UÇAN BOŞQABLAR SON ZAMANLARIN PEYĞƏMBƏRLİYİDİR

by Tony Alamo

Rəbb tərəfindən mənə verilən fövqəltəbii görümlər, əlamətlər və xariqələr haqqında artıq bir neçə məqalə yazmışam.1 Haqqında yazmadığım hələ çoxlu digər Allahın mənə açdığı fövqəltəbii görümlər, əlamətlər, xariqələr və vəhylər də olub. Ağlıma heç gəlməzdi ki, bir gün Süzi ilə mənim başıma gələn bu xüsusi əhvalatı qələmə alacağam. Söhbət NUO-lardan (naməlum uçan obyektlər) gedir. Rəbb qətiyyətlə mənə əmr etdi ki, bu əhvalatı indi sizə yazım. Ona görə də məhz bu günlərdə mən bütün dünyaya bunu çatdırıram.

Əvvəla onu deməliyəm ki, Allahın yoluna dönməyim mərhələ-mərhələ baş verdi. Bu mərhələlərin hər biri olduqca fövqəltəbii idi. Digər məqalələrimdə qeyd etdiyim kimi, mən əvvəllər heç Ata Allaha, İsa Məsihə və ya Müqəddəs Ruha inanmamışam. Amma təxminən otuz beş il bundan qabaq Allah Özü mənə mövcudluğunu və qüdrətini sübut etdi.

Bu fövqəltəbii hadisələr məni Allahın mövcudluğuna, Onun real olduğuna və Müqəddəs Kitabın Allahın Oğlu İsa Məsih və Müqəddəs Ruh haqqında dediyi hər bir sözün həqiqət olduğuna inanmağa vadar etmədən əvvəl mən hələ kiçik ikən artıq iki maraqlı hadisənin şahidi olmuşdum. Birincisi təxminən altı yaşım olanda baş vermişdi, ikincisi isə haradasa on bir yaşım olanda.

Bir gün mən, altı yaşlı oğlan ikən Montana ştatının Uindhem şəhərindəki çəmənliklərdən keçən yolla üz tutub nənə-babamın evinə gedirdim. Nənə-babamın evi o ərazidə yerləşirdi. Uindhemin adı, daha doğrusu adının baş hərfi daşlarla işarələnmiş təpənin yaxınlığında idim və evə tərəf yoluma davam edirdim. Gözəl yaz günü idi. Günəş par-par parıldayırdı. Hava isti idi və sərin külək əsirdi.

Uindhemdə evlər bir-birindən çox aralıqda yerləşdiyinə görə ümumilikdə böyük bir ərazini əhatə etmiş olurlar. O vaxtın əhalisi də harada isə əlli nəfər təşkil edərdi. Bunlar təxminən on beş evin sakini idi, bəziləri isə fermalarda yaşayırdı. Bütün qəsəbə boyu iri tarlalar, çəmənliklər salınmışdı. Poçt idarəsi, əczaxana, təsərrüfat malları və şirniyyat dükanı elə hamısı ağacdan tikilmiş balaca bir binada yerləşirdi. Bu binanın sahibi və oradakı fəaliyyəti idarə edən Cənab Dankin Qillaspiy idi. Uindhem özü də elə balaca idi ki, avtobus oradakı dayanacaqda dayanmazdı, mütləq əsas yolun üstündəki telefon dirəyinə tərəf çıxmaq lazım idi ki, sürücü səni görüb avtobusu saxlasın. Qəsəbəyə məktub gələndə də, avtobus normal sürətini pozmaz, məktub isə avtobus qapısından telefon dirəyinin önünə atılardı.

Qəsəbədə balaca qatar stansiyası, yem satışı üzrə dükan, babamın tez-tez baş çəkdiyi pivəxana və mənim getdiyim kərpicdən tikilmiş iki mərtəbəli məktəb var idi. Həmin məktəbdə yalnız bir müəllimə işləyirdi, o da mənim anam idi. Anam məktəbdə uşaqlara uşaq bağçasından başlayaraq 9 və 10-cu sinifə qədər dərs deyərdi. Bu məktəb artıq işləmir, çünki ora gedəcək yetərincə uşaq da heç qalmayıb.

Çəmənlikdən keçərkən havada şirin bir səs eşitdim. Həmin səs mənim adımı çağırırdı. Bir neçə saniyədən bir həmin səsi dönə-dönə eşidirdim. Ətrafımda heç kim yox idi. Məndən xeyli aralıqda bir ferma var idi, bir də ki üç ev. Onlardan biri nənəmin evi idi. Evlərdəki bütün pəncərə və qapı qapaqları da hələ bağlı idi. Ətrafa baxır, amma  kimsəni görmürdüm. Lakin həmin səs sərin küləyin incə və şirin axınında adımı çağırmaqda davam edirdi. Bu səsdə fövqəltəbii bir şey hiss etmirdim, amma eyni zamanda həyatımda heç vaxt mənə xitab edən belə nəvazişli və şirin müraciət də nə o vaxt nə də ondan sonra eşitməmişdim.

Digər hadisə başıma on və ya on bir yaşında olanda gəlmişdi. Montana ştatının Helena şəhərində idim və səhər saat 4-5 radələrində qarlı yolla üzü “Helena Independent Record” adlı yerli qəzet ofisinə gedirdim. Bu vaxtlarda mən həmin ofisdə qəzetləri büküb qablaşdırırdım ki, sonra da onları paylayım. Göydəki ulduzlara baxıb onlardan valeh olmağa başlamışdım. Onların bu qədər parlaq olduqlarını əvvəl heç görməmişdim. Bu ulduzlar brilyantlardan da güclü parıltı verirdilər. Hər şey elə gözəl idi ki, sanki mən nağıl aləminə düşmüşdüm. İçimdən böyük məmnunluq hissi gəlirdi və bütün varlığımla heyrətə gəlmişdim. O an çox isti bir Ruhun və ya qüdrətin üzərimə endiyini hiss etdim. Bu belə bir təəssürat idi ki, sanki inanılmaz dərəcədə nəhəng, nəvazişli və heyrətamiz bir Varlıq yuxarıdan mənə baxıb şirin-şirin gülümsəyirdi.2 Gördüyüm mənzərə məni elə qorxutdu ki, qorxudan o andaca gözlərimi aşağı salıb ətrafdakı qara və buzlu yola baxmağa başladım. Bu iki hadisədən sonra həyatımda necə deyərlər “kəşməkəşli” yollardan keçməli oldum, lakin uğur da qazandım.

Təxminən on yeddi il yarım sonra Beverli Hilzdə Allah məni təhdid edərək Özünün nə qədər gerçək, qorxulu, şiddətli, tələbkar və intizama çəkən olduğunu mənə öyrətdi.3 Belə sarsıdıcı və göz açan təəssüratlardan sonra4 mən bu tələbkar və şiddətli Allahın məndən nə etməmi istədiyini səylə axtarmağa başladım. Bilirdim ki, yalnız Onun mövcud olmasını şiddətli və əmr edici təbiətini bilməyim Onun üçün yetərli deyildi.5 Qabaqlar Allah haqqında həmişə eşidərdim ki, O bir məlhəmdir, güldən ağır söz deməz, insanların ruhunu da incitməz. Amma Allah bunların tam əksidir.6

Təxminən bir ildən sonra Allahın mənə verdiyi valehedici və heyrətamiz vəhylər nəticəsində xilas hədiyyəsini qəbul etdiyimdə və Süzi ilə mənə evlənəcəyimiz haqqında xəbər verən Rəbb ilə yaşadığım digər olduqca fövqəltəbii hadisədən sonra Süzi qərara gəldi ki, mənzilindəki (həmin o mənzildə Rəbbin yoluna yüzlərlə insanı gətirə bilmişdik) bütün mebelini satıb mənimlə birlikdə nikahımızı dövlət qeydiyyatından keçirmək üçün Las Veqasa yola düşsün. Bu barədə Süzi ilə mübahisə edib deyirdim ki, Allah hər ikimizin aldığı fövqəltəbii görümdə artıq bizi bir ailə edib.7 İnsan əli ilə nikahımızın rəsmiləşdirilməsində heç bir lüzum görmürdüm. Süzi isə deyirdi ki, nikah haqqında şəhadətnaməmiz olmasa bir çox insanlar haqqımızda pis-pis şeylər deyərlər. Süziyə fikrimi belə açıqladım: “Məgər Müqəddəs Kitab “İnsana deyil, Allaha itaət etmək daha vacibdir” – demirmi? (Həvarilərin İşləri 5:29). Amma yenə də, qoy sən deyən olsun, gedək Las Veqasa. Artıq iyirmi beş ildir ki, imanlısan, mən isə yenicə xilas olmuşam. Rəbb mənə tapşırıb ki, sənə qulaq asım. Ona görə də sən deyəni edək.” Beləliklə, biz yola düşdük.

Maşınla getdiyimiz yol səhralıqdan keçirdi və dəqiq deyə bilmərəm gecə yarısı idi yoxsa səhərin açılmasına az qalırdı. Lakin onu bilirəm ki, getdiyimiz yol qap-qaranlıq idi, ətrafda heç bir işıq yox idi. Göz-gözü görməyən bir gecə yarısı idi, göydə nə ulduzlar, nə də ki ay görünürdü. Sağımız da, solumuz da zülmət qaranlıq idi, yol da bomboş. İşıq yalnız maşınımızın faralarından gəlirdi və dar yolumuzun ağ zolaqlarını da ancaq onun sayəsində görə bilirdik. Nədən isə Süzi uçan boşqablardan söz açdı. O mənə qədim zamanlarda Yezekel peyğəmbərin uçan boşqablar haqqında bəhs etdiyi əhvalatdan danışdı.8 Süzi mənə onu da dedi ki, bəzi insanların gördüyü uçan boşqablar əslində fövqəltəbii varlıqlardır, Göylərin mələkləridir, Məsihin yer üzünə qayıdışına az qalmış bir vaxtda onlar yer üzünə nəzər yetirmək üçün gəlirlər və bütün bunları ona (Süziyə) Allah Özü açıb.

“Onlar Rəbbin mələkləridir, Toni” – Süzan dedi. “Şeytan Allahda gördüklərinin saxtalaşdırılmış formasını təqdim etməyə çalışır. Allahın sənin kimi, mənim kimi elçiləri var. Allah Öz elçilərini göndərir, Toni.9 Şeytanın isə bu dünyada günaha batmış mələkləri, yalançı peyğəmbərləri və fırıldaq xidmətçiləri var və onların işi insanların başını qatmaqdan ibarətdir ki, onlar xilas olmasınlar.”10 Süzi onu da dedi ki, şeytanın xidmətçiləri həmişə Allahın həqiqi xidmətçilərini dəyərdən salmaq istəyirlər və bu zalımlar, baş qərargahı İtaliyanın Roma şəhərində yerləşən, dünyanın ən iri sektant təriqətinin törəmələridir.11 “Özlərini xristian adlandırırlar, amma xristian deyillər.12 Onlar yüz minlərlə həqiqi xristianı, yəhudini və digər etiqadda olanları diri-diri yandırmaqla, ac şirlərin caynağına buraxmaqla, alovlu sobaya atmaqla və digər yollarla qətlə yetiriblər.13 Onlar eləcə də əllərindən gələni edirlər ki, Allahın həqiqi xidmətçilərinin həyatına dustaqxanalarda son qoysunlar.14” Süzi mənə Müqəddəs Kitabda rəmzi olaraq “böyük fahişə”15, yer üzündəki hər bir iyrəncliyin anası16, “yalançı peyğəmbər” və “vəhşi heyvan”17 adlandırılan həmin o ümumdünya şər sektant təriqəti, onun sektant başçısı və öz şər niyyətlərini həyata keçirən vahid dünya hökuməti haqqında danışdı. Bunların hamısı Müqəddəs Kitabda “böyük qırmızı əjdaha”18 və “iblis və şeytan deyilən qədim ilana” (Vəhy 12:9) bənzədilən iblisin19 nəzarəti altında fəaliyyət göstərirlər.

Həmin o fahişənin yerləşdiyi şəhər rəmzi xarakter daşımır. Bu şəhər hərfi mənada mövcud olan şəhərdir və fahişə dünyanın bütün ölkələrinə öz şər siyasətini diktə edən yalançı peyğəmbəri ilə birlikdə orada oturur. Bu, İtaliyanın yeddi təpə üzərində ucaldılmış Roma şəhəridir və təqdim olunmuş təsvirə yalnız bu şəhər uyğun gəlir.20 Dünyada özünü kilsə adlandıran və böyük fahişə haqqında verilən təsvirə uyğun gələn yalnız bir sektant təriqət var. Digər özünü “kilsə” adlandıranlar bununla bir sırada heç dura da bilməzlər.

Süzan mənə yalançı peyğəmbər, onun yalançı kilsəsi və hökuməti haqqında danışdı. Bunlar onların hökmranlığı ilə razılaşmayanlara qarşı boykot elan edir, həbsxanalara atır və qətlə yetirirlər, yerdə qalan camaata isə kələk gələrək inandırırlar ki, bunları törədənlər özləri deyil, amma kommunistlərdir, İsraildir, Rusiyadır və ya Çindir, hətta Müqəddəs Ruhdan yeni həyat almış mömin xristianlardır və dünyada törədilmiş və hələ də törədilən bütün bəlalara və iyrəncliklərə görə nifrət məhz onlara yağdırılmalıdır.

Özü həqiqət olan Allah bizə deyir ki, yer üzündəki bütün iyrənclik öz sektant təriqəti və hökuməti üçün mərkəz olaraq Roma şəhərini seçmiş iblisdən gəlir.21 Onun planı özünü ətrafa qar kimi tərtəmiz və ləkəsiz göstərməkdir.22 Heç kim bilməməlidir ki, onun kilsəsi, yalançı peyğəmbəri və ümumdünya sistemi əslində şeytanın təcəssümüdür.23 Allah Öz təcəssümünü seçdiyi insanların həyatı vasitəsilə üzə çıxarmaqda davam edir, böyük təqlidçi olan şeytan isə həmin işi digər insanlardan istifadə edərək həyata keçirməyə çalışır.24 Yalançı qardaşlardan agah olun.25 Allahın müqəddəs Kəlamına qarşı mövqe tutan adamın cildinə girmiş, öz sektant təriqəti və tərəfinə çəkdiyi bütün hökumətləri də Allahın müqəddəs Kəlamına qarşı təhrik edən şeytandan agah olun.

Romanın sektant təriqəti və ona qoşulanların hamısının nəfəsi nifrətlə gedib-gəlir. Yer üzündə törədilən bütün cinayətlər və insan ağlına belə gəlməyən bütün vəhşiliklər məhz onların işidir. İstər Allahdan gələn xeyirxah şeylər olsun, istərsə də şeytanın şər əməlləri, insan əqli ruhani aləmdə baş verənləri anlaya bilməz,26 Bu şeyləri dərk etmək üçün insan Müqəddəs Ruhdan yeni həyat almalıdır.27 Məhz buna görə Allah deyir ki, şeytan bütün dünyanın gözünə pərdə salıb.28 Romanın əsl üzünü işığa çıxaranların hamısı üçün xüsusi damğalar hazırlanıb, bu adamların adına təhlükəli sektanın üzvləri damğası vurulur və onlara beyinləri yuyulmuş deyirlər. Burada üçüncü variant yoxdur. Sən ya Külli-İxtiyar Rəbb Allaha, ya da ki, həqiqəti deyə bilməyən iblisə, şeytana inanacaqsan.29 Allah isə yalan danışa bilməz.30 Eynilə şeytan və onun adamları üçün həqiqəti demək qeyri-mümkündür.31 Əsl nifrət ilə nəfəs alanı ifşa etdiyim üçün mənə qarşı nifrət hissini yağdıran iblisəmi inanacaqsınız yoxsa iblisin nifrətə layiq olduğunu deyən Allaha?

Süzi dedi ki, uçan boşqablar fenomeni ilə də eyni şey baş verir. “Şeytanın saxtalaşdırma kələyi burada da özünü göstərir. Dünyada müxtəlif insanlara şeytan illüziyalar göndərir belə ki, onlar gözlərinin qabağında şeytanın saxtalaşdırdığı formalar görür. Mən əminəm ki, insanlar bu şeyləri görür, amma iblis hamını bunların başqa şey olduğuna inandırmağa çalışır. Guya gördüklərinin içində əcaib görkəmə malik varlıqlar başqa planetdən yer üzünə gəlirlər. Əslində isə bunlar sadəcə xəyallardır. Başqa planetdə heç bir həyat yoxdur, bunu Allahın Kəlamı təsdiqləyir.”32

Süzan dedi: “Gəl dua edək. Əl-ələ tutub Allaha duada belə deyək: “Ya Rəbb, uçan boşqablar deyilən bir şey varsa onları bizə elə bu andaca göstərməyini xahiş edirik.”” Süzinin bu sözləri necə deməsi fövqəltəbii idi. Bilirdim ki, o bu sözləri mənə Müqəddəs Ruhun rəhbərliyi altında deyir, çünki Süzinin mənə dediyi hər bir söz ilə Müqəddəs Ruhun ürəyimə necə toxunduğunu hiss edirdim.

Mən o vaxt hələ imanda çox gənc idim və belə bir fövqəltəbii vəziyyətin sonunun nə ilə bitəcəyini bilmədiyimdən bütün baş verənlər məni bir növ qorxuya salmışdı. Əvvəllər Allahın mənə göstərdiyi bütün o fövqəltəbii görümlər, əlamətlər və xariqələr ağlımı başımdan elə çıxarmışdı ki, mən Allahdan həm qorxurdum, həm də Onun hər an mənə yeni bir şey göstərəcəyini gözləyirdim. Süzi mənimlə danışarkən məndə elə bir hiss oyanmışdı ki, sanki indi nəyin isə baş verəcəyini bilirdim. Gecə yarısı göz-gözü görməyən səhralığın ortasında təkcə Süzi ilə mən maşında oturmuşduq və ətrafda heç bir maşının izi də görünmürdü ki, birdən Süzi mənə dedi: “Gəl Toni, əl-ələ tutub dua edək, qoy Allah bizə uçan boşqabları göstərsin.” Mən də cavab olaraq: “Gəl edək” – dedim. O maşını idarə edirdi, mən də onun əlindən tutdum. Süzi dua etməyə başladı: “Ey Külli-İxtiyar, Rəbb Allah, uçan boşqablar deyilən bir şey varsa onda Atacan onları bizə göstər. İsanın adı ilə.” Və mən: “Amin, Rəbbim” – dedim.

Süzi dua etməyi bitirib mən də “Amin, ya Rəbbim” hələ yenicə demişdim ki, qəfildən uçan boşqablar dəstəsinin uzaqdan böyük sürətlə bizə tərəf uçduğunu öz gözümlə gördüm. Onlar göydən işıq sürəti ilə bizə doğru enib maşınımızın qabaq şüşəsinə dəyməyə bir-iki millimetr qalmış yan keçirdilər.

Əvvəl biri uçub gəldi, sonra ikincisi, daha sonra üçüncüsü. Digər üçü də onların ardınca göydə “V” formasını yaradaraq bizə yaxınlaşdılar. Sonra daha ikisi, daha sonra bir dənəsi də uzaq məsafədən sürətlə gözümüzün qabağından keçdi. Haradasa bir saniyədən az bir müddətdə bu uçan boşqablar hərəkət edən maşınımızın qabaq şüşəsinə az qala toxuna-toxuna sanki baş vurub yan keçirdilər. Ardı isə hələ gəlirdi, daha altısı, on ikisi, sonra daha ikisi, ardınca daha biri və digəri. Maşınımızın arxa şüşəsindən baxıb bu boşqabların arxamıza keçərkən işıqlarını ani şəkildə görə bilirdim, sonra isə onlar bizdən uzaqlaşıb gecənin qaranlığında yox olurdular. Hamısı eyni ölçüdə idi. Boşqablar həm içəridən, həm də çöl tərəfdən bərabər şəkildə və tam işıqlandırılmış idilər. Onların içində heç bir şey görə bilmirdim. Onlar sanki buzlanmış işıqlar idi. Metal parçalardan və ya yer üzündə tapılacaq hansı isə bir materialdan düzəldilmiş bir görkəmləri yox idi onların. Onları bulud və ya buxara da bənzətmək olmurdu. Hamısı mükəmməl dərəcədə yuvarlaq idi və maşına yaxınlaşdıqca onlardan huşultulu səs gəlirdi, buna görə bilmək olurdu ki, onlar müəyyən bir materialdan düzəldiliblər. Sayı da ən azı yüzə çatırdı.

Hələ də əlimdən tutan Süzi məndən soruşdu: “Mən gördüklərimi sən də görürsən?” Mən: “Aman Allah, görürəm” – dedim. “Nə görürsən?” – Süzi soruşdu. Mən: “Uçan boşqablar” – dedim. Süzi əlimi daha da bərk sıxaraq dedi: “Düzdür”. Süziyə dedim: “Maşını saxla! Bunlar çox yaxına gəlirlər, maşını dağıdacaqlar! Saxla maşını! Sən bu maşını belə necə sürə bilirsən, onlar az qala qabaq şüşəyə dəyəcəklər axı?” Bu sözləri Süziyə deyərkən mən artıq bükülüb başımı maşının aşağı hissəsində gizlətməyə çalışırdım. Eyni zamanda da dua edib Allaha deyirdim: “Ya Rəbb, yalvarıram onları dayandır! Bəsdir. Biz artıq gördük. Və mən hər şeyi başa düşdüm. Kifayətdir. İndi bilirəm ki, onlar mövcuddur.”

Bu hadisə baş verməmişdən əvvəl mən elə düşünürdüm ki, ağlı başında olmayan adamlar ancaq uçan boşqablar haqqında danışa bilər və yalnız doğrudan da bu boşqabların fotoşəkilini çəkənləri istisna edə bilərdim. Gördüyüm bəzi fotoşəkillər eynilə öz gözümlə gördüyüm NUO-lara bənzəyirdi. Digər fotoşəkillər isə gördüklərimə heç yaxın da deyildi. İnsanların gördükləri uçan boşqablar ya doğrudan da real olanlar idi, ya da insanın gözü qabağına şeytanın çıxartdığı onların saxtalaşdırılmış forması. Mən bilmirəm. Amma onu da deyim ki, həyatımda doğrudan da onları görmüş bir neçə nəfər ilə görüşmüşəm. Özündən hekayələr quraşdıran adamlara xor baxaram. Mən burada oyun oynamıram və yalan da danışıb hekayələr uydurmuram. Müqəddəs Kitabda haqqında danışılacaq o qədər əhvalatlar, xariqələr və əlamətlər var ki. Yaşadığımız son günlərdə də o qədər hadisələr baş verir ki, özündən hekayələr uydurmağa heç ehtiyac da qalmır.

Uçan boşqablar mövcuddur və onlar Rəbdəndir. Bu hadisə təxminən otuz dörd il bundan əvvəl baş vermişdir. Nə bu hadisədən əvvəl, nə də ki ondan sonra mən bir daha uçan boşqablar görməmişdim və yazdıqlarımın hamısı doğrudur. Heç bir şübhəyə yer vermədən inanıram ki, Rəbbin mənə göstərdiyi fövqəltəbii görümlər, əlamətlər və xariqələr haqqında gerçək olmayan bir şey desəydim qəlbim birbaşa cəhənnəmə atılardı. Məsih fiziki olaraq yer üzündə Öz şagirdləri ilə gəzərkən Onun üçün ruhani mənada Ata Allah ilə birlikdə Müqəddəs Ruhun vasitəsilə şagirdlərinin içində yaşamaq qeyri-mümkün idi. Çünki Məsih o vaxt hələ də Öz fiziki bədənində və ya insan cildində idi. O Öz bədənini tərk etməli, üç gündən sonra bədəninə qayıtmalı, ölülərdən dirilməli, izzətli görkəm almalı, Göylərə qalxmalı və Ata ilə birlikdə Müqəddəs Ruh, Təsəlliverici olmalı idi ki, sonra Özünü Ata ilə birlikdə Müqəddəs Ruhun vasitəsilə bütün həvariləri və şagirdlərinə, eləcə də bütün əsrlərdə yaşayacaq Allahın hər övladına ehsan etsin. Yalnız Göylərə qalxandan sonra, eləcə də yalnız Müqəddəs Ruha, Ataya, Təsəllivericiyə dönəndən sonra O Özünü malik olduğu bütün qüdrəti ilə şəhadət etmək və möcüzələr göstərmək üçün Öz şagirdlərinə və eynilə Müqəddəs Yazıya uyğun olaraq insanların xilası üçün Allahın planına itaət edəcək hər bir insana ehsan edə bilmişdi.33 Mən yalandan bir söz deməklə heç vaxt qəlbimin salamatlığını təhlükə altına atmazdım. Sizə burada yazdıqlarımı Rəbbin tapşırığı ilə deyirəm ki, siz də mənim kimi xilasa malik ola biləsiniz.

Bir çox adamlar yazdıqlarımı lağa qoyacaqlar, elə mən özüm də qabaqlar uçan boşqablar haqqında danışanları lağa qoyurdum. Həyatımda bu varlıqları ilk dəfə gördüyümdən bəri Rəbb mənə çoxlu sayda fövqəltəbii görümlər verib. Bu görümlərin hamısı doğru olub və hər biri gerçəkləşib. Rəbbin ən çox zəhləsi getdiyi şeylərdən biri yalançı peyğəmbərlərdir.34 Yalançı peyğəmbərlər həm Allahın Kəlamı, həm də Allahdan gələn şeylər haqqında yalan danışdıqlarına görə şübhəsiz ki, cəhənnəmə gedəcəklər.35 Çox adamlar yəqin ki, başqalarını təəccübləndirmək istədiyindən onlara uydurulmuş hekayələr danışır. Mən isə heç vaxt kiminsə gözündə özümü ucaltmağa çalışmamışam, bu mənim şəhadətimdir. Allahdan xilası qəbul etməzdən əvvəl mən heç vaxt insanlar haqqında belə yüksək fikirdə də deyildim ki, onları hələ mütəəssir etməyə çalışım. Xilas olandan sonra isə həyatımda bir niyyətim var, bu da Məsihin bizə verdiyi əmri yerinə yetirərək insanlara Onu tanıtmaqdır.36

Mən Rəbbi yaxşı tanıyıram və Müqəddəs Kitabı da yaxşı bilirəm. Rəbb Özü Allahın Kəlamıdır.37 Qələmə aldığım çoxlu Müjdə məqalələri var, uçan boşqablarla bağlı Süzi ilə yaşadığımız bu hadisəni sizlərlə bölüşməzdən əvvəl isə o Müjdə məqalələrinin işıq üzü görməsi zənnimcə daha əhəmiyyətli idi. Rəbb mənə bu məqaləni yazmaq tapşırığını 1999-cu ilin may ayında verdi. Allah tezliklə yer üzünə qayıdışı barədə “dəfələrlə və müxtəlif yollarla dünyaya xəbərdarlıq” etmişdir (İbranilərə 1:1).38 Rəbbin yer üzünə təkrarən gəlişinə qədər və ya sizin yer üzündən köçüb Onunla görüşməyinizdən əvvəl xilası qəbul etmədiyiniz təqdirdə qəlbiniz bütün əbədiyyəti cəhənnəmdə keçirəcək.39

Məni tanıyan hər kəs bilir ki, mən burada insanların rəğbətini və ya pul qazanmağa çalışmıram. Mən heç bir siyasi maraq güdmürəm ki, sizin xoşunuza gəlib və ya gəlməməyimdən narahat olum. Sizin mənə səsverməniz və ya pulunuz mənə lazım deyil. Mən vəzimdə Toni Alamonu ucaltmıram. Mən vəzimdə və təlimimdə insanlara  “Allahdan qorxmağı, Onun əmrlərini yerinə yetirməyi öyrədirəm. Çünki insanın əsas vəzifəsi budur” (Vaiz 12:13). Əgər siz iblisdənsinizsə, Allahı rədd edən şəxssinizsə, onda mən demirəm ki, Allah sizi sevir, çünki belə halda O sizi sevmir.40 Allah dedi: “Yaqubu sevdim, Esava isə nifrət etdim” (Romalılara 9:13). Niyə görə Allah belə dedi? Çünki Yaqub Allahı sevdi və Onun vədlərinə bel bağladı, onların həqiqi olduğuna iman etdi.41 Yaqub inandı ki, Allahdan onu böyük miras gözləyir, Esav isə bunu heç vecinə də almadı, ona görə də ailəsinin ilk oğlu olmaq haqqını bir qab mərcimək şorbasına satdı.42

Əgər Rəbbə iman edirsinizsə, onda həyatınızda Onu axtarmaqla məşğul olacaqsınız.43 Son zamanlar haqqında bəhs edilən peyğəmbərliklərin yerinə yetirildiyinə dair sübutlar axtaracaqsınız. Lakin əgər Rəbbi sevmirsinizsə, əgər O və Onun son zamanlar haqqında dediyi peyğəmbərliklər sizin maraq dairənizdə deyilsə, onda başınızı bu dünyanın qayğıları ilə qatırsınız.44 Belə halda siz itmiş vəziyyətdəsiniz və heç vaxt xilas ola bilməyəcəksiniz. Allahı dəyərdən salmaqla, Ona iman etməməklə bir gün siz nə qədər axmaq olduğunuzu anlayacaqsınız. Allaha şükür edirəm ki, Rəbbin mühakiməsi məndən yan keçib. Mən Rəbbimə yalnız xilas olduğuma görə deyil, Müqəddəs Ruhun gözlərim önündə həm Allahın Kəlamı vasitəsilə, həm də Özünün mənə göstərdiyi xariqələr vasitəsilə açdığı gerçəklikləri sizə çatdırıb qəlbimi təslim etməklə davamlı şəkildə xilasımı hifz etdiyimə görə də minnətdarlığımı bildirirəm.

Rəbb deyir ki, Allahın Padşahlığına girənlərin sayı olduqca az olacaq.45 Bunlar böyük dinlərə mənsub olanlar deyil, lakin dar qapıdan keçib Allahdan nicat alanlardır. Bu gün dünya əhalisi Nuhun günlərində olduğu kimi inanılmaz axınla üzü uçuruma gedir. Bu barədə peyğəmbərlik də edilib.46 Bütün dünya iblisə sitayiş edir.47 Allah isə həmişə dəyişməz olaraq qalır.48 O dövrdə Nuh və ailəsinin yeddi üzvünü sağ qoyub dünyada yaşayan hər bir insanı öldürməklə Allah bizə göstərdi ki, əksəriyyət yolunu azıb.49 O söz verib ki, yenə də bu fəlakəti bəşəriyyətin başına gətirəcək, lakin bu səfər bunu göydən alov yağdırmaqla edəcək.50 Dünyada yaşayan bir çoxlarının tezliklə ölüb cəhənnəmə getməsinə az vaxt qalıb.51 Cənnətə gedənlərin sayı olduqca az olacaq.52 Gözlərini dünyadan çəkib Məsihə doğru yönəltmək insanlar üçün ağır gəlir, amma canını cəhənnəmdən qurtarıb cənnətdə əbədi həyata qovuşmaq üçün insan məhz bu addımı atmalıdır.53

Məsihin yer üzünə qayıdışının əlamətləri də elə buradadır.54 Mələklər yer üzünə baxış keçirirlər. Bu dövrlərdə həqiqi kilsəni tərk edənlərin sayı olduqca çoxalmaqdadır, bu isə Məsihin gəlişindən əvvəl baş verəcək və həvari Pavelin haqqında bəhs etdiyi olduqca önəmli əlamətin icrasıdır.55 Vahid dünya hökuməti və onun kilsəsi bizi hədəfə alıb. Bu gün Allaha, Xristianlığa və Allahın xalqına qarşı artan nifrəti çox aydın görə bilirik. Dünya əhalisi öz ağlına, ürəyinə və qəlbinə vəhşinin damğasını bütövlüklə qəbul edib. Şeytana sədaqətlərini göstərmək üçün bunlar tezliklə alınlarına və ya sağ əllərinə də bu damğanı qəbul edəcəklər.56

Bu dünyada ikən sən kimə xidmət edəcəyini özün seçəcəksən. Ya Allaha xidmət edəcəksən, ya da şeytana. Kimi seçəcəksənsə onunla da bütün əbədiyyəti keçirəcəksən.57 Allahda sənin üçün başqa bir seçim yoxdur. Məsih ilə birlikdə Cənnətdə olmaq seçimini edirsənsə bu dua sözlərini öz ürəyində de:

Prayer

Ey RƏBB ALLAHIM, mən günahkara rəhm eylə.1 Mən inanıram ki, İSA MƏSİH diri ALLAHIN OĞLUDUR.2 İnanıram ki, O, çarmıxda ölərək bütün keçmiş günahlarımın əhfi üçün ÖZ qiymətli qanını axıdıb.3  Mən inanıram ki, ALLAH MÜQƏDDƏS RUHUN qüdrətilə4 İSANI ölülərdən dirildib və indi İSA MƏSİH ALLAHIN sağında oturub günahlarımı etiraf etdiyimi və bu dua sözlərimi eşidir. 5 Ey RƏBB İSA, budur, ürəyimi SƏNƏ açıram və xahiş edirəm ki, gələsən ürəyimə. 6  Qolqotadakı çarmıxda cəza yerimi tutmaqla axıtdığın əziz qanınla bütün murdar günahlardan məni təmizləməyini xahiş edirəm.7 RƏBB İSA, bilirəm ki, SƏN məndən üz çevirməyəcəksən və günahlarımı bağışlayacaq, canımı isə xilas edəcəksən, çünki SƏNİN KƏLAMIN, MÜQƏDDƏS KİTAB belə deyir. 8 SƏNİN KƏLAMIN deyir ki, SƏNƏ pənah gətirənlərdən heç kimi, mən də daxil olmaqla, SƏN heç vaxt çarəsiz qoymayacaqsan. 9 Ona görə də bilirəm ki, SƏN duamı eşitdin və xahişimə cavab verdin. Bilirəm ki, xilas olmuşam.10 RƏBB İSA, canımı xilas etdiyinə görə SƏNƏ minnətdaram və minnətdarlığımın əlaməti olaraq SƏNİN buyurduqlarını yerinə yetirəcək və bir daha günah işlətməyəcəyəm. 11

İSA deyib ki, xilası qəbul edəndən sonra, ATA, OĞUL və MÜQƏDDƏS RUHUN adı ilə bütövlüklə suya batırılıb çıxarılmağımızla vəftiz olaq.12 Səylə Müqəddəs Kitabı, Bibliyanı tədqiq edin (ingilis dilində Kral Yaqubun tərcüməsində olan Bibliyanı) və orada yazılanlara əməl edin.13

İndi MƏSİH və ATA ALLAH MÜQƏDDƏS RUHUN vasitəsi ilə sizin içinizdə yaşayır. ALLAHIN ilahi təbiətinin daha dolğun payını almaq üçün indi sizdə də qabiliyyət var. ALLAHIN ilahi təbiəti daxilinizdə nə qədər çox yaşayırsa, milyonlarca xristianları xilas yolundan asanlıqla çıxarmış imtahanlara qarşı durmağa bir o qədər çox gücünüz olacaq. Dua edin ki, MÜQƏDDƏS RUHLA vəftiz olunasınız.14 MÜQƏDDƏS RUHLA vəftiz olunmanın yolunu öyrənmək və ALLAHIN müqəddəs təbiətindən daha çox pay almaq barədə təlimatlarla əlaqədar sizə ədəbiyyat göndərməyimiz üçün bizə məktub yazmaqla və ya zəng vurmaqla müraciət edin. Çünki müqəddəsliyə nail olmadan heç kim RƏBBİ görməyəcək (İbranilər 12:14).

RƏBB istəyir ki, siz xilasınız haqqında başqa adamlara şəhadət edəsiniz. Bunun üçün Pastor Toni Alamonun Müjdəçi ədəbiyyatının paylayıcısı ola bilərsiniz. Biz sizə pulsuz olaraq bu ədəbiyyatı göndərə bilərik. Bu mesajı başqa kiminlə isə bölüş.

Əgər İSANIN vəsiyyətinə uyğun olaraq dünyanın xilas olmasını istəyirsinizsə, onda ALLAHDAN ONA aid olan ondabirləri və ianələri oğurlamayın. ALLAH belə deyib: “İnsan da ALLAHDAN oğurlayarmı? Siz isə MƏNDƏN oğurlayırsınız. “SƏNDƏN nəyi oğurlayırıq?” deyə soruşursunuz. Onda birləri və təqdimləri oğurlayırsınız. Siz böyük lənətə düçar oldunuz. Çünki bütün millət (və bütün bu dünya) – hamınız MƏNDƏN oğurlayırsınız. Bütün ondabirlərinizi (“onda bir” sizin ümumi gəlirinizin 10%-ni təşkil edən məbləğdir) anbara gətirin ki, məbədimdə (xilası qəbul etmiş qəlblər üçün) ərzaq olsun (Ruhanı qida). ORDULAR RƏBBİ deyir: “Siz bununla MƏNİ sınayın. Görəcəksiniz ki, göylərin pəncərələrini sizə açacağam, üzərinizə ehtiyaclarınızdan da çox bərəkət yağdıracağam. Çəyirtkələri əkinlərinizi yeməyə qoymayacağam, tarlada meynəniz məhsulsuz qalmayacaq” deyir ORDULLAR RƏBBİ. “Bütün millətlər sizi bəxtiyar sayacaq. Çünki ölkəniz gözəl bir yer olacaq” deyir ORDULAR RƏBBİ” (Malaki 3:8-12).


Azerbainani Alamo Literature

Daha ətraflı məlumat almaq və ya maraq göstərdiyiniz digər mövzularda ədəbiyyat əldə etmək üçün bizimlə aşağıdakı ünvan vasitəsilə əlaqə saxlaya bilərsiniz:
Ümumdünya Pastor Toni Alamo
Tony Alamo Christian Ministries Worldwide
P. O. Box 2948
Hollywood, CA 90078
24 saatlıq dua və məlumat xəttimiz: (908) 937-5723
Toni Alamo Ümumdünya Xristian Xidmətləri bütün ürəyi, qəlbi, düşüncəsi və gücü ilə RƏBBƏ həqiqətən xidmət etmək istəyənlərin hamısını ABŞ-daki ünvanlarımızda yaşayış üçün zəruri olan hər şeylə və yer ilə təmin edir.
Kilsə xidmətləri ABŞ-ın Nyu York Siti şəhərində həftənin Çərşənbə Axşamları saat 20:00-da və digər ünvanlarda gecələr keçirilir. Daha ətraflı məlumat üçün buraya zəng vurun: (908) 937-5723
YEMƏK HƏR KİLSƏ XİDMƏTİNDƏN SONRA VERİLİR.
Pastor Alamonun yazdığı Məsih adlı kitabın nüsxəsini almaq üçün müraciət edin. Bu kitab Əhdi Ətiqin 333 peyğəmbərliyi əsasında MƏSİHİ tanıdır.
Pastor Alamonun ədəbiyyatını paylamaqla Siz də insan qəlblərinə xidmətin iştirakçısı olun. Bütün ədəbiyyat və audio mesajlarımız, göndərilməsi də daxil, pulsuzdur.

BU ƏDƏBİYYAT XİLASIN HƏQİQİ PLANINI AÇIQLAYIR 
(Həvarilərin İşləri 4:16)
BU VƏSAİTİ TULLAMAYIN, OXUDUQDAN SONRA BAŞQALARINA ÖTÜRÜN
Başqa ölkədə yaşayırsınızsa, Sizi həvəsləndiririk ki, bu ədəbiyyatı öz dilinizə tərcümə edəsiniz.
Yenidən çap edəcəyiniz halda aşağıdakı müəllif hüququ və qeydiyyat nişanlarını daxil etməyinizi xahiş edirik:

© May, 1999 Bütün hüquqlar qorunub Ümumdünya Pastor Toni Alamo ® May, 1999

AZERBAIJANI—FLYING SAUCERS ARE END TIME PROPHECY


footnotes:

1. Allahın iki şahidi (God’s Two Witnesses), 5-7 paraqraflar, Quru sümüklər (Dry Bones), Rəbbin xidmətçisi (Servant of the Lord), Sərt dağ (Difficult Mountain), Ayna (The Looking Glass), Zəngin (Wealthy), Samballılar (Heavyweights), Dibsiz çala (The Bottomless Pit), Ruhani dirçəliş (Regeneration), Parça-parça olan (Broken to Pieces), Əqidəli (Convinced) – pulsuz; return

2. Qanun. Təkr. 10:17, Əyyub 13:11, 22:12, Zəb. 19:1-2, 68:33, 102:12, 24-27, 104:31, 139:3-13, Yeş. 57:15;  return

3. Qanun. Təkr. 7:21, 10:17, 28:15-68, I Şam. 2:6-7, 10, Ezra 8:22, Əyyub 9:4-7, 12, 12:14, 23:13, 26:11, 14, 41:9-10, Zəb. 66:3-7, 76:6-8, 97:1-6, 115:3, 145:6, Dan. 4:35, İbr. 12:25-26, 29; return

4. Zamanın əlamətləri (Signs of the Times), Quru sümüklər, Sanballılar, Soyuq ürəkləri əridən (Melting Cold Hearts);  return

5. Çıx. 34:14, Qanun. Təkr. 6:13-15, Yeş. 30:30, 43:21, Yer. 27:5, Dan. 4:35, Nah. 1:2-8, Mal. 3:5, Rom. 2:2, 5-8, İbr. 10:30-31, Vəh. 11:18;  return

6. Qanun. Təkr. 7:21, 32:39, I Səln. 29:11-12, II Səln. 20:6, 25:8, Ezra 8:22, Zəb. 77:14-18, 145:6, Nah. 1:3-6, Mat. 10:28, İbr. 10:26, 29; return

7. Rəbbin xidmətçisi, Allahın iki şahidi, Parça-parça olan, Süzanın gəlinlik paltarı (Susan’s Wedding Dress); return

8. Yez. 1:15-25, 3:13, 10:9-17;  return

9. Mat. 10:5-8, Mar. 3:14, 16:15, I Kor. 1:21, Həv. İş. 5:42, 10:42, 16:10, II Tim. 4:1-2, Vəh. 14:6; return

10. Mat. 7:15, 24:24, Mar. 4:15, II Kor. 11:13-15, II Pet. 2:1-3, I Yəh. 4:1; return

11. Vəh. 13:4-7, 17:3-9; return

12. Vəh. 2:9, 3:9; return

13. Vəh. 17:6, 18:24; Nasistlər tərəfindən kilsələrin təqibi (The Nazi Persecution of the Churches), C. S. Konvey, səhifələr 25-26; I.G. Farben, R. Sasuli, Boni və Qaer, səhifələr 128-129; Sülh arxasında xəyanət (Treason’s Peace), H.V. Armbruster, Biçhörst Press, səhifələr 345-347; Vol-strit və Hitlerin yüksəlişi (Wall Street and the Rise of Hitler), A.S. Satton, 1976 Press: “İnformeyşn pliz” Almanaxı (Information Please Almanac), 1982, səhifə 98; Vatikannın törətdiyi qətliyam (The Vatican’s Holocaust), Avro Manhəttan, Ozark Buks; Vorld Voçers İnternəşnl, “Brassell audio-yazıları” (World Watchers International “The Brussell Tapes”); Müharibə və faşizmə qarşı informasiya şəbəkəsi, audio yazı “Auşvitsli Roma Papası” (Information Network Against War and Fascism, Tape “Auschwitz Pope”); Dumanlı pərdələr (Smokescreens, Chick Publications) Çik Pablikeyşns, səhifə 35; Dünya tarixi Xristian perspektivindən (History of the World in a Christian Persepective), 2-ci cild, A. Beka, 1981, səhifə 352;  return

14. Dan. 11:33, Yəh. 15:20, Vəh. 2:10, 12:13, 17; return

15. Vəh. 17:1, 19:2;  return

16. Vəh. 17:5;  return

17. Vəh. 19:19-20, 20:10;  return

18. Vəh. 12:3-4, 7-9, 20:2; return

19. Vəh. 13:2-4, 11-15, 16:13-14;  return

20. Vəh. 17:1-9; return

21. Vəh. 17:1-9;  return

22. II Kor. 11:14;  return

23. Vəh. 12:9, 13:1-4, 13-18, 17:3-6; return

24. Yəh. 6:56-57, II Kor. 5:18-20, 6:16-18, I Yəh. 2:18-19, 3:10, 4:13-17;  return

25. II Kor. 11:13-14, Qal. 2:4;  return

26. Rom. 8:6-7, I Kor. 2:14;  return

27. Yəh. 3:3-8, I Kor. 2:14;  return

28. Mat. 15:14, II Kor. 4:3-4, I Yəh. 2:11, Vəh. 12:9, 13:1-8; return

29. Yəh. 8:44;  return

30. Qanun. Təkr. 32:4, Tit. 1:2, İbr. 6:18, I Yəh 1:5;  return

31. Yəh. 8:23, 44, Ef. 2:2, I Tim. 1:9-10, Vəh. 2:2;  return

32. Yar. 1-2 fəsillər;  return

33. Həv. İş. 5:3-11, Vəh. 21:8, 27, 22:15;  return

34. Məs. 6:16-19, Yer. 14:14-15, 23:32, Zək. 8:17, Mat. 7:15, Mar. 13:22, II Kor. 11:13-15, II Pet. 2:1, I Yəh 4:1-38;  return

35. Mik. 3:5-7, Mat. 7:15, 22-23, II Kor. 11:13-15, II Pet. 2:1-3;  return

36. Məs. 11:30, Luk. 14:23, Mar. 16:15, Həv. İş. 26:16-18, 28:28, Rom. 10:14-15, I Kor. 10:33, Ef. 3:7, II Tim. 4:5, Tit. 1:3;  return

37. Yəh 1:1, 14, I Yəh. 1:1-3, Vəh. 19:13;  return

38. Mat. 16:28, 24-cü fəsil, Luk. 21:7-36, I Salon. 4:15-17, 5:2-3, II Salon. 2:1-3, II Pet. 3:3-4, 7, 10-12, I Yəh. 2:28, Vəh. 1:7, 22:12, 20; return

39. Yeş. 33:14, Mat. 3:12, 8:12, 10:28, 13:41-42, 18:8, 25:41, 46, Mar. 9:43-44, Luk. 16:23-24, 26, II Salon. 1:7-10, Vəh. 14:10-11;  return

40. Qanun. Təkr. 32:18-25, I Səln. 28:9, Zəb. 2:4-6, 5:4-6, 50:22, Yer. 6:19, 28-30, 7:25-29, 33, Hüş. 4:6, Mat. 10:33, Yəh. 3:36, 12:47-48, Rom. 1:18, Qal. 5:19-21, Ef. 5:5-6, II Salon. 1:7-9, İbr. 6:8, 10:26-31; return

41. Yar. 28:12-15, 32:9-12, 24-29;  return

42. Yar. 25:29-34, İbr. 12:16; return

43. Mat. 5:6, 6:21, 33, Yəh. 14:23-24, 15:7, Həv. İş. 15:11, 16:31, Rom. 10:17, Qal. 3:11, Kol. 3:1-2, 16, II Tim. 2:15, 3:15-17, İbr. 11:6;  return

44. Əyyub 21:12-15, Zəb. 49:6-20, Məs. 14:12, Vaiz 2:1-11, Mat. 10:37-39, 16:24-26, 24:37-39, 44-51, Mar. 4:18-19, Luk. 12:16-40, 14:16-24, 21:34-36, Rom. 8:6-8, I Kor. 7:29-31, Qal. 6:8, Flp. 3:18-19, Kol. 3:2, Yaq. 4:4, I Yəh. 2:15-17;  return

45. Mat. 7:13-14, 20:16, 22:14, Luk. 13:23-28;  return

46. Mat. 24:37-39;  return

47. I Yəh. 5:19, Vəh. 12:9, 13:3-4, 8;  return

48. Zəb. 33:11, 102:27, 119:89-90, Vaiz 3:14, Mal. 3:6, İbr. 1:10-12, 6:17-18, Yaq. 1:17;  return

49. Yar. 7:13-16, 21-23, II Pet. 2:4-5;  return

50. Zəb. 50:3-4, Yeş. 51:6, Mat. 3:12, 13:40-42, II Salon. 1:7-8, II Pet. 3:3-7, 10-12, Vəh. 6:15-17; return

51. Əyyub 21:30, Mat. 7:13, 49-50, 25:29-34, 41-46, Luk. 13:24-28, Rom. 2:5-6, 8-9, İbr. 10:26-27, Vəh. 20:11-15; return

52. Mat. 7:13-14, 20:16, 22:14, Luk. 13:23-25;  return

53. Məs. 14:12, Mat. 6:19-24, 10:37-39, 16:24-27, 24:37-39, 44-51, Luk. 9:23-26, 21:34-36, Qal. 6:8-9, Flp. 3:18-21, Kol. 3:2, I Yəh. 2:15;  return

54. Dan. 12:1-4, Yoel 2:28-31, Mat. 24:3-44, Luk. 21:7-36, Həv. İş. 2:16-21, I Salon. 5:1-4, I Tim. 4:1-3, II Tim. 3:1-9, II Pet. 3:3-7, 10-12, Yəhuda 17-18; return

55. II Salon. 2:1-3;  return

56. Vəh. 13:16-18, 14:9-11, 16:2, 19:20, 20:4; return

57. Yar. 4:7, Qanun. Təkr. 11:26-28, 30:15, Yeşua 24:15, Mat. 6:24, Vəh. 22:17 return


Prayer footnotes:

1. Psa. 51:5, Rom. 3:10-12, 23 return

2. Matt. 26:63-64, 27:54, Luke 1:30-33, John 9:35-37, Rom. 1:3-4 return

3. Acts 4:12, 20:28, Rom. 3:25, I John 1:7, Rev. 5:9 return

4. Psa. 16:9-10, Matt. 28:5-7, Mark 16:9, 12, 14, John 2:19, 21, 10:17-18, 11:25, Acts 2:24, 3:15, Rom. 8:11, I Cor. 15:3-7 return

5. Luke 22:69, Acts 2:25-36, Heb. 10:12-13 return

6. I Cor. 3:16, Rev. 3:20 return

7. Eph. 2:13-22, Heb. 9:22, 13:12, 20-21, I John 1:7, Rev. 1:5, 7:14 return

8. Matt. 26:28, Acts 2:21, 4:12, Eph. 1:7, Col. 1:14 return

9. Matt. 21:22, John 6:35, 37-40, Rom. 10:13 return

10. Heb. 11:6 return

11. John 5:14, 8:11, Rom. 6:4, I Cor. 15:10, Rev. 7:14, 22:14 return

12. Matt. 28:18-20, John 3:5, Acts 2:38, 19:3-5 return

13. Deut. 4:29, 13:4, 26:16, Josh. 1:8, 22:5, 2 Tim. 2:15, 3:14-17, James 1:22-25, Rev. 3:18 return

14. Isa. 28:11-12, Joel 2:28-29, Luke 3:16, 11:9-13, John 1:29-34, 7:37-39, 14:15-29, 15:26, 16:7-14, Acts 1:1-8, 2:1-18, 32-39, 5:29-32, 19:1-7, Rom. 5:3-5, 15:13 return