TONİ ALAMONUN ŞƏHADƏTİ Quru Sümüklər

by Tony Alamo

Əhdi Ətiq peyğəmbəri olan Yezekel ALLAH tərəfindən görüntü alır. Bu görüntüdə o, İsrail və dünyanın ruhani ölüm vəziyyətində olduğunu əks etdirən quru sümüklərlə dolu bir vadi görür. Peyğəmbərin aldığı görüntü MƏSİHİN birinci gəlişi, Müjdəni bəyan etməsi və bunun nəticəsində “RƏBBİN SÖZÜNƏ” iman edənlərin hamısı üçün ölümdən əbədi həyata doğru birinci dirilmənin baş verəcəyini qabaqcadan bildirirdi.1

ALLAH Yezekeldən soruşur: “Ey bəşər OĞLU, bu sümüklər dirilə bilərmi?” (Ruhən ölü olan bunlar dirilə bilərmi?) Yezekel cavabında belə deyir: “Ya RƏBB, onları SƏN yaratdın, bunu SƏN bilirsən”.2

ALLAH bir daha peyğəmbərə müraciət edərək dedi: “Bu sümüklər üçün peyğəmbərlik edib onlara söylə ki, ey quru sümüklər, RƏBBİN SÖZÜNÜ eşidin. RƏBB bu sümüklərə belə deyir: “Mən sizin daxilinizə ruh qoyacağam və siz diriləcəksiniz.”3

İsrail bilirdi ki, bir xalq olaraq o tamamilə dağılıb.4 Hələ bu günə qədər o ümidsizcəsinə bölünmüş vəziyyətdədir. Lakin ALLAH Yezekel peyğəmbərə, günahlarından əl çəkə bilməyən birinci İsraildən daha böyük, fərqli bir xalqı yaradacağını dedi. İkinci İsrail dünyada mövcud olan hər millətin nümayəndələrindən ibarət olan bir xalq,5 yəni seçilmiş yəhudilərin qalığı və Həqiqi Meynəyə (MƏSİHƏ) calanmış, çoxluq təşkil edən qeyri-yəhudi xalqlarının nümayəndələrindən ibarət olacaq.6 Bu, günahın nəticəsində yaşanan ölü həyatdan qaldırılıb əbədi həyata gətirilən böyük və müqəddəs bir xalq olacaq.7 O heç vaxt ALLAHA qarşı qalxmayacaq. Bu, MƏSİHİN dirilmə qüdrəti vasitəsilə baş vermiş birinci dirçəliş idi.8

1964-cü ildə, hələ MƏSİHİN vasitəsilə aldığım birinci dirçəlişimdən əvvəl, mən, Toni Alamo kimi də tanınan Berni Hoffman, günahlarım və allahsız həyatımla özümü yaxşıca tanıda bilmişdim və o vaxt ALLAH haqqında hər hansı bir məlumat mənim üçün heç nə ifadə etmirdi. ALLAHIN mövcudluğu barədə heç bir fikrim yox idi. ALLAHIN sözlərinə nağıl və əfsanə kimi baxırdım və heç başa düşə bilmirdim ki, insanlar ALLAHA və ya ONUN OĞLUNA necə inana bilir. ALLAHA inandığını deyənlərə də bel bağlamazdım, çünki özləri riyakar idilər. Onlar da mənim kimi, hətta məndən də çox günah işlədirdilər. Elə bütün vaxtımı onların arasında keçirdiyimdən bunları bilirəm. Hamımız bir dəstə ölü, quru sümüklər idik. Kim isə məni xristianlığa cəlb etməyə cəhd göstərəndə çox hirslənərdim, çünki Bibliya kitabına vaxt ayırmaq mənim üçün itirilmiş vaxt sayılardı. Yaşadığım həyatda oyunlar və nağıllar üçün vaxtım yox idi.

Marketinq sənayesində liderliyi ələ almışdım. Bir çox dünya şöhrətli müğənni və aktyorların uğurlu karyerasına görə, eləcə də bir neçə yaxşı tanınan məişət mallarının uğurlu təşviq olunmasına görə məsuliyyəti məhz mən daşıyırdım. Əgər o günlərimdə imana gəldiyimi və küçələrə çıxıb İsa haqqında olan Müjdə materiallarını camaata payladığımı, haradasa şəhərdən kənarda kasıbların arasında missiya qrupunda yaşadığımı, Müjdəni vəz etdiyimi və aclıq-korluq çəkən insanlara yemək paylamaq üçün növbələr təşkil etdiyimi görsəydim, bu mənim üçün o vaxt ən dəhşətli qarabasma.

60-cı illərin ortalarında dünya artıq mənim üçün heç də cəlbedici görünmürdü. Narkotiklərdən xoşum gəlməzdi, murdar əxlaqlı insanlardan isə zəhləm gedərdi. Hollivudda, Sanset Strip bulvarında və bütün dünyada hippi hərəkatının törətdiklərinə də nifrət edərdim. Özümə gəldikdə isə, heç mən də müqəddəs deyildim. İnsanların günah əməlləri vecimə də deyildi, təkcə istəməzdim ki, öz nalayiq işlərini onlar lovğalanaraq uşaqlı ailələrin qarşısında nümayiş etdirsinlər. Mənim üçün dünyanın “kitabı” bağlanmışdı, yaşadığım dünya ölü, quru, iyrənc və kədərli idi.9 Heç nəyin həqiqi dəyəri qalmamışdı. İnanıram ki, bunu dünyadakı başqa adamlar da bilirdi, elə ona görə də bu gerçəklikdən uzaqlaşmaq üçün narkotiklərə əl atmışdı. Kilsələr riyakar idi; və belə görünür ki, hər kəs bunu yaxşı bilirdi. Bütün dünya öz günahlarında və qanunsuzluğunda boğulub qalmışdı.10 Dünyanı quru sümüklərlə dolu olan nəhəng bir vadiyə, elə Yezekel peyğəmbərin gördüyü həmin o vadiyə bənzətmək olardı.11

İSA ilə mən Beverli Hills ofisində, olduqca fövqəl-təbii şəraitdə görüşdüm. ALLAH mənə ÖZÜNÜN və ÖZ OĞLUNUN həqiqətən mövcud olduğunu sübut edəndə nə qədər dəhşətə gəldiyimi, lakin eləcə də nə dərəcədə xoşbəxt olduğumu yəqin ki, heç kim təsəvvürünə gətirə bilməz. ONUN heyrətamiz MÜQƏDDƏS RUHUNUN hüzurunu hiss edəndə və ONUN qüdrətli səsinin bədənimin hər bir hissəsindən keçib mənə müraciət etdiyini eşidəndə məni həyəcan bürümüşdü. Bədənim o an sanki bir süzgəcə dönmüşdü, ONUN sözləri isə bu süzgəcdən o tərəfə-bu tərəfə yel kimi keçib gəlirdi. ONUN hüzuru izzətli idi, canıma istilik gətirmişdi. ONUN RUHU isə ALLAHIN qüdrətli əlitək üzərimə çökərək ağırlığından məni hərəkətsiz hala gətirmişdi. ONUN sözləri mənə müraciət etdi: “Ayağa qalx və bu otaqdakı insanlara RƏBB İSA MƏSİH haqqında danış; de ki, O yer üzünə qayıdacaq, əks təqdirdə öləcəksən”. ONUN RUHU ofis otağına gəlib üzərimə çökəndə mən ONUN sözlə ifadə oluna bilməyən, inanılmaz zəkaya malik olduğunu dərk etdim.12 O hər bir atom və molekul idi. O, nəfəs aldığım hava idi. O, keçmişdə baş verən və gələcəkdə baş verəcək hər şeyi bilirdi.13 ONUN hüzurunda xəcalət çəkirdim, çünki nələr etdiyimin hamısından ONUN xəbərdar olduğunu bilirdim. Sonra O mənə Göylər və Cəhənnəmin qəti şəkildə mövcud olduğunu göstərdi. ONUN sözlərinə əməl etmədiyim təqdirdə haraya gedəcəyimi yaxşı bilirdim… bəli, o yer Cənnət deyildi.

Baxmayaraq ki, gördüklərim və eşitdiklərim məni dəhşətə gətirmişdi,14 ALLAHIN gerçək və diri olduğunu bilmək, peyğəmbərlər və həvarilərin həqiqi ALLAH haqqında dedikləri kimi ALLAHI tanımaq mənə gözəl hisslər yaşadırdı. Səma və yer üzünü və onların içindəki hər şeyi yaratdığı günlərdən bu günə kimi ALLAH dəyişməmişdi.15 Dərhal anladım ki, mən həmişə ONDAN qorxacağam, ONA valeh olacağam, hörmət və xidmət edəcəyəm, ONU sevəcəyəm. Bilirdim ki, indi ONUN üçün yaşamağı, ONUN uğrunda təqib olunmağı və ölməyi hər şeydən daha çox arzulayıram və bunu məmnuniyyətlə, sevinərək edərəm.16

ALLAH məni həmin o ofisdən sərbəst buraxandan sonra, ONDAN soruşmağa başladım: “Nə etməyimi istəyirsən,? Nə desən onu da edəcəyəm”. Sualım cavabsız qalmışdı və düşündüm ki, yəqin O, kilsəyə getməyimi istəyir. Mənə elə gəldi ki, ən yaxşısı budur ki, mən ən böyük kilsəyə gedim, beləliklə də ən böyük kilsəyə getdim, lakin ALLAHI orada tapmadım. Sonra başqa kilsələrə getdim, amma O onların heç birində yox idi. Daha sonra üz tərəfində müdrik və mömin görünən, uzun saqqallı və dindar libaslı insanların şəkli olan kitablar oxumağa başladım, amma bilirdim ki, bu kitablar yanlışdır, çünki onlar ALLAHIN qorxulacaq birisi olmadığını17 və ONUN insanlara xəbərdarlıq etmədiyini, buna görə də günah işlətsələr belə insanların Cəhənnəmə getməyəcəyini təlqin edirdi.18 Məni bu cür allah maraqlandırmırdı; mənə ÖZ sözü ilə xəbərdarlıq etmiş,19 Cənnəti və Cəhənnəmi göstərmiş, başqa kimsənin mənə etdirə bilmədiyini, etmək istəmədiyim şeyi etməyə məni məcbur etmiş ALLAH lazım idi, mən ONU axtarırdım.

Heç vaxt düşünməzdim ki, həqiqəti məhz Bibliyada tapacağam, çünki bu kitabdan ətrafda o qədər çox vardı ki. İnsanların axmaq olduğuna inandığımdan, mənə elə gəlirdi ki, camaatın kütləvi şəkildə meyl göstərdiyi şey ağlabatan ola bilməz. Nəhayət Bibliyanı oxumağa başladım və orada MƏSİHDƏ böyüməyin və ONUN ruhani xidmətçisi olmanın yolunu açıqlayan xilas planını, eləcə də əbədi həyat üçün təlimatlar aşkar etdim.20

İlk dəfə Müqəddəs Kitabı, Bibliyanı oxumağa başlayanda mən o vaxt Beverli Hills ofisində hiss etdiyim ALLAHIN həmin o qüdrətini üzərimə endiyini bir daha hiss etdim. Bundan sonra ALLAH gözümün qabağına Göylər və Cəhənnəm haqqında digər görüntülər gətirdi.21 Mən fəryad edərək ALLAHA dedim: “Ya RƏBB, məni Cəhənnəmə göndərmə!” Sonra mən Göyləri gördüm və Göylərin sülhünü hiss etməyə başladım.22 Ruhən kor, çılpaq və cılız olsam da ALLAHA dedim ki, kor, çılpaq və əhəmiyyətsiz bir kəs kimi qalmağa hazıram təki həmişə həmin o səmavi sülhü həyatımda yaşaya bilim. Bir daha Cəhənnəmin görüntüsü gözümün qabağına gəldi və ALLAHA nalə çəkərək ONDAN rəhm və bağışlanmağını dilədim. Budur, ATA, OĞUL və MÜQƏDDƏS RUHUN qüdrəti mənim fani bədənimə daxil oldu.23 İSAYA olan imanımla və ONUN mənə görə axıtdığı qanı ilə, eləcə də eşitdiyim və itaət etdiyim24 ALLAHIN sözlərinə imanımla mən günahlarmın hər birinin canımdan çıxdığını hiss etdim.25 Özümü təmiz və pak hiss etdim.26 Mənimlə ecazkar bir hadisənin baş verdiyini anlayırdım. Bu mənimlə və mənim üçün “İSRAİLİN MÜQƏDDƏSİ”, İSA MƏSİHİN vasitəsilə baş vermişdi.27 Günahdan azad olduğuma və məni günahdan qoruyan bu yeni qüdrətə yiyələndiyimə elə sevinirdim ki, bütün dünyaya bu Xoş Xəbəri söyləmək arzusunda idim ki, dünyadakı insanlar da ONU tanıyıb əbədi həyata malik olsunlar.

Hətta 1964-cü ildən bəri MƏSİHİN yolunda xidmət etdikdən sonra, hər dəfə Müqəddəs Kitabı oxuyanda mən həyat gətirən ruhani qüdrətin Göylərdən vaxtilə olduqca quru olan bu sümüklərin üzərinə endiyini hiss edirəm. ALLAHIN KƏLAMI həmin qurumuş sümüklərin ətrafını ruhanı əzələlər ilə bürüyür, üstünü isə ruhani zireh olaraq ət və dəri ilə örtür. ALLAHIN hər bir SÖZÜ ürəyimə daha çox MƏSİHİ calayır. Bu günə kimi hələ də hər bir ALLAh SÖZÜNÜN canıma MÜQƏDDƏS RUHU üfürdüyünü, möhkəm ayaq üstə durmağım və illər boyunca Şeytanın məni nişan almış yanar oxlarını söndürməyim üçün güc verdiyini hiss edə bilirəm. Günlər ötdükcə İSA MƏSİHDƏ “qalibdən də üstün”28 olduğumuzu və ONDA “tamamalandığımızı”29 daha da dərindən dərk edirəm. Eləcə də bilirəm ki, İSANIN hər bir SÖZÜNƏ əməl etmək olduqca vacibdir. Bir bulud içində Göylərə qaldırılmadan öncə ONUN bizə olan SÖZÜ isə belə idi: “Dünyanın hər tərəfinə gedin, bütün yaradılışa Müjdəni vəz edin”.30 (Quru sümüklərin hamısına, yəni ruhən ölü olanlara vəz edin ki, “RƏBBİN SÖZÜNÜ eşitsinlər”.31)
“İman edib vəftiz olan kəs xilas olacaq, iman etməyənsə məhkum olacaq.”32

Əgər siz də mənim kimisinizsə və məhkum olmaq istəmirsinizsə, əksinə, arzunuz xilas olmaqdırsa, onda ALLAHA bu duanı deyin:

Prayer

Ey RƏBB ALLAHIM, mən günahkara rəhm eylə.1 Mən inanıram ki, İSA MƏSİH diri ALLAHIN OĞLUDUR.2 İnanıram ki, O, çarmıxda ölərək bütün keçmiş günahlarımın əhfi üçün ÖZ qiymətli qanını axıdıb.3  Mən inanıram ki, ALLAH MÜQƏDDƏS RUHUN qüdrətilə4 İSANI ölülərdən dirildib və indi İSA MƏSİH ALLAHIN sağında oturub günahlarımı etiraf etdiyimi və bu dua sözlərimi eşidir. 5 Ey RƏBB İSA, budur, ürəyimi SƏNƏ açıram və xahiş edirəm ki, gələsən ürəyimə. 6  Qolqotadakı çarmıxda cəza yerimi tutmaqla axıtdığın əziz qanınla bütün murdar günahlardan məni təmizləməyini xahiş edirəm.7 RƏBB İSA, bilirəm ki, SƏN məndən üz çevirməyəcəksən və günahlarımı bağışlayacaq, canımı isə xilas edəcəksən, çünki SƏNİN KƏLAMIN, MÜQƏDDƏS KİTAB belə deyir. 8 SƏNİN KƏLAMIN deyir ki, SƏNƏ pənah gətirənlərdən heç kimi, mən də daxil olmaqla, SƏN heç vaxt çarəsiz qoymayacaqsan. 9 Ona görə də bilirəm ki, SƏN duamı eşitdin və xahişimə cavab verdin. Bilirəm ki, xilas olmuşam.10 RƏBB İSA, canımı xilas etdiyinə görə SƏNƏ minnətdaram və minnətdarlığımın əlaməti olaraq SƏNİN buyurduqlarını yerinə yetirəcək və bir daha günah işlətməyəcəyəm. 11

İSA deyib ki, xilası qəbul edəndən sonra, ATA, OĞUL və MÜQƏDDƏS RUHUN adı ilə bütövlüklə suya batırılıb çıxarılmağımızla vəftiz olaq.12 Səylə Müqəddəs Kitabı, Bibliyanı tədqiq edin (ingilis dilində Kral Yaqubun tərcüməsində olan Bibliyanı) və orada yazılanlara əməl edin.13

İndi MƏSİH və ATA ALLAH MÜQƏDDƏS RUHUN vasitəsi ilə sizin içinizdə yaşayır. ALLAHIN ilahi təbiətinin daha dolğun payını almaq üçün indi sizdə də qabiliyyət var. ALLAHIN ilahi təbiəti daxilinizdə nə qədər çox yaşayırsa, milyonlarca xristianları xilas yolundan asanlıqla çıxarmış imtahanlara qarşı durmağa bir o qədər çox gücünüz olacaq. Dua edin ki, MÜQƏDDƏS RUHLA vəftiz olunasınız.14 MÜQƏDDƏS RUHLA vəftiz olunmanın yolunu öyrənmək və ALLAHIN müqəddəs təbiətindən daha çox pay almaq barədə təlimatlarla əlaqədar sizə ədəbiyyat göndərməyimiz üçün bizə məktub yazmaqla və ya zəng vurmaqla müraciət edin. Çünki müqəddəsliyə nail olmadan heç kim RƏBBİ görməyəcək (İbranilər 12:14).

RƏBB istəyir ki, siz xilasınız haqqında başqa adamlara şəhadət edəsiniz. Bunun üçün Pastor Toni Alamonun Müjdəçi ədəbiyyatının paylayıcısı ola bilərsiniz. Biz sizə pulsuz olaraq bu ədəbiyyatı göndərə bilərik. Bu mesajı başqa kiminlə isə bölüş.

Əgər İSANIN vəsiyyətinə uyğun olaraq dünyanın xilas olmasını istəyirsinizsə, onda ALLAHDAN ONA aid olan ondabirləri və ianələri oğurlamayın. ALLAH belə deyib: “İnsan da ALLAHDAN oğurlayarmı? Siz isə MƏNDƏN oğurlayırsınız. “SƏNDƏN nəyi oğurlayırıq?” deyə soruşursunuz. Onda birləri və təqdimləri oğurlayırsınız. Siz böyük lənətə düçar oldunuz. Çünki bütün millət (və bütün bu dünya) – hamınız MƏNDƏN oğurlayırsınız. Bütün ondabirlərinizi (“onda bir” sizin ümumi gəlirinizin 10%-ni təşkil edən məbləğdir) anbara gətirin ki, məbədimdə (xilası qəbul etmiş qəlblər üçün) ərzaq olsun (Ruhanı qida). ORDULAR RƏBBİ deyir: “Siz bununla MƏNİ sınayın. Görəcəksiniz ki, göylərin pəncərələrini sizə açacağam, üzərinizə ehtiyaclarınızdan da çox bərəkət yağdıracağam. Çəyirtkələri əkinlərinizi yeməyə qoymayacağam, tarlada meynəniz məhsulsuz qalmayacaq” deyir ORDULLAR RƏBBİ. “Bütün millətlər sizi bəxtiyar sayacaq. Çünki ölkəniz gözəl bir yer olacaq” deyir ORDULAR RƏBBİ” (Malaki 3:8-12).


Azerbainani Alamo Literature

Daha ətraflı məlumat almaq və ya maraq göstərdiyiniz digər mövzularda ədəbiyyat əldə etmək üçün bizimlə aşağıdakı ünvan vasitəsilə əlaqə saxlaya bilərsiniz:
Ümumdünya Pastor Toni Alamo
Tony Alamo Christian Ministries Worldwide
P. O. Box 2948
Hollywood, CA 90078
24 saatlıq dua və məlumat xəttimiz: (908) 937-5723
Toni Alamo Ümumdünya Xristian Xidmətləri bütün ürəyi, qəlbi, düşüncəsi və gücü ilə RƏBBƏ həqiqətən xidmət etmək istəyənlərin hamısını ABŞ-daki ünvanlarımızda yaşayış üçün zəruri olan hər şeylə və yer ilə təmin edir.
Kilsə xidmətləri ABŞ-ın Nyu York Siti şəhərində həftənin Çərşənbə Axşamları saat 20:00-da və digər ünvanlarda gecələr keçirilir. Daha ətraflı məlumat üçün buraya zəng vurun: (908) 937-5723
YEMƏK HƏR KİLSƏ XİDMƏTİNDƏN SONRA VERİLİR.
Pastor Alamonun yazdığı Məsih adlı kitabın nüsxəsini almaq üçün müraciət edin. Bu kitab Əhdi Ətiqin 333 peyğəmbərliyi əsasında MƏSİHİ tanıdır.
Pastor Alamonun ədəbiyyatını paylamaqla Siz də insan qəlblərinə xidmətin iştirakçısı olun. Bütün ədəbiyyat və audio mesajlarımız, göndərilməsi də daxil, pulsuzdur.

BU ƏDƏBİYYAT XİLASIN HƏQİQİ PLANINI AÇIQLAYIR 
(Həvarilərin İşləri 4:16)
BU VƏSAİTİ TULLAMAYIN, OXUDUQDAN SONRA BAŞQALARINA ÖTÜRÜN
Başqa ölkədə yaşayırsınızsa, Sizi həvəsləndiririk ki, bu ədəbiyyatı öz dilinizə tərcümə edəsiniz.
Yenidən çap edəcəyiniz halda aşağıdakı müəllif hüququ və qeydiyyat nişanlarını daxil etməyinizi xahiş edirik:

© Müəllif hüququ Noyabr 1995, 2012, 2013, 2014, 2015 Bütün hüquqlar qorunub Ümumdünya Pastor Toni Alamo ® Qeydiyyatdan keçdiyi tarix – Noyabr 1995, 2012, 2013, 2014, 2015


footnotes:

1. Yez. 36:1, 4 return

2. Yez. 37:3, ibrani dilindəki əsli return

3. Yez. 37:4-5, arami dilindəki əsli return

4. Yez. 37:11 return

5. Yar. 17:4-16, 22:18, 26:4, 46:3, 48:19, 49:10, Çıx. 19:6, 32:10, Zəb. 22:27, Yeş. 2:2, Yəh. 11:51-52, Həv. 10:34-35, Ef. 1:10, İbr. 8:8-12, 1 Pet. 2:9-10, Vəhy 5:9, 14:6 və bir çox digər bəndlər return

6. Yəh. 15:1, Rom. 11:17, 19, 23, 24, Vəhy 7:4 return

7. 1 Pet. 2:9 return

8. Rom. 15:12, 1 Kor. 15:15, 16, Kol. 2:12, 3:1, 1 Salon. 4:16, Vəhy 20:5-6 return

9. Mat. 13:39, 24-ci fəsil, 1 Kor. 15:24, İbr. 9:26, 1 Pet. 4:7 return

10. Ef. 2:1, 5, Kol. 2:13 return

11. Yez. 37:1 return

12. Say. 24:16, 1 Şam. 2:3, Əyyub 21:22, Zəb. 32:8, Məs. 2:6, 3:20, 9:10, Luk. 1:77, Rom. 11:33, 1 Kor. 1:25, 2:16, 3:19, 2 Kor. 4:6 return

13. Zəb. 44:21, 94:11, Yeş. 46:9-10, 1 Kor. 3:20, 1 Yəh. 3:20, Vəhy 21:6, 22:13 return

14. Yar. 35:5, Lev. 26:16, Əyyub 31:23, Yer. 32:21, Yez. 32:32, 2 Kor. 5:11 return

15. Yar. 1:1, Mal. 3:6, Həv. 4:24, 2 Kor. 5:11, İbr. 13:8 return

16. Zəb. 5:11, 35:19, Yeş. 51:11, 61:10, Yəh. 16:33, Həv. 2:28, 20:24, Rom. 12:8, 15:13, 2 Kor. 8:12 return

17. Yar. 22:12, Zəb. 112:1, Məs. 13:13, 14:16, 28:14, 31:30, Vaiz 7:18 return

18. Məs. 8:36, Yez. 18:2, 4, Vəhy 19:20, 20:10, 14, 15, 21:8 return

19. Yar. 2:17, 6:7, 9, 13, Çıx. 20:5, 32:33, 34:7, Yez. 3:18, 18:20, Mat. 8:12, 22:13, Mar. 16:16, Vəhy 2:5, 16, 22-23, 3:3, 20:15 return

20. Yəh. 4:35-36, 15:5, 8, 15-16, Vəhy 14:18 return

21. Yeş. 5:14, 14:9, Luk. 16:22-31, Həv. 7:55-56, Vəhy 4:1-11, 14:10-11, 15:1-4, 20:10, 21:2-5, 10-27, 22:1-5 return

22. Rom. 5:1, Ef. 2:14, Filip. 4:7, Col. 3:15, 1 Salon. 5:23, 2 Salon. 3:16 return

23. Lev. 26:11-12, Yəh. 14:16, 2 Kor. 6:16, 1 Pet. 2:5, 1 Yəh. 3:24 return

24. Hab. 2:4, Mat. 17:20, Luk. 7:50, Həv. 20:21, 26:18, Rom. 1:17, 3:28, 5:2, 10:17, 11:20, Qal. 2:16, 3:11, Ef. 2:8, 3:17, İbr. 10:38 return

25. Mar. 14:24, Yəh. 6:53, Həv. 20:28, Rom. 3:25, 5:9, Ef. 1:7, 2:13, Kol. 1:14, 20, İbr. 9:12, 14, 22, 1 Pet. 1:18-19, Vəhy 1:5, 5:9 return

26. İbr. 10:19-22, 1 Yəh 1:7, Vəhy 1:5, 7:14 return

27. Zəb. 89:18, Həv. 3:13-14 return

28. Rom. 8:37, 1 Yəh. 4:3-4 return

29. Kol. 2:10 return

30. Mar. 16:15, Luk. 14:23 return

31. 2 Pad. 20:16, Yeş. 1:10, Jer. 2:4, Yez. 37:4 return

32. Mar. 16:16, 2 Salon. 2:12 return


Prayer footnotes:

1. Psa. 51:5, Rom. 3:10-12, 23 return

2. Matt. 26:63-64, 27:54, Luke 1:30-33, John 9:35-37, Rom. 1:3-4 return

3. Acts 4:12, 20:28, Rom. 3:25, I John 1:7, Rev. 5:9 return

4. Psa. 16:9-10, Matt. 28:5-7, Mark 16:9, 12, 14, John 2:19, 21, 10:17-18, 11:25, Acts 2:24, 3:15, Rom. 8:11, I Cor. 15:3-7 return

5. Luke 22:69, Acts 2:25-36, Heb. 10:12-13 return

6. I Cor. 3:16, Rev. 3:20 return

7. Eph. 2:13-22, Heb. 9:22, 13:12, 20-21, I John 1:7, Rev. 1:5, 7:14 return

8. Matt. 26:28, Acts 2:21, 4:12, Eph. 1:7, Col. 1:14 return

9. Matt. 21:22, John 6:35, 37-40, Rom. 10:13 return

10. Heb. 11:6 return

11. John 5:14, 8:11, Rom. 6:4, I Cor. 15:10, Rev. 7:14, 22:14 return

12. Matt. 28:18-20, John 3:5, Acts 2:38, 19:3-5 return

13. Deut. 4:29, 13:4, 26:16, Josh. 1:8, 22:5, 2 Tim. 2:15, 3:14-17, James 1:22-25, Rev. 3:18 return

14. Isa. 28:11-12, Joel 2:28-29, Luke 3:16, 11:9-13, John 1:29-34, 7:37-39, 14:15-29, 15:26, 16:7-14, Acts 1:1-8, 2:1-18, 32-39, 5:29-32, 19:1-7, Rom. 5:3-5, 15:13 return