SİRLİ BABİL ROMANIN BMT-si — ŞEYTANIN HÖKUMƏTİDİR

by Tony Alamo

Sirli Babil heç də İraq deyil. Bu günün Sirli Babili Romadır.1 Padşahı Nəbuxədnəzər olan və Müqəddəs Kitabda Daniel və Yeremya peyğəmbərlərin yazılarında, eləcə də ALLAH Kəlamının digər parçalarında haqqında bəhs edilən qədim və əsl Babil artıq mövcud deyil. O Babil çoxdan yox olub. Daniel peyğəmbərin kitabında deyilir ki, ALLAH Midiyalılar və Farsların əli ilə Babili onun bütün günahlarına görə dağıtdı.2
Babilin süqutu padşah Nəbuxədnəzərə yuxu vasitəsilə əyan olmuşdur, lakin padşah nə gördüyünü yada sala bilməsə də həmin yuxunu ALLAH Daniel peyğəmbərə də əyan etmişdir, bu isə gələcəkdə baş verəcək hadisəni olduqca fövqəltəbii və həqiqi edirdi. Yuxuda verilmiş həmin vəhydə ALLAH Nəbuxədnəzərə yer üzündə dörd dünyəvi padşahlığı və onların necə süqut edəcəyini göstərmişdir. Beşinci və özü də sonuncu olacaq padşahlıq gəlib həmin dörd dünyəvi padşahlıqları elə parçalayıb dağıdacaqdı ki, onlardan əsər-əlamət qalmasın. Sonra beşinci padşahlıq olan Səmavi Səltənət əbədi olaraq hökmranlıq sürəcəkdi.3
İlan, həmin o böyük, qırmızı əjdaha olan iblis camaatın diqqətini iblisin ruhu ilə idarə olunan Roma və Birləşmiş Millətlər Təşkilatından yayındırmaqla dünyada hər kəsi aldadır – RƏBB belə deyir.4

ALLAH bu divə Babil və Böyük Sirli Babil adı verib.5 Bütün dünya hökumətini, hakimləri, dövlət ittihamçılarını, çox sayda hüquqşünası, BMT-ni, marionet prezidentləri, krallar və kraliçaları, əksər hökumət məmurlarını, bankları, dünyəvi partiyaların hamısını, Roma Katolik kilsəsi deyilən sektanı və ona qoşulan digər sektaların hamısını, üstəlik Kilsələrin Birləşmiş Şurasını idarə edən Romanın mükəmməl təsviri Daniel peyğəmbərin kitabında, eləcə də Vəhy kitabında bizə təqdim olunub. Yuxarıda sadalananların hamısı getdikləri şər yolda iblisə bel bağlayırlar.
SİRLİ BABİL, bu gün bütün dünyanı aldatmaq üçün iblis tərəfindən istifadə olunan Babildir.6

Biz anlayırıq ki, aşağıda Müqəddəs Yazıdan qeyd olunan parçalar yer üzündəki ən son günlərin hadisələrini təsvir edir, çünki Vəhy kitabının 17-ci fəsli ən sonda baş verəcək yeddi bəlanın yeddi nimçəsini, eləcə də (qədim Babil olmayan) SİRLİ, BÖYÜK BABİL üzərində mühakimənin nimçəsini tutan yeddi mələkdən bəhs edir. Vəhy 17:1-də belə deyilir: “Yeddi nimçəsi olan yeddi mələkdən biri gəlib mənimlə [Yəhya ilə] danışdı və dedi: “Gəl, çoxlu suların [bir çox millətlərin] üzərində oturmuş bədnam fahişə [Roma] barədə çıxacaq hökmü sənə göstərim.” Yer üzünün padşahları onunla əxlaqsızlıq etdilər və yer üzündə yaşayanlar onun əxlaqsızlıq [ən ağır günahlarının] şərabından sərxoş oldular” (Vəhy 17:1-2).

Camaatın başına elə işlər gətirirlər ki, onlar depressiyaya düşsün, sonra isə onlara narkotik verib uyudurlar ki, insanlar İSANI, ATA ALLAHI, MÜQƏDDƏS RUHU, Müqəddəs Yazıları, eləcə də öz qəlblərini unutsunlar. Bunun ardınca da onlar hər cür günaha, narkotik maddələrə, spirtli içkilərə, abort kimi qətl əməllərinə, homoseksuallığa, lezbianlığa, pornoqrafiyaya, zinaya, əxlaqsızlığa, ALLAHA nifrət hissinə və insanlar üçün GÖYLƏRƏ yol göstərən yeganə vasitə olan ONUN KƏLAMINA qarşı küfr sözlərinə təslim olunurlar.7 İnsanlar ALLAHA və ONUN KƏLAMINA imanlarını itirəndə depressiyaya düşəcək və günahlı həyat yaşamağa başlayacaqlar. Qəlbində günah daşıyan bir kimsə GÖYLƏRƏ gedə bilməyəcək, o adam bütün əbədiyyəti əzab içində Odlu Göldə keçirəcəkdir!8 Əbədiyyətin sonu yoxdur, o daimidir!9 Yer üzündə yaşayanlar məğlub olublar, başlarını itiriblər, sərxoş olublar, çünki [Romanın BMT-si, böyük fərasətlə insanları aldadan iblisin özü] Böyük Fahişə olan Sirli Babilin günahla dolu çirkablığını qəbul ediblər.

“O [mələk] məni RUHDA çölə apardı. Orada mən gördüm ki, bir qadın [Fahişə] yeddi başlı, on buynuzlu və üstündə başdan-başa küfr adları yazılan al rəngli bir vəhşi heyvanın [Romanın al rənginə bürünmüş və onun tapşırıqlarını icra edən (vəhşi heyvan hökuməti) Romanın Vahid Dünya Hökuməti] belində oturub. Qadın [Fahişə və Roma olan, gücünü iblisdən alan yalançı peyğəmbər (Vəhy 13:4, 16:13-14)] bənövşə və al rəngli paltar geyinmiş [bunlar Vatikanın rəngləridir], qızıl, qiymətli daş və mirvari ilə bəzənmişdi. Onun əlində iyrənc şeylər və öz əxlaqsızlığının [ən ağır günahlarının] çirkabı ilə dolu qızıl kasa var idi. Alnında isə bu ad yazılmışdı: “YER ÜZÜNÜN FAHİŞƏLƏRİNİN VƏ İYRƏNCLİKLƏRİNİN ANASI OLAN SİRLİ, BÖYÜK BABİL” (Vəhy 17:3-5).

Mən gördüm ki, qadın [Vatikan, Roma Katolik sektası] müqəddəslərin qanından və İSAYA xatir əzabkeş ölümə təslim edilmişlərin qanından sərxoş olub. Bunu görüb mən [Yəhya] hədsiz heyrətləndim. Onda mələk mənə dedi: “Nə üçün heyrətə düşdün? Mən sənə qadının [fahişə olan yalançı peyğəmbər] və onu daşıyan [iblisin ruhundan gələn aldadıcı qüdrətlə10] yeddi başlı, on buynuzlu vəhşi heyvanın [iblisin hökuməti11] sirrini açacağam.” Gördüyün vəhşi heyvan [hökumət] var olmuş [İSA yer üzündə olarkən mövcud olmuş padşahlıq], indi yox olan [Roma yanaraq dağılan vaxt, son günlərdə isə yenidən baş qaldıracaq] və dibsiz dərinliklərdən çıxaraq [iblis cəhənnəm alovundan çıxıb öz iblisanə qüdrətini Romaya verəcək ki, onu yenidən dirçəltsin və qaldırsın] həlaka gedir [bütövlüklə günaha düçar olacaq / dünya miqyasında]. Yer üzündə yaşayan və dünya yaranandan bəri adı həyat kitabına yazılmamış adamlar vəhşi heyvanı görəndə heyrətə düşəcək [iblisin qətlə yetirmək, məhv etmək, aldatmaq və küfr danışmaq üçün şeytani qüdrətini görəndə, bu gün gördükləri kimi], çünki o var olmuş [Roma], yox olan [Roma yanaraq dağılan vaxt], amma yenə gəlməli olandır. [Şeytana yenə də səlahiyyət verilmişdir, bu küfrlə dolu, iblisanə aləmin qüdrətini əks etdirən səlahiyyət idi.] Bu işdə müdrik ağıl lazımdır [RƏBB qorxusu (Əyyub 28:28)12]. Yeddi baş, qadının [fahişənin] oturduğu yeddi təpədir. [Roma yeddi təpə üzərində ucaldılmış şəhər kimi tanınır] (Vəhy 17:6-9).

Rəbb dedi ki, hətta seçilmiş insanlar da mümkün olsaydı aldanardılar.13 Yəhyanın özü belə bir anlığa aldanmışdır. Gələcəkdə, bizim üçün isə bu gün göz qabağında olan, Şeytanın ümumdünya hökumətinin aldatma qüdrətini görəndə o heyrətə gəlmişdi! Belə ki, siz də diqqətli olun, RUHDA, ALLAHIN SÖZÜNDƏ qalın! “Bunlar həm də yeddi padşahdır. Onlardan beşi ölüb, biri qalıb digəri isə hələ gəlməyib və gələndə də qısa müddət qalmalıdır. Bir zaman var olmuş [Roma], indi isə yox olan [yanıb dağılmışdır] vəhşi heyvan [və ya hökumət] da səkkizinci padşahdır. O, yeddi padşahdan biridir və həlaka gedir [günaha düçar olur. Ona iblisin şər ruhu tərəfindən müvəqqəti də olsa, MƏSİH gəlib onu məhv edənə qədər hökmranlıq etmək səlahiyyəti verilib. Gələndə də qısa müddət (zaman) qalmalıdır]” (Vəhy 17:10-11).

“Gördüyün on buynuz hələ padşahlıq etməyən on padşahdır. Onlar vəhşi heyvanla birgə səlahiyyəti ələ alıb bir saat padşahlıq edəcəklər [Romanın iblisanə hökuməti]. Onların vahid bir niyyəti var, öz qüdrət və səlahiyyətlərini vəhşi heyvana [Romanın vahid dünya hökumətinə] təhvil verəcəklər.

Onlar QUZU [İSA] ilə döyüşəcəklər, lakin QUZU [İSA] onlara qalib gələcək. Çünki O, AĞALARIN AĞASI, PADŞAHLARIN PADŞAHIDIR və ONUNLA birgə olanlar da çağırılmış, seçilmiş və sadiq şəxslərdir”. “Mələk mənə dedi: “Fahişənin üzərində oturduğunu gördüyün sular - xalqlar, kütlələr, millətlər və dillərdir [yeddi qitə, bütün dünya]. Gördüyün vəhşi heyvan [Roma] və on buynuz isə fahişəyə nifrət edərək onu soyub çılpaq qoyacaq, ətini yeyəcək və onu odda yandıracaq. Çünki ALLAH bunu onların ürəyinə qoydu ki, ALLAHIN niyyətini yerinə yetirsinlər, həmfikir olub ONUN SÖZLƏRİ tamamlanana qədər padşahlıqlarını vəhşi heyvana [Şeytanın Vahid Dünya Hökumətinə] təhvil versinlər. Gördüyün qadın da yer üzünün padşahları üzərində padşahlıq edən böyük şəhərdir” (Vəhy 17:12-18). Bir daha təkrar edirəm ki, bu, qədimdən tanıdığımız Babil DEYİL.

Bu faktların bir çoxu Yeremya peyğəmbərin kitabında öz əksini tapıb, xüsusilə də, Yeremya 51:61-62-də: “Yeremya Serayaya dedi: “Babilə çatanda bütün bu SÖZLƏRİ oxumağı unutma. De ki: “Ya RƏBB, buranı dağıdacağını, içində insanın da, heyvanın da yaşamayacağını, ölkənin əbədi viran qalacağını söylədin”.

Roma camaatı asanlıqla aldadacağını düşünərək çalışdı ki, qədim Babili ortaya çıxarsın və onu elə Fahişə olan Sirli Babil kimi qələmə versin ki, dünya əhlinin başını qarışdırsın. Lakin, onun fəndi keçmədi, aldananlar isə sadəcə bir neçə nəfər oldu. İbranilərə 6:18-də isə belə yazılıb: “Belə ki qarşımıza qoyulan ümidə bağlanmaq üçün ALLAHA sığınan bizlər ALLAHIN bu haqda yalan danışması qeyri-mümkün olduğuna görə, iki dəyişilməz şeydə böyük təsəlliyə malik olaq”. ONUN dediyi hər bir SÖZƏ iman etmək gücümüz var, O isə deyir: “MÜTLƏQ yenidən doğulmalısan!” (Yəhya 3:7). Lütfən, aşağıdakı dua sözlərini deməklə ONA itaətli ol.

Prayer

Ey RƏBB ALLAHIM, mən günahkara rəhm eylə.1 Mən inanıram ki, İSA MƏSİH diri ALLAHIN OĞLUDUR.2 İnanıram ki, O, çarmıxda ölərək bütün keçmiş günahlarımın əhfi üçün ÖZ qiymətli qanını axıdıb.3  Mən inanıram ki, ALLAH MÜQƏDDƏS RUHUN qüdrətilə4 İSANI ölülərdən dirildib və indi İSA MƏSİH ALLAHIN sağında oturub günahlarımı etiraf etdiyimi və bu dua sözlərimi eşidir. 5 Ey RƏBB İSA, budur, ürəyimi SƏNƏ açıram və xahiş edirəm ki, gələsən ürəyimə. 6  Qolqotadakı çarmıxda cəza yerimi tutmaqla axıtdığın əziz qanınla bütün murdar günahlardan məni təmizləməyini xahiş edirəm.7 RƏBB İSA, bilirəm ki, SƏN məndən üz çevirməyəcəksən və günahlarımı bağışlayacaq, canımı isə xilas edəcəksən, çünki SƏNİN KƏLAMIN, MÜQƏDDƏS KİTAB belə deyir. 8 SƏNİN KƏLAMIN deyir ki, SƏNƏ pənah gətirənlərdən heç kimi, mən də daxil olmaqla, SƏN heç vaxt çarəsiz qoymayacaqsan. 9 Ona görə də bilirəm ki, SƏN duamı eşitdin və xahişimə cavab verdin. Bilirəm ki, xilas olmuşam.10 RƏBB İSA, canımı xilas etdiyinə görə SƏNƏ minnətdaram və minnətdarlığımın əlaməti olaraq SƏNİN buyurduqlarını yerinə yetirəcək və bir daha günah işlətməyəcəyəm. 11

İSA deyib ki, xilası qəbul edəndən sonra, ATA, OĞUL və MÜQƏDDƏS RUHUN adı ilə bütövlüklə suya batırılıb çıxarılmağımızla vəftiz olaq.12 Səylə Müqəddəs Kitabı, Bibliyanı tədqiq edin (ingilis dilində Kral Yaqubun tərcüməsində olan Bibliyanı) və orada yazılanlara əməl edin.13

İndi MƏSİH və ATA ALLAH MÜQƏDDƏS RUHUN vasitəsi ilə sizin içinizdə yaşayır. ALLAHIN ilahi təbiətinin daha dolğun payını almaq üçün indi sizdə də qabiliyyət var. ALLAHIN ilahi təbiəti daxilinizdə nə qədər çox yaşayırsa, milyonlarca xristianları xilas yolundan asanlıqla çıxarmış imtahanlara qarşı durmağa bir o qədər çox gücünüz olacaq. Dua edin ki, MÜQƏDDƏS RUHLA vəftiz olunasınız.14 MÜQƏDDƏS RUHLA vəftiz olunmanın yolunu öyrənmək və ALLAHIN müqəddəs təbiətindən daha çox pay almaq barədə təlimatlarla əlaqədar sizə ədəbiyyat göndərməyimiz üçün bizə məktub yazmaqla və ya zəng vurmaqla müraciət edin. Çünki müqəddəsliyə nail olmadan heç kim RƏBBİ görməyəcək (İbranilər 12:14).

RƏBB istəyir ki, siz xilasınız haqqında başqa adamlara şəhadət edəsiniz. Bunun üçün Pastor Toni Alamonun Müjdəçi ədəbiyyatının paylayıcısı ola bilərsiniz. Biz sizə pulsuz olaraq bu ədəbiyyatı göndərə bilərik. Bu mesajı başqa kiminlə isə bölüş.

Əgər İSANIN vəsiyyətinə uyğun olaraq dünyanın xilas olmasını istəyirsinizsə, onda ALLAHDAN ONA aid olan ondabirləri və ianələri oğurlamayın. ALLAH belə deyib: “İnsan da ALLAHDAN oğurlayarmı? Siz isə MƏNDƏN oğurlayırsınız. “SƏNDƏN nəyi oğurlayırıq?” deyə soruşursunuz. Onda birləri və təqdimləri oğurlayırsınız. Siz böyük lənətə düçar oldunuz. Çünki bütün millət (və bütün bu dünya) – hamınız MƏNDƏN oğurlayırsınız. Bütün ondabirlərinizi (“onda bir” sizin ümumi gəlirinizin 10%-ni təşkil edən məbləğdir) anbara gətirin ki, məbədimdə (xilası qəbul etmiş qəlblər üçün) ərzaq olsun (Ruhanı qida). ORDULAR RƏBBİ deyir: “Siz bununla MƏNİ sınayın. Görəcəksiniz ki, göylərin pəncərələrini sizə açacağam, üzərinizə ehtiyaclarınızdan da çox bərəkət yağdıracağam. Çəyirtkələri əkinlərinizi yeməyə qoymayacağam, tarlada meynəniz məhsulsuz qalmayacaq” deyir ORDULLAR RƏBBİ. “Bütün millətlər sizi bəxtiyar sayacaq. Çünki ölkəniz gözəl bir yer olacaq” deyir ORDULAR RƏBBİ” (Malaki 3:8-12).


Azerbainani Alamo Literature

Daha ətraflı məlumat almaq və ya maraq göstərdiyiniz digər mövzularda ədəbiyyat əldə etmək üçün bizimlə aşağıdakı ünvan vasitəsilə əlaqə saxlaya bilərsiniz:
Ümumdünya Pastor Toni Alamo
Tony Alamo Christian Ministries Worldwide
P. O. Box 2948
Hollywood, CA 90078
24 saatlıq dua və məlumat xəttimiz: (908) 937-5723
Toni Alamo Ümumdünya Xristian Xidmətləri bütün ürəyi, qəlbi, düşüncəsi və gücü ilə RƏBBƏ həqiqətən xidmət etmək istəyənlərin hamısını ABŞ-daki ünvanlarımızda yaşayış üçün zəruri olan hər şeylə və yer ilə təmin edir.
Kilsə xidmətləri ABŞ-ın Nyu York Siti şəhərində həftənin Çərşənbə Axşamları saat 20:00-da və digər ünvanlarda gecələr keçirilir. Daha ətraflı məlumat üçün buraya zəng vurun: (908) 937-5723
YEMƏK HƏR KİLSƏ XİDMƏTİNDƏN SONRA VERİLİR.
Pastor Alamonun yazdığı Məsih adlı kitabın nüsxəsini almaq üçün müraciət edin. Bu kitab Əhdi Ətiqin 333 peyğəmbərliyi əsasında MƏSİHİ tanıdır.
Pastor Alamonun ədəbiyyatını paylamaqla Siz də insan qəlblərinə xidmətin iştirakçısı olun. Bütün ədəbiyyat və audio mesajlarımız, göndərilməsi də daxil, pulsuzdur.

BU ƏDƏBİYYAT XİLASIN HƏQİQİ PLANINI AÇIQLAYIR 
(Həvarilərin İşləri 4:16)
BU VƏSAİTİ TULLAMAYIN, OXUDUQDAN SONRA BAŞQALARINA ÖTÜRÜN
Başqa ölkədə yaşayırsınızsa, Sizi həvəsləndiririk ki, bu ədəbiyyatı öz dilinizə tərcümə edəsiniz.
Yenidən çap edəcəyiniz halda aşağıdakı müəllif hüququ və qeydiyyat nişanlarını daxil etməyinizi xahiş edirik:

© Müəllif hüququ, Yanvar 2012 Bütün hüquqlar qorunur Ümumdünya Pastor Toni Alamo ® Qeydiyyatdan keçdiyi tarix 2012
AZERBAIJANI—MYSTERY BABYLON IS ROME’S U.N.


footnotes:

1. Vəhy 2:20-23, 14:8-11, 17:1-9, 15-18, 18:1-10, 15-19, 24, 19:1-3 return

2. Dan. 5-ci fəsil return

3. Dan. 2-ci fəsil return

4. Mat. 24:11-12, 24, II Kor. 11:13-15, II Salon. 2:3-12, Vəhy 12:9, 13:4-8, 11-14, 16:13-14, 19:19-20, 20:10 return

5. Vəhy 17:5 return

6. II Salon. 2:3-12, Vəhy 2:9, 12:9, 13:4-8, 11-14, 16:13-14, 19:19-20, 20:10 return

7. Zəb. 119:104-106, Yəh. 14:6, II Tim. 3:14-17 return

8. Zəb. 9:17, Mat. 13:24-30, 36-43, 47-50, 25:41-46, Yəh. 15:6, Qal. 5:20-21, Ef. 5:5, II Pet. 2:4-9, Vəhy 21:8, 22:15 return

9. Mat. 25:14-33, 41-46, Mar. 9:43-48, Luk. 3:16-17, 16:19-26, Yəhuda 6-7, Vəhy 14:9-11, 20:7-15 return

10. Dan. 7:7-11, 19-27, Vəhy 13-cü fəsil return

11. Mat. 24:24, Vəhy 13:12-14, 16:13-14, 17:8, 19:20 return

12. Zəb. 111:10, Məs. 1:7, 9:10, 15:33 return

13. Mat. 24:24 return


Prayer footnotes:

1. Psa. 51:5, Rom. 3:10-12, 23 return

2. Matt. 26:63-64, 27:54, Luke 1:30-33, John 9:35-37, Rom. 1:3-4 return

3. Acts 4:12, 20:28, Rom. 3:25, I John 1:7, Rev. 5:9 return

4. Psa. 16:9-10, Matt. 28:5-7, Mark 16:9, 12, 14, John 2:19, 21, 10:17-18, 11:25, Acts 2:24, 3:15, Rom. 8:11, I Cor. 15:3-7 return

5. Luke 22:69, Acts 2:25-36, Heb. 10:12-13 return

6. I Cor. 3:16, Rev. 3:20 return

7. Eph. 2:13-22, Heb. 9:22, 13:12, 20-21, I John 1:7, Rev. 1:5, 7:14 return

8. Matt. 26:28, Acts 2:21, 4:12, Eph. 1:7, Col. 1:14 return

9. Matt. 21:22, John 6:35, 37-40, Rom. 10:13 return

10. Heb. 11:6 return

11. John 5:14, 8:11, Rom. 6:4, I Cor. 15:10, Rev. 7:14, 22:14 return

12. Matt. 28:18-20, John 3:5, Acts 2:38, 19:3-5 return

13. Deut. 4:29, 13:4, 26:16, Josh. 1:8, 22:5, 2 Tim. 2:15, 3:14-17, James 1:22-25, Rev. 3:18 return

14. Isa. 28:11-12, Joel 2:28-29, Luke 3:16, 11:9-13, John 1:29-34, 7:37-39, 14:15-29, 15:26, 16:7-14, Acts 1:1-8, 2:1-18, 32-39, 5:29-32, 19:1-7, Rom. 5:3-5, 15:13 return