DAHA BİR VACİB MƏLUMAT

QAÇAQ ROMA PAPASI

by Tony Alamo

1990-cı ildə yazılıb

II İOHANN PAVEL İKİNCİ DÜNYA MÜHARİBƏSİNİN KATOLİK NASİST CİNAYƏTKARI
(Yuxarıdakı şəkildə Fələstin Azadlıq Təşkilatının rəhbəri Yasir Ərəfat ilə birlikdə)

1940-cı illərin əvvəlində “I.G. Farben” kimya şirkəti (sianid qaz istehsalçısı)1 tərəfindən işə götürülmüş gənc polşalı satıcı Nasistlərə Auşvitz həbs düşərgəsində istifadə etmək üçün sianid satmışdı. Orada, o həm də sianid qazını istehsal edən kimyaçı vəzifəsində işləyirdi, və məhz sianid qazı Auşvits ölüm düşərgəsində milyonlarla yəhudi və digər insanların qırılmasına səbəb olmuşdur. Müharibədən sonra canını xilas etmək üçün o, Katolik kilsəsində (sektant təriqətdə) özünə sığınacaq tapır və 1946-cı ilin sonlarında keşiş rütbəsini almağa müvəffəq olur. 1958-ci ildə isə bu adam Polşanın ən gənc yepiskopu rütbəsinə yiyələnir. Sələfinin otuz günlük hökmranlığı və qətlə yetirilməsindən sonra onu II İohann Pavel2 olaraq Roma Papası (bu əsər yazılarkən o hələ də cari Roma Papası idi) vəzifəsinə ucaldırlar, və hal-hazırda Yəhudi Federasiyası adını daşıyan Amerikadakı təşkilata və onun bir çox qollarından biri olan, xristianları, eləcə də digər qurbanları oğurlayıb “deproqramlaşdıran” Cult Awareness Network (CAN - sektant təriqətləri haqqında maarifləndirməni təmin edən şəbəkə) adlı quruma nəzarət edir. Roma Papasının CAN qurumu İkinci dünya müharibəsi dövründə Yəhudi dinini, Xristianlığı və bütün digər dinləri (Katolisizmdən başqa) məhv etmək üçün yaradılmış Hitlerin “Dini Təriqətlərin Nazirliyi”3 agentliyinin davamı idi. Hitler və onun bütün heyəti, ES.ES. də (Schutzstaffel — “mühafizə dəstəsi”) buraya daxil olmaqla, katolik idilər. Onların amalı isə bir idi – bütün dünya yalnız katoliklərin olmalıdır.

Roma Papasının bəzi yüksək rütbəli köməkçiləri (bunlar da cinayətkarlar ilə bir sırada durur) özlərini bir neçə əsl Yəhudi təşkilatına guya dost olaraq göstərirlər. Yəhudi xalqına belə bir fırıldaq gəlmələrinə səbəb isə Katolisizmi və “Katoliklərdən ibarət bir dünya və vahid sektant təriqəti” məqsədini irəli çəkməkdir. Digər məqsədləri isə Yəhudi və Xristian təşkilatlarına öz yaltaqlığı və süni dostluqları ilə soxulub, mükafatlandırma vədlərini verməklə bunların arasında ayrıseçkiliyi təşviq etmək və bununla dünyada yəhudi və əsl xristianlara qarşı nifrət hissini gücləndirməkdir. Onlar ümid edirlər ki, bu cür yollara əl atmaqla onlar dünya əhalisini bütün əsl xristianlara və yəhudilərə qarşı qaldırıb onları məhv etməyə müvəffəq olacaqlar, və nəticədə yalnız katolik nasiszmi qalacaq. Bu, “dünya mənimdir” deyən şeytanpərəstlər öz niyyətlərindən heç cür əl çəkmirlər. Onlar, vahid dünya xəyalı ilə yaşayaraq deyirlər ki, bütün dünya yalnız katoliklərin olmalı və nasistlər ona hökmranlıq etməlidir. Onların təbliğat maşını (kütləvi informasiya vasitələri) durmadan “media-papa” və onun iblisanə, vahid dünya kilsəsini, eləcə də BMT-ni ucaldır, həqiqi xristian və yəhudiləri isə alçaltmaqda davam edir. Hökumət agentlikləri isə, öz növbəsində, cinayətkarlar, eləcə də pul verərək öz tərəflərinə çəkdikləri yalançılardan istifadə etməklə, həqiqi fundamental xristian kilsələrinə və digər hədəflərinə qarşı saxta bəyanatlar qəbul edirlər ki, ağlasığmaz, qeyri-konstitusional və qurama məhkəmə prosesləri ilə bunların axırına çıxsınlar. Başa düşə bilmirəm, axı necə xristianlar, yəhudi ravvinləri və ya hər hansı həqiqi yəhudi, sayı yəqin ki, milyonlarla ölçülən xristian və yəhudiləri, eləcə də bir çox digər insanları məhv etmiş nasist katoliklərin cərgəsində durmağı özlərinə rəva bilmişdi. Ravvin Moşe Şonfeld belə demişdi: “Müqəddəs torpaqdan sürgün edildiyimiz gündən bu günə kimi davam edən tarixdə Katolik kilsəsi bizə qarşı bütün yer üzünün padşahlarından daha qəddar olub”. Daha sonra o əlavə edib: “Almaniyanın işğal etdiyi ölkələrin katolik əhalisi öz keşişlərindən cəsarət alaraq amansızcasına yəhudiləri qırıb. Onların hamısı azğın katolik olub və hamısı vəhşicəsinə yəhudilərin qanını tökmək arzusunda olublar.”4

Ağlı başında olan adama bu fakt qəribə gəlir. Axı necə olur ki, II İohann Pavel kimi pozğun Roma Papaları əsrlər boyunca bu qədər insanın “ağlını başından çıxarıb” bu sektant təriqətinin olduqca amansız və yalançı peyğəmbərlərinə və dəhşətli nasist dinlərinə baş əydirə bilmişdirlər? Səfeh papalarının Tanrı olduğuna dair inanclarının yanlış olduğunu “ağılları əlindən alınmış” katoliklərə başa salmaq demək olar ki qeyri-mümkündür. Onlar zombi kimi bu inanclarında duruxub qalıblar. Yalnız Müqəddəs Kitabda (ingilis dilində Kral Yaqubun tərcüməsində və ya onun Azərbaycan dilindəki nüsxəsi – Müqəddəs Kitab) bəyan edilən Rəbb İsa Məsihin Müjdəsi iblisanə cahillik tilsimlərini qırmaqla və bu yaramaz, allahsız və gizli sektant təriqətə və onun başçısının yaydığı şeytani qorxuya son qoymaqla Allahın Oğlu İsa Məsihə iman vasitəsilə insan qəlbini diri Allaha səcdə etmək və Rəbb qorxusunda yaşamaq üçün azadlığa çıxara bilər. Məhz buna görə Vatikan Müqəddəs Kitabın Sözünə iman edən fundamentalistlərlə yorulmadan mübarizə aparır. Onlar bilir ki, Rəbb İsa Məsihin Müjdəsi onları məğlub edə biləcək yeganə həqiqi silahdır.

VATİKANIN GİZLİ ƏMƏLİYYATLARINI DƏSTƏKLƏMƏKDƏN İMTİNA

Hiddətə gəlmiş yəhudilər Roma Papasının başçılıq etdiyi Yəhudi Federasiyasını dəstəkləməkdən imtina edirlər. Şimon Vizental Mərkəzinin dekan müavini olan Ravvin Abraham Kuper həmin federasiyanın komissiyasında tutduğu vəzifəni tərk etdi. Digər yəhudi liderləri də Yəhudi Federasiyasının FAT təşkilatı ilə əlbirliyi haqqında xəbər tutan kimi bu gizli qurumdan çıxmaq qərarını verdilər. Onu da deyək ki, əslində FAT təşkilatı II İohann Pavelə aid olan gizli təşkilatlardan daha birisidir (Los Angeles Times qəzetinin 18 mart 1990-cı il tarixli nəşrinin 1-ci səhifəsinin 2-ci bölməsində yer almış Mətis Çazanovun məqaləsində daha ətraflı oxuya bilərsiniz).

Bu gün Roma Papasının yüksək vəzifəli katolik nasist məsləhətçilərindən biri də Otto Ambrosdur. İkinci dünya müharibəsindən sonra Otto nasist olaraq məhkum olunmuşdur (Nüremberqdə keçirilmiş məhkəmə prosesində təqsirli bilinmişdir). Ambrosa qarşı verilən hökmə əsasən o, səkkiz illik azadlıqdan məhrum olunsa da, köləliyə cəlb etmə və kütləvi gətliamlara görə yalnız üç il həbs cəzası çəkmişdir.5 “Media-papası” II İohann Pavel “İkinci dünya müharibəsi ilə üzləşmiş yəhudi xalqı üçün çox üzülürəm” sözlərinə bənzər ifadələr ilə davamlı olaraq yalan danışıb camaatın başını qatır. Yaxşı, əgər bu xalq üçün o elə üzülürsə (bu nasist-müharibə-cinayətkarı, dini fırıldaqçı hər şeyə belə ciddi fikir verirsə), onda nəyə görə İsraili bir dövlət kimi hələ də tanımayıb?

Bu təhlükəli, fanatik, özünə şöhrət axtaran sektant təriqətinin lideri İsraili onun həqiqi adı ilə çağırmaqdan imtina edir. Bu adam İsraili “Fələstin” adlandırmaqdan məmnunluq hissi keçirir, çünki FAT təşkilatına rəğbət bəsləyir. Vatikan (şeytanın kilsəsi) həmişə yəhudilərin Allahla yaxınlıq münasibətlərinə xor baxıb və həmişə paxıllıq edib, çünki Müqəddəs Kitabı (həm Əhdi Ətiqi, həm də Əhdi Cədidi) yazmaq üçün, eləcə də bu dünyaya Məsihi, dünyanın Xilaskarını göndərmək üçün Allah məhz yəhudi xalqını seçib. Buna görə də, şeytan və onun kilsəsi (Vatikan) artıq neçə əsrdir ki, yəhudiləri və xristianları (ruhən yəhudi olanları) qırmaqda davam edir. İsraildir müqəddəs torpaq, Fələstin və ya Roma deyil, və İsraili Allah məhz yəhudilərə verib, Roma Papasına və ya BMT-yə, ya da FAT təşkilatına və ya hər hansı bir digər katolik nasist cinayət birləşməsinə deyil. Müqəddəs Kitabda açıq yazılıb ki, İsraili yəhudilərin (Allah tərəfindən seçilmiş xalqın) əlindən almağa çalışanlara qarşı Allah qəzəblənir və bu yolda olanları məhv gözləyir (Zəkəriyyə 12:2-3, 9). Allah həmin torpağa İsrail adı verdi, İsrail isə yəhudi xalqının adı olub və həmişə də olacaq. Mən nə Vatikanı qəbul edirəm, nə də ki onun vahid sektant təriqətini. Mən heç onun BMT-sini də qəbul etmirəm. Bunların bir adı var, hamısı şeytandan gəlir və kim Allahın iltifatını axtararsa nə Vatikanı qəbul edəcək, nə onun vahid sektant təriqətini, nə də ki şeytandan gələn hər hansı başqa şeyi. Vatikan çalışır zahirən Xristianlığı təqlid etsin, bunun üçün o, əslində Xristianlıqda mövcud olmayan ayinləri icra edir. Digər tərəfdən isə, Vatikana baxanda orada Xristianlığın nə təlimini, nə də əməllərini tapa bilmirik. Katolisizm Xristianlığın saxtalaşdırılmış variantıdır və Müqəddəs Yazıları diqqətlə tədqiq etmiş xristianlar Katolisizmin Xristianlıqla heç bir bənzərliyi olmadığını asanlıqla aşkar edəcəklər. Allaha aid olan hər şeyi şeytan saxtalaşdırmış formada təqdim etməyə çalışır, ona görə də ehtiyatlı olun.

Genuya və Roma limanları Merano şəhərindən cənub istiqamətdə yerləşirdi, və məhz burada Vatikan nasistlərə gəmilərlə Amerikaya qaçmaq üçün saxta sənədlər hazırlamaqda yardım göstərmişdir. Katolik kilsəsi İkinci dünya müharibəsinin yüz minlərlə katolik nasist cinayətkarları və agentlərinə bu yolla Amerikaya və digər ölkələrə qaçmaqda kömək etmişdir.6 Nasist katolik cinayətkarlarının işinə baxan Vatikanın baş agentlikləri Romada yerləşən Qaçqınlara yardım üzrə Katolik agentliklər qrupunun nümayəndələri idilər. Onlar öz işlərini qaçaq düşmüş qaçqınların milliyyətinə əsasən bölmüşdülər. Məsələn, litvalı qaçqınlar Via Lukullo küçəsi 6 ünvanında yerləşən ofisdə Keşiş Yatuleviçə müraciət etməli idilər, macarlara isə yardım göstərən Via dei Parione küçəsi 33 ünvanında Padre Qallov idi, Monsinyor Draqanoviç və Monsinyor Maqieriç isə, öz növbələrində, Müqəddəs Yeronimus adına İnstitutda xorvat qaçqınların işinə baxırdırlar. Siyahını bu cür davam etmək olardı.7

Kardinal Kasaroli (Vatikanın indiki Dövlət Katibi) də o vaxt Milan mafiyası ilə əlbir olub nasist katolik “qəssablarına” həbsdən qaçışlar təşkil etməkdə köməklik göstərirdi. II İohann Pavel yenə də burada xüsusi seçilərək nasist katolik hərbi cinayətkarları üçün saxtalaşdırılmış pasportlar təşkil edir və onların Honkonqa, Yaxın Şərqə, Cənubi Amerikaya və dünyanın digər bölgələrinə qaçmaqda dəstək olur. II İohann Pavel Milan mafiyası, mütəşəkkil cinayətkarlıq və Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) ilə əməkdaşlıq edən, daha sonra isə VI Pavel adı ilə Roma Papası olan Montininin protejesi olub.8

Katolikpərəst BMT təşkilatı tərəfindən Birləşmiş Ştatlara nəzarəti əldə etmək üçün ES.ES.-in baş planında vacib yer tutanlardan biri katolik nasisti Reynhard Qehlen olub. O, Böyük Almaniya Baş Qərargahın üzvü idi. Amerikanın MKİ təşkilatının özü də, ona geniş mənzərədə baxsaq, elə Reynhard Qehlen tərəfindən tərtib olunmuşdur, və keçmiş SXİ (Strateji Xidmətlər İdarəsi), FTB (Federal Təhqiqatlar Bürosu), ES.ES. və ES.Dİ. (ES.ES.-in kəşfiyyat bölməsi, daha bir katolik fəallarından olan Himmler tərəfindən yaradılmışdır) agentləri bu təşkilatın üzvlərini təşkil edirdilər. Bəli, bunların yarısı amerikalı idi, digər yarısı isə alman katolik nasistləri. Keçmiş katolik nasist generalı MKİ-nin həmtəsisçilərindən biri olub.9 DGX (Daxili Gəlirlər Xidməti) isə Vatikan üçün vergilərin yığılmasında məsul olan idarədir.

Bu nasist qaçaqçıların çoxu və onların törəmələri bu gün Amerika hökumətində, onun agentliklərində, sənaye və mətbuatında yüksək vəzifələrin əksəriyyətini tutmaqdadırlar.

AMERİKANIN HÜQUQ SİSTEMİNİ DAĞIDAN RONALD REYQAN

Katolik ziyafətlərinin birində Ronald Reyqan Amerikanın hüquq sistemində işləmək üçün yüzlərlə katolik hakimlərini (nasistləri) təyin edib onlara vəzifə verməsi10 ilə öyünürdü. Bu şəxslərdən biri Arkanzaslı hakim Arnold idi. Məhz həmin Arnold 1990-cı ilin mart ayında məhkəmə dinləməsi zamanı prosesə sədrlik edərkən qanunu pozub kilsəmizi bəyanat ilə çixiş etmək haqqından məhrum etmişdir, və artıq adi hal alaraq bizə qarşı sürülən bütün ittihamlar yenə də quraşdırılmışdır. Hökumət yalançıları, cinayətkarları, fahişələri və narkomanları pul ilə alaraq onların bizə qarşı ittihamla çixiş etmələrinə icazə vermişdir. Təbii ki, məhkəmə işini belə halda uduzmalı idik (həmin iş hal-hazırda Apelyasiya məhkəməsindədir). Tarixdə yer alan kütləvi qətliam bu gün eyni qaydada davam edir. İkinci dünya müharibəsi zamanı Almaniyada olduğu kimi o bu gün Amerikada və dünyanın digər yerlərində davam edir. Katolik nasistlərinin planına qanunu dəyişmək məqsədi daxil idi. Bu plana əsasən onlar qanuni olan şeyləri qeyri-qanuni etməli idilər. Yəni biz bunu görürük – indi qanun qeyri-qanuni olan şeyləri dəstəkləməyə başlayıb. Plana əsasən yeni hökumət və polislik edən dövlət yaradılmalı idi və bu indi göz qabağındadır – baxın Amerikaya və bütün dünyaya. Yəgin ki, indi özünüz də görə bilirsiniz ki, katolik olmayan və ya ümumdünya kilsəsinin yolu ilə getməyən şəxsin bu gün məhkəmə proseslərində qalib gəlməsi qeyri-mümkündür (uşaqlarımızı da əlimizdən alıblar).

İkinci dünya müharibəsi hələ bitməyib, biz də qalib gəlmədik (o vaxt döyüşü udduq, amma ümumilikdə davam edən müharibədə zəfər çalmamışıq). Müharibədə qalib gəldiyimizi və müharibənin bitdiyini düşünürsünüzsə, onda elə onlar istədiyi kimi siz də yalanın tələsinə düşmüsünüz. Sadəcə Almaniya və Yaponiyanın hazırkı iqtisadiyyatına nəzər salın, sonra isə bizimkinə fikir verin. Görün dünyada bu gün ləyaqət adını daşıyan hər şey necə də pozulub! Onları bu hala salan isə Vatikanın verdiyi saxta sənədlərlə ölkəmizə İkinci dünya müharibəsindən sonra soxulub məskunlaşan katolik nasist hərbi cinayətkarları olub. Bu katolik nasist hərbi cinayətkarları hökumətimizi, kilsə və məktəblərimizi, ailə və uşaqlarımızı, mənəviyyat və iftixarımızı, bütövlüyümüz və vətənpərvərliyimizi dağıdıblar. İndi isə bunlar əlindən gələni edirlər ki, məni və xidmət etdiyim hər hansı kilsəni məhv etsinlər, çünki biz onları ifşa edirik və onların nifrət etdiyi Rəbb İsa Məsihin Müjdəsini vəz edirik. Kütləvi informasiya vasitələri də bunlardan geri qalmayaraq, ağlagəlməz uydurmaları və alçaldıcı yalanları ilə bu nasist cinayətkarlarına dəstək çıxır (bu elə onların sənətidir, və onlar bunu ustalıqla edirlər).

Öz cinayətkarlığında ağlını itirmiş Roma Papası II İohann Pavel aşağıdakı sözləri öz dili ilə deyib: “Günahlarınızın əfv edilməsi üçün Allaha müraciət etməyin, gəlin mənim yanıma.”11 (Bu küfrdür – Luka 5:21). Bu ən təhlükəli katolik sektant təriqətinin öndəri və onun məsləkdaşları əslində onun (Roma Papasının) Allah olduğuna inanırlar, halbuki bu adam diri Allaha tam müxalif olan birisidir. İblis özü onun həyatını bütövlükdə himayə edir. Bu hökumət iblisin hökumətidir, ümumdünya kilsəsi də iblisin kilsəsidir, və həmin, olduqca vacib məsələlərə dair həqiqəti vəz etməkdən boyun qaçıran bütün denominasiyalar (sadə dildə desək iblisə aid kilsənin daha bir bölməsi) iblisin yalançı peyğəmbərləridir.

Katoliklərin nəzarəti altında olan hökumət və kilsələr bu gün tamamilə ağıllarını itiriblər (Müqəddəs Kitabın yazısı ilə bunu təsdiqləmək olar). Bunlar həmin o ağıllarını itirmiş manyaklardır ki, İkinci dünya müharibəsində altı milyon yəhudi və çox milyonlarla xristianların və katoliklərdən fərqlənən digər dindar insanların qətlə yetirilməsinə səbəb olmuşdular.

PREZİDENT BUŞ ONLARDAN BİRİDİR

Yeni məlumat daxil olub. Bu materialın dərc olunmasından çox zaman keçmədi ki, Prezident Buş, qarşısında baş əydiyi ağası, Roma Papasını dəstəkləyən və sadəlövh insanları hərfi mənada mat qoyan məruzə ilə çıxış edərək: “Gəlin nasistləri, müharibə cinayətkarlarını bağışlayaq.”12 – dedi. Özü də nasist olduğuna görə o bu sözləri deyib. Buş Roma Papasına tam tabeçilikdədir və özünü onların manyak xəyallarına həsr edib. Xəyalları isə bəllidir – dünyanı iblisə xidmət edən katolik nasist hökmranlığına tabe etdirmək. Müqəddəs Kitab deyir ki, son günlərdə belə də olacaq və bunun baş verdiyini artıq görürük. Allah Kəlamı aydın şəkildə qeyd edir ki, Allah heç vaxt şeytanı və ya şeytanın ardınca gedən mələkləri əfv etməyəcək (Vəhy 14:10-11, 20:10). Bunu dəfələrlə Əhdi Ətiq və Əhdi Cədid yazılarında oxuya bilirik, belə ki bu barədə müzakirələr aparmağa da dəyməz. Allah istəyir ki, bu fikir ürəklərimizdə, qəlbimiz və ağlımızda həkk olunsun. Hətta əfv olunmuş günahkarlar gedib bir daha günah işlətməməlidirlər. Əgər bu katolik nasistləri tövbə edib günahlarından üz döndərsələr Allah onları bağışlayar (Yəhya 5:14, 8:11), amma aydın görünür ki, bu katolik nasistləri tövbə etməyiblər, çünki ataları, babaları və ulu babalarının yolu ilə gedirlər. Bunlar hələ də insanları qətlə yetirir, onlara işgəncə verir, yalan danışır və dünyada ləyaqət və yaxşılığa bağlı nə varsa hamısını bacardıqları qədər dağıdırlar. Ölümə aparan günahı bağışlamaq insanlar üçün küfr sayılmalıdır (Luka 5:21). Bəli, bizə bir-birimizə qarşı işlədilən səhvləri bağışlamaq əmri verilib, lakin bu, ölümə aparan günaha aid deyil (On Əmrin pozulması) (1 Yəhya 5:16). Yalnız Allah günahı bağışlaya bilər və O bunu Öz Oğlu İsa Məsihin qanı vasitəsilə edir. Əgər biz Allahın yerini tutub bu katolik nasistlərinin, müharibə cinayətkarlarının törətdikləri milyonlarla ölümə aparan günahlarını bağışlamalı olsaydıq, onda həbsxanalarımızı açmalı və hər bir qatili azadlığa buraxmalı və onlara gizlicə fəaliyyətlərini davam etmələri üçün (eynilə katolik nasistləri etdiyi kimi) saxta şəxsiyyət vəsiqələri verməli (heç kim onları tanımasın deyə) olacaqdıq. Prezident Buş və onun bütün administrasiyasının bu Nasist katoliklərinin davam etdirdiyi qətliamda iştirakı barədə yetərincə sənədlərimiz var.

Burada bir çox nasist müharibə cinayətkarları arasından sadəcə bir neçəsini qeyd edək. Bunlar Buşun prezident kampaniyasını irəli çəkməkdə ona köməklik ediblər. Onların hamısı qatillik törətməkdə təqsirli bilinmiş, ölüm eskadronları və digər terrorist əməliyyatlarında iştirak etmişdirlər. Onlar eləcə də narkotik verib əvəzinə silah almaq alveri ilə məşğul olublar və bununla da Nikaraqua, Anqola, Əfqanıstan və Kambocayada silahlı qarşıdurmaları dəstəkləyiblər.

Respublika İrsi Qruplar Şurasının (Republican Heritage Groups Council) təsisçisi və birinci sədri, eləcə də onun aparıcı nümayəndəsi Laslov Pastor olub. Bu adam bir sıra macar sağ qanad siyasi dəstələrin və katolik nasistlərlə əlaqəli olan qrupların aktivisti olub. İkinci dünya müharibəsi dövründə Pastor “Arrow Cross” (Oxlu Xaç) adlı gənclər qrupunun üzvü olub, həmin qrup isə Katolik nasist partiyasının “macar ekvivalenti” sayıla bilər.

Nikolas Nazarenko – katolik nasist kazak ES.ES. bölməsinin zabiti, hal-hazırda isə GOP (Amerikanın respublika partiyasında) kazak dəstəsinin başçısıdır. Bu adam yəhudiləri öz “ideoloji düşmənləri” olaraq bəyan edir. Bu günə kimi ABŞ-da pro-katolik nasist fəaliyyəti ilə məşğuldur.

Florian Qaldau – Katolik Dəmir Qvardiyasının üzvü və ABŞ-ın şərq sahilində Katolik Dəmir Qvardiyasına muzdlu işçilər cəlb edəndir.

Cerom Brentar – Klivlendli biznesmen; keçən yaz İsraildə kütləvi qətl əməliyyatlarına görə təqsirli bilinmiş, katolik nasisti, vaxtilə Treblinka ölüm düşərgəsinin gözətçisi olmuş İvan Demyanyukun ABŞ-da müdafiəsi prosesinə başçılıq etmişdir. Brentarın ən əzmkar həmkarlarından biri isə katolik nasistlərinin deportasiyasını kəskin surətdə pisləyən məqalə yazmış, Ağ Evdə ictimaiyyətlə əlaqələr üzrə şöbənin keçmiş direktoru Patrik Buxanan olub.

Bu adamlar eləcə də Prezident Nikson və Prezident Reyqana onların prezident kampaniyalarında kömək etmişdilər. Bu siyahını hələ çox davam etdirmək olar. Onların sayı yüzləri və hətta minləri keçir.13

İndi sizə, yəqin ki, aydın olmalıdır niyə Prezident Buş öz köpəklərini məndən və kilsəmdən kənarlaşdırmaq istəmir. Əslində o bizə qarşı hücumlarını daha da kəskinləşdirməklə məşğuldur. Artıq 25 ildən çoxdur ki, mənə və kilsəmə qarşı yönəlmiş bu katolik nasistlərinin təqibi davam edir.

Bununla yanaşı, Buş administrasiyası Roma Papası II İohann Pavelin əmrinə əsasən MKİ-nin əli ilə üçüncü dünya ölkələrində katolik diktatorlarını ölkəyə başçılıq edən “marionet” kuklaları olaraq təyin edir (Prezident Buş 1976 və 1977-ci illərdə Vatikanın göstərişi ilə bu iblisanə MKİ təşkilatının başçısı olub).

ARTIQ BƏLLİDİR VƏ SİZ DƏ BUNU BİLMƏLİSİNİZ Kİ, “CAN” SEKTANT TƏRİQƏTLƏRİ HAQQINDA MAARİFLƏNDİRMƏNİ TƏMİN EDƏN ŞƏBƏKƏ SEKTANT TƏRİQƏTİDİR VƏ NASİST ALMANLARININ “DİNİ TƏRİQƏTLƏRİNİN NAZİRLİYİ” AGENTLİYİNİN DAVAMIDIR!!

Roma Papasının ləkələnmiş kimi şöhrət qazandığı “CAN” şəbəkəsinin bir çox üzvləri adam oğurluğu, təcavüz, cinsi zorlama, işgəncə və çox saylı digər cinayət əməllərində təqsirli bilinərək həbs olunublar. Roma Papası II İohann Pavel, Prezident Buş, Ağ Evdə mötəbər vəzifə tutanların hamısı və katoliklərin nəzarəti altında fəaliyyət göstərən onlara məxsus hökumət agentlikləri, Senator Robert Doul14 və onun xanımı Elizabet (Vatikanın göstərişi ilə ABŞ-ın Əmək Departamentinin rəhbəri) Sektant təriqətləri haqqında maarifləndirməni təmin edən “CAN” şəbəkəsi və Yəhudi Federasiyasının (Yəhudi Federasiyası yəhudilərə aid deyil, o tamamilə katoliklərindir)15 fəaliyyətindən iftixar hissi duyurlar, çünki bu qurumlar qeyri-qanuni və cinayətkar katolik məhkəmələrində Xristian kilsələrini təqib edir. Həmin məhkəmələrdə sədrlik edənlər isə, təbii ki, katolik hakimləridir. Onlar kilsələri məcbur edir ki, məhkəmələrdə Roma Papası, Prezident və Doulun inanılmaz dərəcədə saxtalaşdırılmış ittihamları və təcavüzlərindən müdafiə olunmaq üçün kilsələr yüz minlərlə dollarlar xərcləsin.

BU GÜNÜN ABŞ HAKİMLƏRİ QEYRİ-QANUNİ OLAN ŞEYLƏRİ İNDİ QANUNİ HESAB EDİRLƏR, NÜREMBERQ MƏHKƏMƏ PROSESLƏRİ DƏ EYNİ DOKTRİNİ QIRX İL BUNDAN ƏVVƏL AŞKAR ETMİŞDİR

Nüremberq məhkəmə proseslərinin protokollarından görürük ki, bu gün Amerikada tətbiq olunan hüquq-məhkəmə sistemi (qeyri-qanuni olanı qanuna mindirmək) bütün katolik nasist hakimlərinin istifadə etdiyi eynilə həmin yanaşmaya söykənir. Bunu Cozef Qebbels öz mahir çıxışında açıqlamışdır (Cozef Qebbels də təbii ki, yüksək rütbəli katolik nasisti idi, Hitlerin marionet diktatorluğu altında o, Vatikan təbliğatı üzrə administrator vəzifəsində çalışıb). Qebbels belə demişdi: “Biz qanuni olmağımız üçün qeyri-qanuni idik, amma qanuni olaraq hakimiyyəti ələ aldıq ki, qeyri-qanuni fəaliyyətimiz üçün imkan əldə edə bilək”.16

Müqəddəs Kitab bu gün üzləşməli olduğumuz vahid dünya hökumətini əjdaha tərəfindən ona qüdrət verilmiş vəhşi heyvan adlandırır. Allah Kəlamı deyir ki, bu əjdaha iblisin özüdür. Əjdahadan qüdrət alan kilsə isə Vatikandır. Şeytanın kilsəsi də vahid dünya hökumətindən istifadə edir ki, özündən fərqli olan hər hansı bir kilsəni məhv etsin, çünki şeytan hamının ona Allah kimi səcdə etməsini arzulayır və bunun üçün insanlara qarşı güc tətbiq etməlidir. Biz həqiqi xristianlar şeytanın hakimiyyəti altında olmaqdan imtina edirik. Ona görə də şeytan öz şeytani hökumət agentlikləri və yalançı kilsələri vasitəsilə bizə qarşı qəzəbini yağdırır.

Əvvəl-axır iblisə xidmət edən bu Roma Papası, hökumət və kilsələr hər kəsi məcbur edəcəklər ki, onlara sədaqət rəmzi olan damğa bu insanların alınlarına və ya əllərinə vurulsun. Üstəlik, bu damğadan imtina edənlərin hamısını nə isə almaq və ya satmaq hüququndan məhrum etmək üçün bunlar bir Saziş də qüvvəyə mindirəcəklər (Vəhy 13:16-17), və vəhşi heyvanın surətinə (bu şeytani hökumətə) baş əyməyənlər ölümə məruz qalmalı olacaqlar (Vəhy 13:15). Allahın Kəlamı deyir ki, şeytanın damğasını qəbul edənlər əbədi olaraq cəhənnəm alovunda yanacaqlar (Vəhy 14:9-11). Belə ki, Allahın müqəddəsləri üçün, Cənnətə getmək arzusu ilə yaşayırıqsa, bu hökumətin, yalançı kilsələrin və onların həlaka məhkum olunmuş şeytani rəhbərlərinin səsinə haray verməmək və onu rədd etməkdən başqa yol qalmır.

GİZLİ FƏALİYYƏTƏ KEÇMƏK

Bir çox xristianlar, Allah Kəlamını vəz etməklə bu nəhəng sektant təriqətə qarşı mübarizəni davam etdirmək üçün bu gün artıq mənim də etdiyim kimi, gizli fəaliyyətə keçəcəklər. Hal-hazırda mən hələ də Məsih İsa vasitəsilə bəşəriyyətə açılan Allahın məhəbbətilə insanlara müraciət edirəm ki, bütün yazdıqlarım barədə xəbərdar olsunlar. Göyləri və yeri yaradan və bütün yer kürəsində xilqəti məskunlaşdıran Allahın adı ilə sizə yalvarıb xahiş edirəm ki, hər bir günahınızdan tövbə edəsiniz və bütün Kainatda yeganə həqiqət olan Müjdəyə iman gətirəsiniz. İsa Məsih sizi də bu dəvətə daxil edir, ey katoliklər, kimə və hansı sistemə səcdə etdiyinizi bilməyən vahid dünya və birləşmiş kilsə camaatı. Əgər Rəbbi sevirsinizsə, və mən bilirəm ki, bir çox katoliklər, vahid dünya və birləşmiş kilsə camaatı Rəbbi sevir, onda Allahın əmrinə əməl edin – “Ey Mənim xalqım, oradan (Vatikanın əhatəsindən) çıxın ki, onun günahlarına şərik olmayasınız, onun uğrayacağı bəlalara düçar olmayasınız” (Vəhy 18:4). Artıq zamanın son günlərini yaşayırıq. “Beləliklə, Daniel peyğəmbərin bəhs etdiyi viranəlik gətirən iyrənc şeyi gördüyünüz zaman Müqəddəs məkanda möhkəm durun [Allahın bütün iradəsini yerinə yetirməklə – yəni, YALNIZ MÜQƏDDƏS KİTABIN ORİJİNAL DİLİNDƏ dəqiq açıqlanan Allahın iradəsini bütövlüklə öyrənib başa düşərək yerinə yetirin] (qoy oxuyan bunu anlasın:)... Çünki o vaxt elə dəhşətli əzab-əziyyət olacaq ki, dünyanın başlanğıcından indiyə qədər beləsi olmayıb və heç olmayacaq da. Əgər o günlər qısaldılmasaydı, heç bir insan xilas ola bilməzdi. Amma seçilmişlərə görə o günlər qısaldılacaq... O zaman Bəşər Oğlunun əlaməti göydə görünəcək. O vaxt yer üzünün bütün tayfaları fəryad qoparacaq və Bəşər Oğlunun göyün buludları üzərində qüdrət və böyük izzətlə gəldiyini görəcək.” (Matta 24:15, 21-22, 30). Həmin o yazıq və xilas olmamışların bu gün dediyi sözlərə fikir verin – “Ölmədik, sülh və əmin-amanlığı gördük!!” Bəs Allahın Kəlamı buna nə deyir? “İnsanlar “sülh və təhlükəsizlik” deyəndə hamilə qadının ağrıları necə qəfildən tutursa, onlar da elə qəfil məhvə düçar olacaq və bundan əsla qaça bilməyəcəklər” (1 Saloniklilərə 5:3).

Ey sevimli bəşər övladı (irsindən və dinindən asılı olmayaraq), İsa səndən və məndən ötrü bu dünyaya gəldi, çünki biz itmiş vəziyyətdə idik və şeytanın hakimiyyəti altında yaşayırdıq. Amma bu gün, elə indi bu dəqiqə, sən şeytanın hakimiyyətindən öz canını qurtara bilərsən. Mən və bir çox digər xristianlar bunu artıq etmişik. Sadəcə, elə olduğun yerdə ürəyini aç, diz çök və tezliklə qarşısında üzbəüz duracağın diri Allaha müraciət et. İsa bizi şeytandan qurtarıb, bizi azad edib və doğru ilə səhvi, xeyirlə şəri, işıqla qaranlığı, xilasla itmiş vəziyyəti ayırd etməyimiz üçün bizə hər şeyi deyir. Allah Ata və Onun yeganə Oğlu İsa bizim qayğımıza bu qədər qalıb, bizə olan məhəbbətini günahlarımıza görə kəffarə qurbanı olaraq Öz əziz qanını tökməklə sübut etdiyi halda insan buna laqeyd qalırsa, o nə qədər ağılsızdır. Əgər iman edib Onun qanını qəlbinizə qəbul etsəniz, xilas olacaqsınız. Belə ki, bu dua sözlərini deyin ki, artıq itmiş vəziyyətdə qalmayasınız. Axı niyə öləsiniz? (Yezekel 18:31). Həyat İsa Məsihdədir (Yəhya 14:6).

Prayer

Ey RƏBB ALLAHIM, mən günahkara rəhm eylə.1 Mən inanıram ki, İSA MƏSİH diri ALLAHIN OĞLUDUR.2 İnanıram ki, O, çarmıxda ölərək bütün keçmiş günahlarımın əhfi üçün ÖZ qiymətli qanını axıdıb.3  Mən inanıram ki, ALLAH MÜQƏDDƏS RUHUN qüdrətilə4 İSANI ölülərdən dirildib və indi İSA MƏSİH ALLAHIN sağında oturub günahlarımı etiraf etdiyimi və bu dua sözlərimi eşidir. 5 Ey RƏBB İSA, budur, ürəyimi SƏNƏ açıram və xahiş edirəm ki, gələsən ürəyimə. 6  Qolqotadakı çarmıxda cəza yerimi tutmaqla axıtdığın əziz qanınla bütün murdar günahlardan məni təmizləməyini xahiş edirəm.7 RƏBB İSA, bilirəm ki, SƏN məndən üz çevirməyəcəksən və günahlarımı bağışlayacaq, canımı isə xilas edəcəksən, çünki SƏNİN KƏLAMIN, MÜQƏDDƏS KİTAB belə deyir. 8 SƏNİN KƏLAMIN deyir ki, SƏNƏ pənah gətirənlərdən heç kimi, mən də daxil olmaqla, SƏN heç vaxt çarəsiz qoymayacaqsan. 9 Ona görə də bilirəm ki, SƏN duamı eşitdin və xahişimə cavab verdin. Bilirəm ki, xilas olmuşam.10 RƏBB İSA, canımı xilas etdiyinə görə SƏNƏ minnətdaram və minnətdarlığımın əlaməti olaraq SƏNİN buyurduqlarını yerinə yetirəcək və bir daha günah işlətməyəcəyəm. 11

İSA deyib ki, xilası qəbul edəndən sonra, ATA, OĞUL və MÜQƏDDƏS RUHUN adı ilə bütövlüklə suya batırılıb çıxarılmağımızla vəftiz olaq.12 Səylə Müqəddəs Kitabı, Bibliyanı tədqiq edin (ingilis dilində Kral Yaqubun tərcüməsində olan Bibliyanı) və orada yazılanlara əməl edin.13

İndi MƏSİH və ATA ALLAH MÜQƏDDƏS RUHUN vasitəsi ilə sizin içinizdə yaşayır. ALLAHIN ilahi təbiətinin daha dolğun payını almaq üçün indi sizdə də qabiliyyət var. ALLAHIN ilahi təbiəti daxilinizdə nə qədər çox yaşayırsa, milyonlarca xristianları xilas yolundan asanlıqla çıxarmış imtahanlara qarşı durmağa bir o qədər çox gücünüz olacaq. Dua edin ki, MÜQƏDDƏS RUHLA vəftiz olunasınız.14 MÜQƏDDƏS RUHLA vəftiz olunmanın yolunu öyrənmək və ALLAHIN müqəddəs təbiətindən daha çox pay almaq barədə təlimatlarla əlaqədar sizə ədəbiyyat göndərməyimiz üçün bizə məktub yazmaqla və ya zəng vurmaqla müraciət edin. Çünki müqəddəsliyə nail olmadan heç kim RƏBBİ görməyəcək (İbranilər 12:14).

RƏBB istəyir ki, siz xilasınız haqqında başqa adamlara şəhadət edəsiniz. Bunun üçün Pastor Toni Alamonun Müjdəçi ədəbiyyatının paylayıcısı ola bilərsiniz. Biz sizə pulsuz olaraq bu ədəbiyyatı göndərə bilərik. Bu mesajı başqa kiminlə isə bölüş.

Əgər İSANIN vəsiyyətinə uyğun olaraq dünyanın xilas olmasını istəyirsinizsə, onda ALLAHDAN ONA aid olan ondabirləri və ianələri oğurlamayın. ALLAH belə deyib: “İnsan da ALLAHDAN oğurlayarmı? Siz isə MƏNDƏN oğurlayırsınız. “SƏNDƏN nəyi oğurlayırıq?” deyə soruşursunuz. Onda birləri və təqdimləri oğurlayırsınız. Siz böyük lənətə düçar oldunuz. Çünki bütün millət (və bütün bu dünya) – hamınız MƏNDƏN oğurlayırsınız. Bütün ondabirlərinizi (“onda bir” sizin ümumi gəlirinizin 10%-ni təşkil edən məbləğdir) anbara gətirin ki, məbədimdə (xilası qəbul etmiş qəlblər üçün) ərzaq olsun (Ruhanı qida). ORDULAR RƏBBİ deyir: “Siz bununla MƏNİ sınayın. Görəcəksiniz ki, göylərin pəncərələrini sizə açacağam, üzərinizə ehtiyaclarınızdan da çox bərəkət yağdıracağam. Çəyirtkələri əkinlərinizi yeməyə qoymayacağam, tarlada meynəniz məhsulsuz qalmayacaq” deyir ORDULLAR RƏBBİ. “Bütün millətlər sizi bəxtiyar sayacaq. Çünki ölkəniz gözəl bir yer olacaq” deyir ORDULAR RƏBBİ” (Malaki 3:8-12).

NİFRƏT HAQQINDA MƏRUZƏ ETMƏK NİFRƏTƏ TƏHRİK ETMƏK DEMƏK DEYİL

Federal və dövlət agentlikləri Roma hakimiyyətinin təlimatı əsasında bütün millətlərin arasına soxulmuş öz mətbuat və hüquq sistemləri ilə birlikdə birmənalı olaraq deyəcəklər ki, “Qaçaq Roma Papası” əsəri nifrətə təhrik edən ədəbiyyatdır. Onlar sizə deyəcəklər ki, bu faktları sizə təqdim etdiyim üçün mən sizin düşməninizəm. Amma Həvari Pavelin dediyi kimi mən də deyirəm ki, “Məgər sizə həqiqəti söylədiyim üçün sizin düşməniniz oldum?” (Qalatiyalılara 4:16). Şeytanın canişini bizim mömin ABŞ Konstitusiyasını rəhbər tutmaq əvəzinə öz nifrət dolu və diktator yönümlü Roma Kanonu prinsipləri əsasında amansız rəhbərliyi ilə dünyaya ağalıq edərkən insanlara canlarını bu bəladan qurtarmaq və bütün millətlərə vəhşi heyvanın damğasından və Cəhənnəm alovundan qurtulmaq naminə həqiqəti söyləməyimə “nifrətə təhrik etmək” adını vermək nə qədər düzgündür? İsa Məsih bizə həqiqəti söyləməyi tapşırıb və gedib bütün xalqlara həqiqəti vəz etməyi əmr edib, çünki həqiqəti söyləmək sevmək deməkdir. “Siz həqiqəti biləcəksiniz və həqiqət sizi azad edəcək” (Yəhya 8:32). Məsihin etdiklərini bizim də edə bilməmiz üçün biz Məsihin düşüncələrinə malik olmalıyıq. İsa Öz şagirdlərinə şər kilsələr və hökumətlərə qarşı xəbərdarlıq edərək belə dedi: “Ehtiyatlı olun, fariseylərin (kilsələrin) mayasından (günahlı davranışından) və Hirodun (hökumətin) mayasından (günahlı davranışından) özünüzü gözləyin” (Mark 8:15). Siz ya Roma Papasına inana bilərsiniz, ya da mənə. Kral Yaqubun tərcüməsində olan (dəqiq tərcüməni) Müqəddəs Kitabı (Azərbaycan dilində Müqəddəs Kitabı) oxuyun və kimin haqlı olduğunu özünüz aşkar edin. Allaha iman edin! İkinci dünya müharibəsinə son qoyaq və onun axırına elə indi çıxaq. Əgər Birləşmiş Ştatların prezidenti, administrasiyası və məhkəmə sistemi olmalıdırsa, onda qoy o adam azadlığa inanan kəs olsun, çünki ölkəmiz məhz azadlıq üzərində qurulmuşdur. İyirminci əsrin 90-cı illərini yaşayırıq. Gəlin Allaha qayıdaq, Məsihin verdiyi yeni həyata dönək. Gəlin sağlam düşüncəyə, ləyaqətli həyat və qayda-qanuna qayıdaq. Gəlin bizə həqiqəti deyəcək və bizi həqiqi ədalətlə idarə edəcək, məhkəmələrdə hamının işinə bərabərlik hüququ əsasında baxacaq prezident, administrasiya və məhkəmə sistemi seçək. Bizdən həqiqəti gizlədənlər bizə lazım deyil! Bəli, gəlin sağlam düşüncəyə, ləyaqətli həyat və qayda-qanuna qayıdaq. Gəlin şeytanın köhnə dağıdıcı məsih əleyhdarını ucaldan təlim və siyasətini rədd edək! Mən bunu etməyə razı olan hər kəsə kömək etməyə hazıram və inanıram ki, bu dünyada eyni düşüncə və hissləri bölüşən milyonlarla amerikalı və digər xalqların nümayəndələri var. Allah Kəlamına qarşı çıxan hər bir səddi (özünü ucaltmaq istəyən qaranlıq hakimiyyətinin qüdrət və rəyasətini) yıxmaq əmrini Allahın Özü bizə verib (2 Korinflilərə 10:3-5). Bilirəm ki, bu günə qədər biz belə də etmişik, amma dayanmamalıyıq, İsa Məsihin yer üzünə qayıdışına qədər bunu davam etməliyik. “Amma axıracan dözən xilas olacaq” (Matta 24:13). BİR OLUB DURACAQ, BÖLÜNÜB DAĞILACAQ ADAMLARIQ BİZ! Cismən mənim xalqım olan bütün yəhudilərə üz tutub deyirəm: “Dediyimiz söz boş olmasın. Bu səfər “BİR DAHA BUNA YOL VERMƏYƏCƏYİK!” deyiriksə, belə də edək.” Düşmənimizin kim olduğunu bilməyəndə ona qarşı necə mübarizə aparmağı da bilmirdik. İndi isə bilirik, buna görə də deyirik: “BİR DAHA BUNA YOL VERMƏYƏCƏYİK!” – T.A.
P.S. İsanı ürəyimiz və qəlbimizin Padşahı, Prezidenti və Xilaskarı edək!

Ümumdünya pastor, müjdəçi, müəllif və Katolik sektant təriqəti və onların bir çox gizli bölmələri və hökumət agentlikləri mövzusunda tanınmış mütəxəssis - Toni Alamo.


Azerbainani Alamo Literature

Daha ətraflı məlumat almaq və ya maraq göstərdiyiniz digər mövzularda ədəbiyyat əldə etmək üçün bizimlə aşağıdakı ünvan vasitəsilə əlaqə saxlaya bilərsiniz:
Ümumdünya Pastor Toni Alamo
Tony Alamo Christian Ministries Worldwide
P. O. Box 2948
Hollywood, CA 90078
24 saatlıq dua və məlumat xəttimiz: (908) 937-5723
Toni Alamo Ümumdünya Xristian Xidmətləri bütün ürəyi, qəlbi, düşüncəsi və gücü ilə RƏBBƏ həqiqətən xidmət etmək istəyənlərin hamısını ABŞ-daki ünvanlarımızda yaşayış üçün zəruri olan hər şeylə və yer ilə təmin edir.
Kilsə xidmətləri ABŞ-ın Nyu York Siti şəhərində həftənin Çərşənbə Axşamları saat 20:00-da və digər ünvanlarda gecələr keçirilir. Daha ətraflı məlumat üçün buraya zəng vurun: (908) 937-5723
YEMƏK HƏR KİLSƏ XİDMƏTİNDƏN SONRA VERİLİR.
Pastor Alamonun yazdığı Məsih adlı kitabın nüsxəsini almaq üçün müraciət edin. Bu kitab Əhdi Ətiqin 333 peyğəmbərliyi əsasında MƏSİHİ tanıdır.
Pastor Alamonun ədəbiyyatını paylamaqla Siz də insan qəlblərinə xidmətin iştirakçısı olun. Bütün ədəbiyyat və audio mesajlarımız, göndərilməsi də daxil, pulsuzdur.

BU ƏDƏBİYYAT XİLASIN HƏQİQİ PLANINI AÇIQLAYIR 
(Həvarilərin İşləri 4:16)
BU VƏSAİTİ TULLAMAYIN, OXUDUQDAN SONRA BAŞQALARINA ÖTÜRÜN
Başqa ölkədə yaşayırsınızsa, Sizi həvəsləndiririk ki, bu ədəbiyyatı öz dilinizə tərcümə edəsiniz.
Yenidən çap edəcəyiniz halda aşağıdakı müəllif hüququ və qeydiyyat nişanlarını daxil etməyinizi xahiş edirik:

© Mü ə llif hüququ 1990, 2014, 2016 Bütün hüquqlar qorunub, Ümumdünya Pastor Toni Alamo ® Qeydiyyatdan keçdiyi tarix 1990, 2014, 2016
AZERBAIJANI—VOLUME—FUGITIVE POPE


footnotes:

1. “I.G. Farben” kimya şirkətinin rəhbərliyi Herman Qerinq, Heynrix Himmler və Reynhard Heydrix ilə birgə (Yəhudiləri qırmaq üçün hansı tipdə qaz istehsal edib işlədəcəkləri barədə) “Yəhudi məsələsinin həlli” adlı plan hazırlamışdılar; return

2.  Sülh arxasında xəyanət (Treason’s Peace), H.V. Armbruster, Biçhörst Press, səhifələr 345-347; I.G. Farben, R. Sasuli, Boni və Qaer, səhifələr 128-129; Vol-strit və Hitlerin yüksəlişi (Wall Street and the Rise of Hitler), A.S. Satton, 1976 Press: Vorld Voçers İnternəşnl, “Brassell audio-yazıları” Müharibə və faşizmə qarşı informasiya şəbəkəsi (World Watchers International “The Brussell Tapes”; Information Network Against War and Fascism), audio yazı “Auşvitsli Roma Papası” (“Auschwitz Pope”); Constaun MKİ-nin tibbi eksperimenti idimi? (Was Jonestown a C.I.A. Medical Experiment?), Maykl Mayers, səhifə 545 return

3. Vatikannın törətdiyi qətliam (The Vatican’s Holocaust), Avro Manhəttan, səhifələr 32-104; return

4. Qətliam qurbanları ittiham edir “The Holocaust Victims Accuse), Ravvin Moşe Şonfeld, səhifələr 14 və 16 return

5. Vorld Voçers İnternəşnl, “Brassell audio-yazıları” (World Watchers International “The Brussell Tapes”); I.G. Farben şirkətinin cinayəti və cəzası (The Crime and Punishment of I. G. Farben) – C. Borkin; Müharibə və faşizmə qarşı informasiya şəbəkəsi, audio yazı “Auşvitsli Roma Papası”; Əldə olunan razılıqlar (Deals) – C. Mok & V. Virqa, 1984, Kraun Pablişers (Crown Publishers); Döyüş fəryadı (Battle Cry), dekabr 1983; Gündəlik xəbərlər (Daily News), 10 yanvar, 1980 –“Nasist əlaqələrində müştərək riyakarlıq” (“There’s Corporate Hypocrisy on Nazi Connections”), müəllif Dan Dorfman return

6. I.G. Farben – R. Sasuli, Boni və Qaer; Vorld Voçers İnternəşnl, “Brassell audio-yazıları”; Müharibə və faşizmə qarşı informasiya şəbəkəsi, audio yazı “Auşvitsli Roma Papası”; Constaun MKİ-nin tibbi eksperimenti idimi? – Maykl Mayers, səhifələr 17,18,19, və 32 return

7. Əks zərbə (Blowback), Kristofer Simpson, səhifə 179; Roma Papası II İohann Pavel özü də nasist olduğuna görə nasistlərə qarşı bir dəfə də olsun çıxış etməyib (Pope John Paul II has never made one anti-Nazi statement, certainly because he is a Nazi) return

8. Vorld Voçers İnternəşnl, “Brassell audio-yazıları”; Müharibə və faşizmə qarşı informasiya şəbəkəsi, audio yazı “Auşvitsli Roma Papası” return

9. Constaun MKİ-nin tibbi eksperimenti idimi? – Maykl Mayers, səhifə 19 return

10. Kilsə və Dövlət (Church and State), sentyabr 1986, səhifələr 17 və 18 return

11. Los Anjeles Tayms (Los Angeles Times), 12 dekabr, 1984 return

12. Nyu York Tayms (New York Times), 14 aprel, 1990 return

13. Çoxdanın nasistləri, yeni sağ partiyası və Reyqan administrasiyası (Old Nazis, the New Right, and the Reagan Administration), Rass Bellant; Müharibə və faşizmə qarşı informasiya şəbəkəsi, Buş kampaniyası – faşistlərin iştirakı (The Bush Campaign—Fascists on board) return

14. irləşmiş Ştatlarda sektant təriqət fenomeni mövzusuna həsr olunmuş konqress iclasının protokolu (Transcript of Proceeding, Congressional Information Meeting on the Cult Phenomenon in the United States), 1976-cı ildə və 5 fevral 1979-cu ildə, Senator Robert Dolun sədrliyi ilə return

15. Sektant təriqətlər və yaranan nəticələr (Cults and Consequences), Reyçel Andres; “İfşa edilmişlər” (“Nailed”), Toni Alamo return

16. Müharibə cinayətkarlarının məhkəmə prosesləri (Trials of War Criminals), Nüremberq hərbi tribunalları, 3-cü cild, səhifə 41 return


Prayer footnotes:

1. Psa. 51:5, Rom. 3:10-12, 23 return

2. Matt. 26:63-64, 27:54, Luke 1:30-33, John 9:35-37, Rom. 1:3-4 return

3. Acts 4:12, 20:28, Rom. 3:25, I John 1:7, Rev. 5:9 return

4. Psa. 16:9-10, Matt. 28:5-7, Mark 16:9, 12, 14, John 2:19, 21, 10:17-18, 11:25, Acts 2:24, 3:15, Rom. 8:11, I Cor. 15:3-7 return

5. Luke 22:69, Acts 2:25-36, Heb. 10:12-13 return

6. I Cor. 3:16, Rev. 3:20 return

7. Eph. 2:13-22, Heb. 9:22, 13:12, 20-21, I John 1:7, Rev. 1:5, 7:14 return

8. Matt. 26:28, Acts 2:21, 4:12, Eph. 1:7, Col. 1:14 return

9. Matt. 21:22, John 6:35, 37-40, Rom. 10:13 return

10. Heb. 11:6 return

11. John 5:14, 8:11, Rom. 6:4, I Cor. 15:10, Rev. 7:14, 22:14 return

12. Matt. 28:18-20, John 3:5, Acts 2:38, 19:3-5 return

13. Deut. 4:29, 13:4, 26:16, Josh. 1:8, 22:5, 2 Tim. 2:15, 3:14-17, James 1:22-25, Rev. 3:18 return

14. Isa. 28:11-12, Joel 2:28-29, Luke 3:16, 11:9-13, John 1:29-34, 7:37-39, 14:15-29, 15:26, 16:7-14, Acts 1:1-8, 2:1-18, 32-39, 5:29-32, 19:1-7, Rom. 5:3-5, 15:13 return