayyett qeyri-adi “törəmələr” aşkar etmişdir. O, bu törəmələri ağımtıl rəngdə olan şəhər divarları və binalara bənzətdi. Uzun illər ərzində o, bu fərziyyələri ilə əlaqədar heç bir tədbir görməmişdir, lakin 1989-cu ildə Ron elə bir şey aşkar etdi ki, o, həmin ağımtıl törəmələrin sadəcə geoloji formasiya olmadığına inandı.

Sadəcə geoloji qat deyil

Ron ağımtıl bir materialın içindən yarılıb çəkilən  bir yol aşkar etmişdir. Həmin  materialın iç hissəsinə baxanda  laylı qatlar mənzərəsi göz qabağına çıxır.  Həmin laylar elə burumlanır ki, onların geoloji qat olmadığına heç bir şübhə qalmır.

Bu ərazilərin yerləşdiyi yerə aparan yolu axtararkən Ron və onun həyat yoldaşı Meri Nell Müqəddəs Kitabda Kənanlıların sərhədlərini müəyyənləşdirən dörd şəhərin adlarının çəkildiyi istinadlar tapdılar:

“Kənanlıların ərazisi Sidondan Gerara tərəf Qəzzəyə qədər, Sodoma, Homorraya, Admaya, Sevoyimə tərəf Leşaya qədər uzanırdı” (Yaradılış 10:19).

Bir dövlətin sərhədləri olaraq qeyd olunan Sodom, Homorra, Adma və Sevoim şəhərlərinin eyni yerdə, Ölü Dənizin cənubunda yerləşmələri təəccüblü olardı. Məntiqi olaraq güman edə bilərik ki, bir dövlətin sərhədləri ola bilməsi üçün bu şəhərlər bir-birindən müəyyən məsafədə aralı yerləşməli idi.

Ron müəyyən etmişdir ki, bu şəhərlər arasındakı məsafə həqiqətən də əlli mildən artıq təşkil edirdi. Onlardan biri Yerixon şəhərinin şimalında yerləşirdi, bu da tamamilə Müqəddəs Kitabda yazılanlarla üst üstə düşür. Belə ki, Müqəddəs Kitabda yazılıb ki, Sevoim şəhəri Ölü Dənizin şimalında yerləşir.

“Şaul, oğlu Yonatan və yanında olan xalq Binyaminlilərin Geva şəhərində qalmaqda idi. Filiştlilər isə Mikmasda ordugah qurmuşdular. Filişt ordugahından qarətçi hücumçular üç dəstəyə bölünüb çıxdılar. Bir dəstə Orfa yoluna – Şual torpağına yönəldi. Digər dəstə isə Bet-Xoron yoluna, o biri dəstə isə çölə - Sevoim vadisinə baxan sərhəd yoluna yönəldi” (1 Şamuel 13:16-18).

1989-cu ildə Ron və Meri Nell Uayyett Masada istehkamının aşağı hissəsində yerləşən ərazini ziyarət etdilər və ağımtıl materialın nümunələrini götürmək istədikdə, o, əllərində talk (maqnezium silikat) tozuna bənzər hissəciklərə dağıldı. Həmin vaxt əslində Meri Nell preslənmiş kül parçasının içində saxlanılmış kükürd kapsulunu aşkar etmişdir. Lakin o zaman bu tapıntıların təbiəti haqda heç bir nəticəyə gəlinməmişdir.

1990-cı ilin oktyabr ayında Ron Uayyett və Riçard Rivs bu əraziyə təkrar döndülər. Masadanın aşağı hissəsində yerləşən əraziləri yağışdan dərhal sonra tədqiq etmişdilər. Tədqiq edilən ərazidə dolaşarkən Riçard bir qədər kənarda yerləşən və açıq otağa və ya mağaraya oxşar bir yer gördü. Həmin mağaraya yaxınlaşdıqda onlar yəqin ki, bu yaxınlarda yağmış yağışın təsiri nəticəsində mağaranın üzərindəki hündürlükdən təzəlikcə yerə düşmüş çox iri bir kül parçasına rast gəldilər. Buna baxmaq üçün ayaq saxlayan Ron kül parçasının içində qara-qırmızı halqalarla əhatə olunmuş çoxlu sayda sarımtıl kürəciklər gördü. Kürəciklərdən birini çıxardıqda o, bunun kapsullaşdırılmış kükürd olduğunu anladı. Daha yaxından müayinə zamanı, hələ nəyi axtardığını bilməyən Ron kül qalıqlarının hər yerində kapsullaşdırılmış kükürd kürəciklərinin olduğunu müəyyən etmişdir.

Kükürdün aşkar edilməsindən sonra Uayyett Arxeoloji Tədqiqatlar Fondu “kükürd daşlarının” bu formada başqa bir yerdə mövcud olub-olmaması istiqamətində araşdırma aparmağa başlamışdır. Ron və Meri Nell Uayyett Riçard Rivslə birgə Vaşinqtona (paytaxt şəhər), Smitson İnstitutuna yollanaraq orada təqdim olunmuş müxtəlif formalı kükürdü tədqiq etdilər, lakin onların arasında toz kükürd kürəcikləri yox idi. Bundan əlavə, onların heç biri kapsullaşdırılmış deyildir. Smitson İnstitutu təqdim olunmuş nümunələrdən əlavə başqa nümunələrin tədqiq edilməsi barədə xahişi qəbul etmişdir. Bu kükürd kolleksiyası dünya üzrə əlli nümunədən ibarətdir. Lakin onların heç biri “vadi şəhərləri” ərazisində tapılmış kükürd daşlarının xassələrinə malik deyil.

Ron Uayyett Ölü Dənizin yaxınlığında kükürd aşkar etmiş ilk insan deyildi. 1924-cü ildə Sodom və Homorra şəhərlərinin axtarışına gələn Uilyam Olbrayt və Melvin Kayl da həmçinin Ölü Dənizin cənub sahilində bu kükürd parçalarını aşkar etmişdi.

“...kükürd daşlarının yerləşdiyi əraziyə yağış yağarsa, bu kükürd üzə çıxacaq. Həqiqətən də, biz baş barmağının yuxarı hissəsi ölçüsündə olan təmiz kükürd parçalarını topladıq. Kükürd dənizin qərb hissəsindəki dağların mergeli ilə qarışıb, indi isə o, hətta dənizin şərq sahili boyunca da səpələnib, bu süxuru ehtiva edən çıxıntıdan təqribən 4-5 mil aralıdır. Kükürd vadinin eninə və uzununa doğru səpələnib.” (Sodom Tədqiqatları, Müəllif – Dr.Melvin Kayl, 1928, səh. 52-53)

Melvin Kayl kül qalıqlarını aşkar edən ilk tədqiqatçı deyil. İosifus Flaviyus özünün “Yəhudi müharibəsi” kitabında bu şəhərlər haqqında yazmışdır (Kitab IV, Fəsil VIII):
“Bu gün bu ölkə yandırılaraq elə məhv edilib ki, heç kim ona yaxınlaşmaq istəmir; … Bir vaxtlar o, kifayət qədər firavan bir ölkə idi, burada meyvə ağacları bitirdi, şəhərlər isə zəngin idi, indi isə hər şey yanıb külə dönüb. Bütün bunlar buranın sakinlərinin əxlaqsızlığı ucbatından baş verib, ölkə ildırım çaxması nəticəsində yanıb külə dönüb; İndi biz hələ də o ilahi alovun qalıqlarını və o beş şəhərin izlərini (və ya kölgələrini) görürük…“
İosifus Flaviyus bu külə qərq olmuş ərazilərin mənzərəsini çox dəqiq ifadə edib: 

   “...İndi hər şey yanıb külə dönüb.” 

Sodom, Homorra və “bütün vadinin” dağıdılması haqqında məlumat nağıl deyil. Bu, eyni ilə Müqəddəs Kitabda yazıldığı kimi baş vermiş tarixi hadisədir.
http://www.wyattmuseum.com/cities-of-the-plain.htm


Azerbainani Alamo Literature

Daha ətraflı məlumat almaq və ya maraq göstərdiyiniz digər mövzularda ədəbiyyat əldə etmək üçün bizimlə aşağıdakı ünvan vasitəsilə əlaqə saxlaya bilərsiniz:
Ümumdünya Pastor Toni Alamo
Tony Alamo Christian Ministries Worldwide
P. O. Box 2948
Hollywood, CA 90078
24 saatlıq dua və məlumat xəttimiz: (908) 937-5723
Toni Alamo Ümumdünya Xristian Xidmətləri bütün ürəyi, qəlbi, düşüncəsi və gücü ilə RƏBBƏ həqiqətən xidmət etmək istəyənlərin hamısını ABŞ-daki ünvanlarımızda yaşayış üçün zəruri olan hər şeylə və yer ilə təmin edir.
Kilsə xidmətləri ABŞ-ın Nyu York Siti şəhərində həftənin Çərşənbə Axşamları saat 20:00-da və digər ünvanlarda gecələr keçirilir. Daha ətraflı məlumat üçün buraya zəng vurun: (908) 937-5723
YEMƏK HƏR KİLSƏ XİDMƏTİNDƏN SONRA VERİLİR.
Pastor Alamonun yazdığı Məsih adlı kitabın nüsxəsini almaq üçün müraciət edin. Bu kitab Əhdi Ətiqin 333 peyğəmbərliyi əsasında MƏSİHİ tanıdır.
Pastor Alamonun ədəbiyyatını paylamaqla Siz də insan qəlblərinə xidmətin iştirakçısı olun. Bütün ədəbiyyat və audio mesajlarımız, göndərilməsi də daxil, pulsuzdur.

BU ƏDƏBİYYAT XİLASIN HƏQİQİ PLANINI AÇIQLAYIR 
(Həvarilərin İşləri 4:16)
BU VƏSAİTİ TULLAMAYIN, OXUDUQDAN SONRA BAŞQALARINA ÖTÜRÜN
Başqa ölkədə yaşayırsınızsa, Sizi həvəsləndiririk ki, bu ədəbiyyatı öz dilinizə tərcümə edəsiniz.
Yenidən çap edəcəyiniz halda aşağıdakı müəllif hüququ və qeydiyyat nişanlarını daxil etməyinizi xahiş edirik:

© Müəllif hüquqları Aprel 2015 Bütün hüquqlar qorunur Ümumdünya Pastor Toni Alamo ® Qeydiyyat tarixi Aprel 2015
AZERBAIJANI—VOLUME 21200—SODOM AND GOMORRAH


footnotes:

1. Yar. 18:20-33, 19:1-29, Qanun. Təkr. 29:23 return

2. Yar. 6-7-ci fəsillər, Say. 11:1, Qanun. Təkr. 4:24, 10:17, 32:4, 15-16, 19-26, 35:43, Zəb. 2:1-5, 12, 7:11-12, 11:5-6, 21:8-9, Yeş. 30:1-3, 30, 33, 66:15-16, 24, Yer. 7:20, 10:10, 21:11-14, Mərs. 4:11, Nah. 1:2-8, Mat. 25:31-46, 2 Kor. 5:10-11, İbr. 10:30-31, 2 Pet. 2:4-9, Yəhuda 7, Vəhy 14:9-11, 20:11-15 return

3. Çıx. 20:1-7, Qanun. Təkr. 5:1-21, Yeşua 1:8, Zəb. 119:9, 104-105, 130, Məs. 6:23, Mal. 4:4, Yəh. 5:24, 8:31-32,12:48, 15:3, 2 Tim. 3:15-17, Yaq. 1:21-25, 2 Pet. 1:19 return

4. Yar. 19:24-26, Qanun. Təkr. 29:23, Yeş. 13:19-22, Yer. 50:40, Mərs. 4:6, Səf. 2:9 return

5. Yar. 13:13, 18:20-21, 19:1-13, 24-25, Yez. 16:49-50, Yəhuda 7 return

6. Yeş. 13:3-13, 24:1-21, 34:1-10, Yez. 22:25-31, 24:6-14, 38-ci fəsil, Yoel 1:13-15, Səf. 3:8, Mal. 4:1, Mat. 24:3-7, 21-22, 29-34, Luk. 17:24-30, 2 Salon. 1:7-10, 2 Pet. 3:3-12, Vəhy 6:15-17, 8:7-13, 9:1-19, 11:18, 16:1-11, 17-21, 19:11-21 return

7. Yar. 19:4-13, Lev. 18:20, 22, 20:13, Qanun. Təkr. 22:5, 23:17-18, Hak. 19:22-28, 1 Padş. 14:22-24, Rom. 1:18, 24-32, 1 Kor. 6:9-10, 18, 10:8, 2 Kor. 12:21, Qal. 5:19-21, Ef. 5:3-6, Kol. 3:5-7, 1 Salon. 4:3, 1 Tim. 1:9-10, İbr. 13:4, Yəhuda 7, Vəhy 2:21, 9:21, 22:15 return

8. Say. 23:19, 1 Şam. 15:29, Zəb. 119:89, Məs. 19:21, Vaiz 3:14, Yeş. 14:24, 40:8, Yer. 4:28, Yez. 24:14, Dan. 4:35, Mat. 5:17-18 return


Prayer footnotes:

1. Psa. 51:5, Rom. 3:10-12, 23 return

2. Matt. 26:63-64, 27:54, Luke 1:30-33, John 9:35-37, Rom. 1:3-4 return

3. Acts 4:12, 20:28, Rom. 3:25, I John 1:7, Rev. 5:9 return

4. Psa. 16:9-10, Matt. 28:5-7, Mark 16:9, 12, 14, John 2:19, 21, 10:17-18, 11:25, Acts 2:24, 3:15, Rom. 8:11, I Cor. 15:3-7 return

5. Luke 22:69, Acts 2:25-36, Heb. 10:12-13 return

6. I Cor. 3:16, Rev. 3:20 return

7. Eph. 2:13-22, Heb. 9:22, 13:12, 20-21, I John 1:7, Rev. 1:5, 7:14 return

8. Matt. 26:28, Acts 2:21, 4:12, Eph. 1:7, Col. 1:14 return

9. Matt. 21:22, John 6:35, 37-40, Rom. 10:13 return

10. Heb. 11:6 return

11. John 5:14, 8:11, Rom. 6:4, I Cor. 15:10, Rev. 7:14, 22:14 return

12. Matt. 28:18-20, John 3:5, Acts 2:38, 19:3-5 return

13. Deut. 4:29, 13:4, 26:16, Josh. 1:8, 22:5, 2 Tim. 2:15, 3:14-17, James 1:22-25, Rev. 3:18 return

14. Isa. 28:11-12, Joel 2:28-29, Luke 3:16, 11:9-13, John 1:29-34, 7:37-39, 14:15-29, 15:26, 16:7-14, Acts 1:1-8, 2:1-18, 32-39, 5:29-32, 19:1-7, Rom. 5:3-5, 15:13 return